Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb və həkim ixtisasına yiyələnib. 2007-2008-ci illərdə Bakı şəhərində 6 saylı  Klinik Uşaq Xəstəxanasında İnternatura kursu keçərək Həkim Pediatr ixtisasına sahib olub. Azərbaycan Tibb Universitetinin Rektorluğunun göndərişi əsasında 11.09.2008-04.09.2009-cu il tarixləri arasında Türkiyədə, Ankara Universiteti Tibb Fakültəsinin Qastroenterologiya kafedrasında bir illik İxtisaslaşma kursu keçərək həzm sistemi orqanlarının ultrasəs (USM) və endoskopik müayinələri (EQDS və Kolonoskopiya) və həmçinin invaziv müdaxilələri sahəsində ixtisaslaşıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəhbərliyinin göndərişi ilə Türkiyə Yüksək İxtisas Xəstəxanasında Qastroenterologiya üzrə 3 aylıq ixtisas artırma kursu keçib.

2009-2015-ci illər ərzində Bakı şəhər “Oksigen” Tibb Mərkəzində və 2015-2016-cı ildə “Hayat Clinic”-də həkim endoskopist-qastroenteroloq vəzifəsində çalışıb. 2015-ci ilin dekabr ayında ATU-nun Terapevtik və pediatrik propedevtika kafedrasının əyani təhsil üzrə doktoranturasını qazanıb. “Qastrointestinal şikayətləri olan şəxslərdə  endoskopik və histomorfoloji müayinələrin nəticələrinin müqayisəli qiymətləndirilməsi” mövzusundakı dissertasiya işini yerinə yetirib və 2021-ci ildə müvəfəqiyyətlə müdafiə edib.

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12.01.2023-cü il tarixli qərarı ilə ona 3205.01 – Daxili xəstəliklər ixtisasında tibb elmləri elm sahəsi üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilib.  23 yanvar 2020-ci ildə Həkimlərin sertifikasiyasından uğurla keçib və Azərbaycan Respublikasının ərazisində Qastroenterologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququnu təsdiq edən AH №037083 nömrəli Sertifikasiya Şəhadətnaməsi alıb. Həm xarici, həm də nüfuzlu yerli elmi mənbələrdə dərc edilmiş 15 elmi işin müəllifidir. Ölkəmizi və universitetimizi həm respublika, həm də beynəlxalq miqyaslı elmi konfranslarda məruzəçi olaraq dəfələrlə və uğurla təmsil edib. 24.10.2023-cü ildən etibarən Bakı şəhərində Cito Med klinikasında həkim qastroenteroloq-endoskopist vəzifəsində çalışıb, 2023-cü ilin fevral ayından etibarən həm də Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında saat hesabı qaydasında pedaqoji işi yerinə yetirib. 2024-cü ilin oktyabr  ayından etibarən I Daxili xəstəliklər kafedrasında Baş laborant vəzifəsində çalışır.

Akademik fəaliyyət

2023-cü ilin fevral ayından 2024-cü ilin oktyabr  ayınа qədər  Azərbaycan Tibb Universitetinin III Daxili xəstəliklər kafedrasında saat hesabı qaydasında müəllim. 2024-cü ilin oktyabr ayından bu günə qədər I Daxili xəstəliklər kafedrasında Baş laborant.

 

 

 

 

Təhsili

2001-2007-ci illərdə Azərbaycan Tibb Universiteti.

2007-2008-ci illərdə İnternatura.

2015-2018-ci illərdə ATU-da əyani təhsil üzrə doktorantura.

2021-ci ildən t.ü.f.d.

 

 

 

 

 

 

 

Peşə və pedaqoji inkişaf

11.09.2008-04.09.2009-cu illərdə Türkiyə, Ankara Universiteti Tibb Fakültəsi Qastroenterologiya üzrə ixtisaslaşma kursu (USM, Endoskopiya, Kolonoskopiya) .

2009, Kırşehir Aile Hekimliyi, Akademik Aqstroenteroloji toplantısı, Kırşehir.

2009, Türkiye Hepatoloji Vakfı, Hepatoloji sempozyumu, Ankara.

The 3rd EURASIA CONGRESS OF INFECTIOUS DISEASE, 2009, BAKU.

