Bizi izləyin:
Heydər Əliyev
Elmi araşdırma sahəsi

Yoluxucu xəstəliklər kafedrasının kompleks tədqiqat işi olan  “B və C viruslu hepatitli xəstələrdə düyünlü poliarteritin klinik-diaqnostik xüsusiyyətlərinin öyrənilməsinə müasir yanaşma” mövzusu üzərində çalışıram.

Bioqrafiya

Orucova 04.02.1955-ci ildə  Qərbi    Azərbaycanın (keçmiş ERM. SSR)  Megri rayonunun Maralzəmi kəndində doğulmuşdur.

1962/1972-ci illərdə Lehvaz kənd orta məktəbini əla qiymətlərlə bitirmiş,  1972/1978-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda  (indiki ATU)  təhsil almış və ali təhsili başa vurduqdan sonra Sumqayıt şəhərində həkimlik fəaliyyətinə  başlamışdır.

1989 -cu ildə ATU-nun yoluxucu xəstəliklər kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuş və 1990 -cu ildən assistent vəzifəsinə seçilmişdir.

1993-cü  ildə “Bağırsaq yersiniozunun  kompleks müalicəsində maqnitoterapiyanın tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və   ona “Tibb elmləri namizədi” alimlik dərəcəsi verilmişdir.

1996-cı ildə dosent elmi adını almış, 1999/2010-cu illərdə kafedrada tədris hissə müdiri vəzifəsində çalışmışdır.

1996/2005-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  İnfeksionistləri Attestasiya Komissiyasının üzvü olmuşdur.

97 elmi işın  müəllifidir.

İşlədiyi müddətdə  yüksək bilik və  lektorluq bacarığı, işgüzarlığı, məsuliyyətliliyi,  rəftarı ilə kafedra əməkdaşlarının böyük rəğbətini qazanmış vətələbkarlığı ilə tələbələr arasında dərin nüfuza malikdir.

Hazırda kafedranın dosenti vəzifəsində çalışmaqla yoluxucu xəstəliklər üzrə mütəxəssis kimi  Bakı şəhərinin  bir sıra müalicə müəssisələrinə elimi-praktik konsultativ köməklik göstərir.

Akademik fəaliyyət

Elmi-pedaqoji fəaliyyətimin əsas istiqaməti tədris, tədris-metodik, təşkilat -metodik, elmi-tədqiqat, müalicə, tələbələrin milli və bəşəri tərbiyəsi və digər növ işlər üzrədir:  Tələbələr üçün mühazirə, təcrübə məşğələləri aparılmış  və  məsləhət, imtahanönü məsləhətlər verilmiş, rezidentlərə rəhbərlik edilmiş,  test imtahanları üzrə ekspert qismində iştirak etmişdir və s.

1989/1990 – ATU, yoluxucu xəstəliklər kafedrası, baş laborant;

1990/1996 – ATU, yoluxucu xəstəliklər kafedrası, assistent;

1996 - cı ildən hal-hazıra kimi  dosent;

1999/2010 – ATU, yoluxucu xəstəliklər kafedrası, tədris hissə müdiri, dosent;

Təhsil

Ali təhsil

Azərbaycan Tibb Universiteti (keçmiş  N.Nərimanov adına Dövlət Tibb İnstitutu), sanitariya-gigiyena fakültəsi ─ 1972/1978

Nailiyyətlər (adlar)

Vektor Beynəlxalq Elm Mərkəzinin   “XXⅠ əsrin tanınmış həkimi” beynəlxalq diplomuna layiq görülmüşdür (2003).

Azərbaycan Həmkarlar İttifaqqı Konfederasiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir (2010).

“Management International group” (2018) və   “Orqanization of medical projects” (2019) tərəfindən “İlin həkimi” milli diplomlarına layiq görülmüşdür.

ATU, ictimai Səhiyyə fakültəsi tərəfindən  fəxri diploma layiq görülmüşdür.

