
Orta təhsilini 47 nömrəli məktəbdə fərqlənmə ilə bitirmiş, daha sonra Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuş və ali təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur.2010–2011-ci illərdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində internatura keçərək oftalmoloq ixtisasına yiyələnmişdir. 2010-cu ildən etibarən böyük laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2014–2016-cı illərdə Bakı Göz Klinikasında əlavə peşəkar təlim keçmiş, professor Kərəm Kərəmlinin mentorluğu altında oftalmologiya və cərrahiyyə sahəsində bilik və praktiki bacarıqlarını əhəmiyyətli dərəcədə artırmışdır. 2015-ci ildə Hindistanın Çennai şəhərində Medical Retina kursunu müvəffəqiyyətlə bitirərək retina xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmışdır. Bu təlimlər çərçivəsində makulopatiya, diabetik retinopatiya və yüksək miopiya ilə bağlı ağırlaşmaların müalicəsi sahəsində geniş bilik və təcrübə qazanmış, lazer müalicəsi və Anti-VEGF inyeksiyalarının tətbiqi üzrə praktiki bacarıqlara yiyələnmişdir. Nəticədə Medical Retina mütəxəssisi sertifikatı almışdır.Peşəkar inkişafını daim ön planda saxlayan Gülnar Abdullayeva mütəmadi olaraq elmi nəşrləri izləyir, yerli və beynəlxalq konfranslarda iştirak edir. Tədris fəaliyyətində fəal iştirak edərək professorlara dərs və mühazirələrin keçirilməsində dəstək göstərir. Onun əsas məqsədi pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək və müalicə nəticələrini daha da yaxşılaşdırmaqdır.O, Türk Dövlətləri Oftalmoloqlar Assosiasiyasının (TCOD), Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) və Türkiyə Oftalmologiya Cəmiyyətinin (TOD) fəal üzvüdür.
Baş laborant ATU, Oftalmologiya kafedrası, 2012.
İnternatura, Z.Ə. adına M.O.M 2010-2011
İnternatura, Z.Ə. adına M.O.M. 2010-2011
Pediatriya üzrə bakalavr, Azərbaycan Tibb Universiteti, 2004-2010.Bakı.
25 oktyabr Bakı Beynalxalq Retina konfransı
24–25.11.2023, Bakı, Azərbaycan Azərbaycan Oftalmologiya Cəmiyyəti, XV Milli Konqres
01–28.02.2015, Çennai, Hindistan Retina xəstəlikləri üzrə kurslar
03.12.2010, Bakı, Azərbaycan Z.Ə. Əliyeva adına Oftalmologiya Mərkəzi, Gənc Oftalmoloqların IV Konqresi
Павлюченко К.П., Могилевский С.Ю., Гаффарова Г.В. Анализ исходов лечения бактериальных кератитов и язв роговой оболочки // Вопросы экспериментальной и клинической медицины. Сборник научных статей. Вып. 18. Т. 1. — Издается с 1997 г.