Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Doktor Cəfərova Könül 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi-profilaktika fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra V.Axundov adına Elmi Tədqiqat Tibbi-profilaktika İnstitutunda infeksionist ixtisası üzrə internatura keçib. 2001-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin usaq yoluxucu xəstəlikləri kafedrasında baş laborant vəzifəsində işləmişdir. 2010-2014-cü illərdə ATU-nun Uşaq Yoluxucu Xəstəlikləri kafedrasında assistent  vəzifəsinə təyin olunub. 2014-cü ildən - hal hazıradək ATU-nun Yoluxucu Xəstəliklər kafedrasında dosent vəzifəsində işləyir. Calışdığı müddətdə K.Cəfərova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək etmiş və Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. Kitablar, müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalə və tezislərin müəllifidir.

Doktor K.Cəfərova işlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Azərbaycan Tibb Universiteti  2014-hal-hazıradək

Təhsil

Tibbi-profilaktika  fakültəsi

Azərbaycan Tibb Universiteti 1995-2000

Peşə və pedaqoji inkişaf
Jurnal

İmmunitet və iltihabda mikrobiotanın rolu. 2020 Biotibb, Cəfərova K.Ə., Cəfərov Ə.M. (səh. 4-9)  

Müxtəlif etiologiyalı döküntülər. 2020 Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, K.Ə. Cəfərova, Ə.M. Cəfərov (səh. 147-151)

Müasir epidemioloji şəraitdə pulmonar infeksion patologiyaların mahiyyəti. 2024 Elmi-tədqiqat Ağciyər xəstəlikləri 80 illik yubiley, Beynəlxalq Elmi praktiki konfrans, K.Ə. Cəfərova, S.A. Atakişizadə, M.Q. Bağırova (səh. 122-124)

İonlaşdırıcı şüalanmanın yoluxucu xəstəliklərin inkişafına təsiri. 2023*Ukrayna Radiobioloji Cəmiyyəti, K.Ə. Cəfərova, G.A. Kərimova (səh. 39)

Müalicə müəssisələrində cərrahi yara infeksiyaları törədicilərinin xüsusiyyətləri. Bakı 2024, Azərbaycan Tibb Jurnalı №2, Atakişizadə S.A., Cəfərova K.Ə., Qurbanova L.M., Kərimova İ.A (səh. 174-177)

Mərkəzi sinir sisteminin bacterial infeksiyalara yoluxmasının xüsusiyyətləri. Bakı 2024, Milli Nevrologiya Jurnalı №2 (26), Cəfərova K.Ə., Atakişizadə S.A., Bağırova M.H. (səh. 132-133)

Gənc uşaqlarda yoluxucu xəstəliklərin allergik təzahürləri. Monteneqro iyun 2025, 2-ci EPA-UNEPSA Hot-Topics Europediatrics & 4-cü Montenegro International Congress of Preventive Pediatrics (Perfomance), Cəfərova K.Ə., Atakişizadə S.A., Bağırova M.H. (səh. 100)

Uşaqlar arasında bağırsaq infeksiyalarının diaqnostikası məsələsinin öyrənilməsinin müasir aspektləri. Dubay 15-19 may 2025-ci il, Tibb və sağlamlıq elmləri üzrə 9-cu Beynəlxalq Konfrans (Onlayn), Cəfərova K.Ə., Atakişizadə S.A., Bağırova M.H. (səh. 1176)

Postcovid dönəmində uşaqlarla müqayisədə böyüklərdə su çiçəyinin gedişini fərqli xüsusiyyətləri və bu xəstəliyin spesifik profilaktikasının əhəmiyyəti. Bakı 2025, Azərbaycan Tibb jurnalı №3, M.H. Bağırova, M.M. Muxtarov, K.Ə. Cəfərova (səh. 5-10)

Kitab

Uşaqlarda meningitlərin klinik xüsusiyyətləri 2019 Dərs vəsait, K.Ə. Cəfərova

Uşaqlarda bruselyozun diaqnostika, müalicə və profilaktikası 2023  Metodik vəsait, K.Ə. Cəfərova, Ə.M. Cəfərov, S.A. Atakişizadə, Q.İ. İsmayılov

Üzv olduğu qurum

Azərbaycan Pediatrlar Cəmiyyətinin üzvü

Azərbaycan Pediatrlar Assosiasiyasının rəyasət heyyətinin üzvü.