2009, İnflamatuvar Barsak Hastalıkları Dernegi Sempozyumu, Ankara

2010-cu ildə Türkiyə Yüksək İxtisas Xəstəxanası, Qartroenterologiya üzrə 3 aylıq ixtisas artırma kursu.

2020-ci il Həkimlərin Təkmilləşdirmə İnstitutunda Qastroenterologiya kursu.

2017-ci il, 2-3 noyabr 4.İnternational medical congress, məruzə

2017-ci il 1-6 dekabr, 34.ulusal gastroenteroloji haftası, Antalya, məruzə

2018-ci il 6 oktyabr ATU TCK, 4-cü Azərbaycan-Türkiyə ortaq hepatoloji kursu.

2018-ci il 2 noyabr, Xroniki B hepatitinin müalicəsi. Müasir baxış və yeniliklər.

2018-ci il 22-23 noyabr, Doktorantlarin və gənc tədqiqatçilarin xxıı respublika elmi konfransı, məruzə.

2019-cu il 15 iyun, İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha. Milli Onkologiya Mərkəzi.”Delta Hepatitis” Baku Congress center.

2019-cu il 27-28 iyun,

2025-ci il Həkimlərin Təkmilləşdirmə İnstitutunda Qastroenterologiya kursu.

Məqalə

1. Qastrointestinal sistemin üst hissəsinə aid olan şikayətlərin mahiyyətinə və diaqnostikasina müasir baxişlar. Azərbaycan Tibb Jurnalı, Bakı 2016, №4, cəh. 141-146, www.atj.az.

2. Qastrointestinal sistemin alt hissəsinə aid olan şikayətlər zamani kolonoskopiyanin və histo-morfoloji müayinənin diaqnostik əhəmiyyəti. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı 2017, №1, səh. 101-104.

3. Terapevtik profilli xəstəxana şəraitində aşkara çixarilan kolorektal törəmələr, xərçəng və xərçəngönü vəziyyətlər. Azərbaycan Onkologiya Jurnalı, Bakı 2017,  №2, səh. 39-43. www.mom.gov.az

4. Alt qastrointestinal şikayətləri olan şəxslərdə kolonoskopik müayinənin nəticələri. Azərbaycan Tibb Jurnalı, Bakı 2017, №3, səh. 51-56. www.atj.az.

5. Üst qastrointestinal şikayətləri olan şəxslərdə endoskopik müayinənin nəticələri. Azərbaycan Tibb Jurnalı, Bakı 2018, №3, səh. 57-63. www.atj.az.

6. Azerbaycanda kolorektal noeplastik ve nonneoplastik hastaliklarin orani ve histopatolojik özellikleri. Endoskopi Gastrointestinal, Ankara, Türkiye 2018, №3, s.78-83. www.endoskopidergisi.org. https://doi.org/10.17940/endoscopi.475246

7. Резулътаты эзофагоскопии: взаимосвязъ между симптомами тревоги на фоне диспептических жалоб и выявленными патологиями пищевода. Медицинские Новости, Минск, Белорусия 2019, №9, стр. 64-67. www.mednovosti.by

8. Qida borusunda, mədədə və onikibarmaq bağirsaqda aşkara çixarilan patologiyalarla ekstraoral halitozisin əlaqəsi. Azərbaycan Tibb Jurnalı, Bakı 2020, №1, səh. 105-112. www.atj.az. DOI:10.34921/amj.2020.99.49.017

Tibb üzrə fəlsəfə doktoru

2021-ci il “Qastrointestinal şikayətləri olan şəxslərdə endoskopik və histomorfoloji müayinələrin  nəticələrinin müqayisəli qiymətləndirilməsi”

İxtisas: 3205.01 – Daxili xəstəliklər.

(elmi rəhbər professor Y.Z.Qurbanov).

Elmi işdə ilk dəfə olaraq qastrointestinal şikayətlərin diaqnostik kritetiya kimi qiymətləndirilməsi elmi-statistik üsul ilə sübuta yetirilib. İlk dəfə olaraq ekstra-oral halitozisin etiopatogenezinə yeni fakt əlavə edilib və müalicəsində uğur qazanılıb.