Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.

2001-2002-ci illərdə Klinik Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində yoluxucu xəstəliklər ixtisası üzrə interna keçmişdir.

 2002-2004-cü illərdə Azərbaycan Respublika Müdafiə Nazirliyinin Tibb xidmətində xidmət keçmişdir.

2004-2005-ci illərdə 3 saylı klinik xəstəxananın Yoluxucu xəstəliklər söbəsində həkim-infeksionist işləmişdir.

2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasında baş-laborant, 2008-2022-ci illərdə assistent, 2022-ci ildən etibarən isə dosent vəzifəsində çalışır.

2015-ci ildə “şərti-patogen bakteriyalarla törədilən bağirsaq disbakteriozunun klinik-laborator xüsusiyyətləri və kompleks müalicəsində simbiotik tətbiqinin effektivliyi” mövzusunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Akademik fəaliyyət

2005-2008  yoluxucu xəstəliklər kafedrasında baş-laborant

2008-2022 yoluxucu xəstəliklər kafedrasında  assistent

2022-ci ildən yoluxucu xəstəliklər kafedrasında dosent

Təhsil

2015  Tibb üzrə fəlsəfə doktoru. Bakı, Azərbaycan

1995-2001 Ali təhsil Azərbaycan Tibb İnstitutu, Bakı, Azərbaycan

1995   Orta məktəb attestatı Bakı, Azərbaycan

Peşə və pedaqoji inkişaf

2023-cü ildə Umummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Regionlarda Ali Təhsil: Reallıqlar və perspektivlər”

adlı konfransda “B virus hepatiti olan xəstələrdə qaraciyər fibrozunun dərəcəsinin təyini və müalicəsi” mövzusunda çıxış.

2025-cü ildə Ümummlili lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda konfransda “İmmunomodulyator təsirə malik kroven preparatınım B hepatit xəstəliyinin müalicəsində tətbiqinin effektivliyi” mövzusunda çıxış.

2023-cü ildə Azərbaycan xalqının Ümummlili lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir təbabətin aktual problemləri”tibbi konfransda “B virus hepatitinin autoimmun hepatitlə diferensial diaqnoz aspektləri” mövzusunda çıxış.

2025-ci ildə 1 dekabr QİÇS gününə həsr olunmuş konfransda “İİV-infeksiyasının aktuallığı, klinikası, diiaqnoz və müalicə profilaktika “ mövzusunda çıxış.

 

Məqalə

Hepatit C virusunun müasir diaqnostik aspektləri. Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı. N2, Bakı-2023. V.N.Cavadzadə. DOI: 10.34921/amj.2024.1.009.

Metapnevmovirus infeksiyasi Elm və Tibb jurnalı. Bakı-2024. Cavadzadə V.N., İsayev C.P., Muxtarov M.M., Rüstəmova L.İ., Məmmədova N.O.DOI: 10.61775/2413-3302.v3i37.11

Helicobacter pylory ilə əlaqəli xəstəliklərin müalicəsində bitki mənşəli efir yağlarının bakteriosid təsirinin öyrənilməsi. Elm və Tibb jurnalı. Bakı-2024. Hacıyeva S.V., Baxışıva Y.A., Mansurova H.T., Əliyeva H.M., Cavadzadə V.N., Vəkilova G.G. DOI: 10.61775/2413-3302.v1i35.14

Yetkinlik yaşında olan şəxşlərdə qızılcanın klinik xüsusiyyətləri. Azərbaycan Tibb Jurnalı. Bakı-2024. C.P.İsayev, G.X.İbrahimova, S.İ.Əhmədova, V.N.Cavadzadə DOI: 10.34921/amj.2024.1.009

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyasını üzvü