Peşə və pedaqoji inkişaf

İştirak etmişdir:

2018-ci ildə  İspaniyanın Madrid şəhərində  Avropa Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Konqresi– ECCMİD (European Congress of Clinical Microbiology and İnfectious Diseases);

2019-ci ildə Niderlandın Amsterdam şəhərində 29-cu Avropa Klinik Mikrobioloji və İnfeksion Xəstəliklər Konqresində – ECCMİD (European Congress of Clinical Microbiology and İnfectious Diseases);

2019-cu ildə  Sankt-Peterburq şəhərində XⅡ Ümumdünya Forumu  və Astma. Allergiya və  Ağ ciyərlərin  obstruktiv xəstəlikləri üzrə Beynəlxalq Konfrans;

2021-ci ildə   Türkiyədə  keçirilən “Internasional Anatolian Conqress on Medicinal and Aromatik Plants (Arapgir Municipaliti, Malatya-Turkey)” konqresi;

“Lessons from the pandemic and prevention of emerging threats” the 5th Congress of infectious disease spesialists, epidemiologists, parazitologists, microbiologists and virusologists of Uzbekistan  (2024-cü il Daşkənd)

Kitab

“Yoluxucu xəstəliklər” dərsliyin-kitabının müəllifidir (müştərək müəlliflərlə), akad. N.N. Əliyevin redaktəsi ilə, Bakı, “Təbib” nəşriyyatı, 1993, səh. 576 səh.

“İnfeksion xəstələrin kritik vəziyyətləri”, Dərs vəsaiti,  Ə.H.Vəliyev, C.P. İsayev, N.O. Məmmədova, E.Q. Orucova,   N.N. Cavadzadə, Bakı “Təbib” nəşriyyatı, 2023,  228 səh.

“İnfeksion xəstəliklərin klinikasında kəskin mədə-bağırsaq qanaxmaları”, Dərs vəsaiti,  Ə.H. Vəliyev, E.Q. Orucova, Z.M. Ömərova, C.P. İsayev, Bakı, 1995, “Təbib” nəşriyyatı,  50 səh.

Məqalə

Qeyd: Hal-hazıra kimi 97 elmi iş (elmi və elmi-metodik işlər), o cümlədən 6 metodik tövsiyə və göstəriş, yoluxucu xəstəliklər üzrə 3 tədris proqramı, yoluxucu xəstəliklər  ixtisası üzrə 2 rezidentura tədris proqramı, 2 dərs vəsaiti və “Yoluxucu xəstəliklər” dərsliyin müəllifidir (müştərək müəlliflərlə).

Son 10 ildə  məqalələrin siyahısı – cəmi 15  (tezislər istisna olmaqla təqdim edilir):

1. Akademik  N.N. Əliyev, E.Q. Orucova, Ə.H. Vəliyev, İ.P. Bayramov. Yoluxucu xəstəliklər üzrə tədris proqramı. Tədris-metodik vəsait. Bakı, 2018, “Təbib nəşriyyatı”, 41 səh.

2. M.N. Bağırova, Ə.H.Vəliyev, E.Q. Orucova, Ş.M. Rəşidova. “Epşteyn-Barr etiologiyalı infeksion mononukleozun  uşaqlarda gediş xüsusiyyətləri, diaqnostikası və müalicəsi”. “Sağlamlıq” jurnalı, cild 26,  Bakı, 2020, səh. 115-121

3. E.Q. Orucova, A.N. Ələsgərova, G.A. Kərimova, F.H. Heydərova.  “Artemisia cinsindən olan Yovşan növündən alınan efir yağının antivirus fəallığınım eksperimental modeldə tətbiqi”. “Elmi iş”  İmpakt faktorlu Beynəlxalq elmi jurnal, cild: 16, sayı: 2, Bakı, 2022 səh. 133-138 DOİ:  https: //www.doi, org/ 10.36719/2663-4619/75/133-138                       

