
Mən Şixəliyeva Nüşabə balabəy qızı 9 oktyabr 1985-ci ildə Azərbaycanın Bərdə şəhərində doğulmuşam. 1992- 2003-cü illərdə 252 saylı orta məktəbdə təhsil almışam. 2003- cü ildə Azərbaycan Tibb universitetinin Pediatriya fakültəsinə daxil olmuşam. 2009 cu ildə buranı müvəffəqiyyətlə bitirmişəm. 2009-2010-cu illərdə K. Fərəcova adına ETPİ- nin reanimasiya və intensiv terapiya şöbəsində həkim- interna vəzifəsində calışmışam. 2010- 2025-ci illərdə Azerbaycan Tibb universitetinin əvvəlcə uşaq yoluxucu xəstəliləri, daha sonra isə yoluxucu xəstəliklər kafedrasında baş laborant vəzifəsində çalışmışam. 2025 ci ildən Yoluxucu xəstəliklər kafedrasında assistent vəzifəsində çalışıram. Ailəliyəm, 2 övladım var.
Azerbaycan ve ingilis dillerində tədris edirəm.
Azerbaycan Tibb Universiteti. Pediatriya fakultəsi
“Postcovid dönəmində uşaqlarla müqayisədə böyüklərdə suçiçəyinin gedişinin fərqli xüsusiyyətləri və bu xəstəliyin spesifik profilaktikasının əhəmiyyəti” Azərbaycan Tibb Jurnalı.2025 N 3 Azərbaycan, Bakı, səh 3, 5-10 (DOI- https//doi.org/10.34921/amj.2025.3.01)