Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Aqil Orucov 1991-ci ildə Bakı Dövlət Üniversitetinin Biologiya fakultəsinin tibbi-biologiya şöbəsinə daxil olmuşdur. 1996-cı ildə universiteti bitirərək “biokimyaçı” ixtisasını almışdır. 1997-2016-cı illərdə ATU-nun Biokimya kafedrası yanında elmi-tədqiqat laboratoriyasında elmi-işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 2003-cü ildə “β-talassemiyalı xəstələrdə trombositlərin funksional aktivliyinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2007-2019-cu illərdə  Azərbaycan Tibb Universitetinin biokimya kafedrasında assistent, 2019-cu ildən hal-hazıra qədər dosent vəzifəsində çalışır.

Yer­li və хarici mətbuatda dərc olunmuş 35 elmi əsərin müəllif­idir. Dəfə­lər­­lə mötəbər Beynəlxalq Elmi konqreslərdə məruzəçi və moderator qis­mində işti­rak etmişdir.

Orucov A.H. mütımadi olaraq özünün nəzəri və praktik bilik səviyyəsinin, həmçinin pedoqoji ustalığının artırılmasının qayğısına qalır, çox maraqla dinlənilən mühazirələr oxuyur. O, Universitet əməkdaşları və tələbələri arasında böyük hörmətə malikdir

Akademik fəaliyyət

1997-2016 - ATU-nun Biokimya kafedrası yanında elmi-tədqiqat laboratoriyasında elmi-işçi və böyük elmi işçi;

2007-2019 - Azərbaycan Tibb Universitetinin biokimya kafedrasında assistent;

2019-cu ildən - Azərbaycan Tibb Universitetinin biokimya kafedrasında dosent

Təhsili

1991-1996 – Bakı Dövlət Universiteti, biologiya fakultəsi, Tibbi-biologiya şöbəsi

Nailiyyətlər (adlar)

1. Beta talassemiyalı xəstələrdə trombositlərə qarşı anticisimlərin titri yüksəlmiş və yuxarı yaş qrup uşaqlarda daha yüksək artım müşahidə olunmuşdur;

2. Beta talassemiyalı xəstələrdə trombositlərin funksiyalarında da dəyişikliklər aşkarlanmaşdır. Belə ki, trombositlərin aqreqasiya sürəti yüksəlmiş, dezaqreqasıya sürəti isə zəifləmişdir

Peşə və pedaqoji inkişaf

“Pedaqoji peşəkarlığın inkişafı” təlimi

Elmi araşdırma sahəsi

Neoplastik patalogi-yalar zamanı müxtəlif onkoloji markerlər və biokimyəvi parametrlər arasında qarşılıqlı korrelyasiya əlaqələrinin öyrənilməsi

Məqalə

1. Оруджева И.Н., Кулиева С.Р., Ягубова В.И., Оруджев А.Г. / Оценка диагностической ценности некоторых онкомаркеров и цитокинов при новообразованиях молочной железы // Медицинская наука и образование Урала, 2020, №1. С.61-64.

2. Orujova İ.N., Asadov A.S., Alakberzade S.I., Orujov A.H. / Assesment of the diagnostic value of İL-10 and lactoferrin by BİRADS categories in breast neoplasms // Khazar Journal of Science and Technology, vol 4, №1. Baku, 2020, p.25-32.

3. Оруджева И.Н., Азизова Г.И., Гафаров И.А., Оруджев А.Г. / Изучение корреляционных  связей между некоторыми биохимическими показателями и параметрами лучевой диагностики при раке молочной железы. // Клиническая лабора­тор­ная диагностика,  научно-прак­тический журнал,  Мос­­ква, 2020, том 65, № 12, с. 738-743.

DOI

4. Qasımova K.F., Orucov A.H. / Hepatobiliar orqanların cərrahi xəstəlikləri nəticəsində əmələ gələn malabsorbsiya sindromunun diaqnostikası və müalicəsi barədə müasir təsəvvürlər // Meta­bolizm  Jurnalı, yanvar-mart 2021,  cild 18, № 1, s. 21-28.

5. Məmliyeva N., Novruzov E.A. / Autoimmun tireoiditi olan qadınlarda qaraciyərin funksional aktivliyinin qiymətləndirilməsi // Düşüncədən elmi uğura doğru. Ictimai səhiyyə fakultəsinin XLVl tələbə elmi konfransının materiallarının toplusu. Bakı-2023. s. 26-27

Üzv olduğu qurum

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.07 Dissertasiya şurasının üzvü və elmi katibi

Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə Fakültəsinin Elmi Şurasının üzvü

Biokimyaçılar Cəmiyyətinin üzvü

Tələbə Qəbulu üzrə Dövlət  Komisiyyasının biokimya üzrə rezidentura şöbəsinin eksperti

Azərbaycan klinik laboratoriya mütəxəssislərinin ictimai birliyinin üzvü

Elmi rəhbər olduğu işlər

MAQİSTR

Zeynalzadə Püstə “Süd vəzi xərçəngi zamanı onkomarkerlərlə bəzi biokimyəvi parametrlər arasında qarşlıqlı korrelyasiya əlaqəsinin öyrənilməsi”