4. Г.А. Керимова, Э.Г. Оруджева, Р.Р. Беглярова, Н.М. Худавердиева М.Г. Багирова, Л.Б. Джаванширова, А.З. Алиев. «Стандартная терапия коронавирусной инфекции с препаратами камфора». “Azərbaycan təbabətinin müasir nailiyyətləri” jurnalı,  №1,  Bakı, 2022, səh. 197-200

5. Vəliyev Ə.H., Orucova E.Q.,  Hüseynov  E.M.  “İnfeksion xəstəliklər tibbi, sosial-iqtisadi  və humanitar problem kimi”. “Elmi iş” İmpakt faktorlu Beynəlxalq elmi jurnal, cild: 16, sayı: 10, Bakı,  2022. səh. 106-113, DOİ: https: //doi, org/ 10.36719/2663-4619/83/106-112

6. R.R. Bəylərova,  E.Q. Orucova, M.M. Muxtarov, N.M.  Xudaverdiyeva, V.N. Cavadzadə, M.H. Bağırova, G.A. Kərimova. “Protey mənşəli bağırsaq infeksiyası  keçirmiş uşaqlarda bağırsağın disfunksiyasının əsas səbəbləri”. “Azərbaycan  Təbabətinin müasir nailiyyətləri” rüblik elmi-praktiki jurnal,  Bakı, № 2, 2022,  səh.150-153

 7. M.H. Bağırova, M.M. Muxtarov, Ə.H. Vəliyev,  E.Q. Orucova, R.R. Bəylərova,  X.Ə. Əhmədova, V.N. Cavadzadə, G.A. Kərimova. “XXI əsrin pandemiyası olan  COVİD-19 infeksiyasında baş verən atipik pnevmoniya”. “Azərbaycan Təbabətinin müasir nailiyyətləri”  rüblik elmi-praktiki jurnal,  Bakı, № 3, 2022, səh.177-181

8. Vəliyev  Ə.H., Orucova  E.Q., Bəylərova  R.R., Məmmədova  M.N. “Şigellozun hemokolit sindromlu bəzi infeksion və qeyri-infeksion xəstəliklərdən fərqli xüsusiyyətləri”.  “Elmi iş” İmpakt faktorlu Beynəlxalq elmi jurnal, cild: 17, sayı: 2,  Bakı,  2023, səh. 46-52, DOİ: https: //doi, org/ 10.36719/2663-4619/87/46-52

9. Vəliyev  Ə.H., İsayev C.P.,  Məmmədova  N.O., Orucova E.Q., Cavadzadə V.N.  “İnfeksion xəstələrin  kritik vəziyyətləri”. Dərs vəsaiti, “Füyuzat” nəşriyyatı, Bakı, 2023,  228 səh.

10. Orucova  E.Q., Vəliyev  Ə.H., Bəylərova  R.R., Bağırova M.H, Fərzəliyeva M.N. “Kəskin respirator virus infeksiyalarının kompleks terapiyasında  Kaqoselin tətbiqi”. “Elmi iş”  İmpakt faktorlu Beynəlxalq elmi jurnal, XII Respublika elmi qaynaqlar konfransının materialları, “Zəngəzurda çap evi”, Bakı, 27 mart, 2023, səh. 44-47, DOİ: https: //doi, org/ 10.36719/2663-4619/2023/ 4//12

11. Vəliyev Ə.H., Orucova  E.Q., Kərimova G.A, Nəzərova R.T., Fərzəliyeva M.N. “Qidalanma. Qida toksikounfeksiyaları. Botulizm.  Göbələk zəhərlənməsi”. “Təbiət və Elm” İmpakt faktorlu Beynəlxalq elmi jurnal,  cild: 5, sayı: 4,  Bakı,  2023, səh. 60-68, DOİ: https: //doi, org/ 10.36719/2707-1146/31/60-68

12. Əliyev A.Z., Orucova  E.Q.,  Kərimova G.A, Nəzərova R. T., Fərzəliyeva M. N. “Azerbaijan and Turkey: Determination of two countries in the fight against tobacco use”. “Təbiət və Elm” İmpakt faktorlu Beynəlxalq elmi jurnal,  cild: 5, sayı: 4,  Bakı,  2023, səh. 53-59,  DOİ: https: //doi, org/ 10.36719/2663-4619/91/53-59

13. Vəliyev  Ə.H., Orucova  E.Q., Kərimova G.A., Nəzərova R.T., Fərzəliyeva M.N. “Mənşəyi məlum olmayan qızdırmalar haqqında”. “Elmi iş ”İmpakt faktorlu Beynəlxalq elmi jurnal,  cild: 17, sayı: 6,  Bakı,  2023, səh. 140-145,  DOİ: https: //doi, org/ 10.36719/2663-4619/91/ 140-145

14. Bağırova M.H.,  Muxtarov M.M.,Orucova  E.Q, Bəylərova  R.R, Kərimova G.A, Ömərova Z.M., Ağamalıyeva A.C., Nəzərova R. T.  “COVİD-19 infeksiyasında həzm sistem orqanlarının zədələnmə əlamətləri”.  "Sağlamlıq" Elmi-praktik jurnal, cild 33, №2, Bakı, 2023, səh. 63-67

15. Ədilə N.Nəzərova, Lalə İ.Rüstəmova, Elza Q.Orucova, Fəridə H.Heydərova. “Sentaurea solstitidis L. xammalının seskviterpen lakton  və kumarin tərkibinin qaz-xromatoqrafiyası-kütlə spektometriya ilə tədqiqi”. Azərbaycan Əczaçılıq və Farmokoterapiya jurnalı, № 1- 2024, səh. 30-35,   Quartiles - Q3,  DOİ prefiksi: 10.58495

Üzv olduğu qurum

“Təbiət və elm”  İmpakt faktorlu Beynəlxalq elmi jurnalın redaktoru;

“Elmi iş” İmpakt faktorlu Beynəlxalq elmi jurnalın elmi sahələr üzrə redaktoru;

“Düzce Universitesi Sağlıq Bilimləri Enstitüsü Dergisi” jurnalın  redaksiya heyətinin  üzvü”;

 Dövlət İmtahan mərkəzində rezidentura təhsili üzrə yoluxucu xəstəliklər fənnindən ekspert;

Azərbaycan Səhiyyə Nazirliyində Rezidentura proqramının təkmilləşdirilməsi üzrə işçi   qrupun üzvü;

ATU üzrə rezidentlərin biliklərinin qiymətləndirilməsi üçün buraxılış yekun attestasiya  komissiyasının üzvü;

Avropa Klinik Mikrobioloqlar və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ESCMID) tam  üzvü;

Azərbaycan Səhiyyə Nazirliyində “Qaraciyərin transplantasiyası” üzrə komissiyanın   üzvü; 

Britaniya tibb Jurnalının (BMJ) İnfeksion xəstəliklər bölməsinə dair Anlaşma Memorandiumuna   ATU tərəfindən məsul şəxs;

 “SOS” uşaq kəndləri–Azərbaycan birliyinin üzvü;

“Mikrobiologiya, İmmunologiya, Epidemiologiya və Yoluxucu xəstəliklər üzrə Problem   Komissiyasının” üzvü;

ATU-nun nəzdində olan BFD 2.28 Dissertasiya Şurasının  3221.01-“Yoluxucu xəstəliklər” ixtisası üzrə Elmi seminarın üzvü və katibi;

ATU üzrə yoluxucu xəstəliklər üzrə aspiranturada imtahan komissiyasının üzvü; 

Azərbaycan Tibbi   Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin üzvü;

Yoluxucu xəstəliklər kafedrasında təhsil keyfiyyəti və menecmenti komissiyasının  üzvü;