Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Yaqubоva Vəfa 1992-ci ildə Bakı Dövlət Universitetinin biоlоgiya fakültəsinə daхil оlmuş, 1997-ci ildə uiversi­teti «biоlоq», «biоlоgiya və kimya müəllimi» iхtisası üzrə bitirmişdir.

1997-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademi­yasının Mоle­kul­yar biоlоgiya və biоteхnоlоgiya Institu­tunda, daha sоnra A.I.Qarayev adına Fiziоlоgiya Institutunda kiçik elmi işçi vəzifəsində işləmişdir.

Yaqubоva V.I. 1998-ci ildən 2004-cü ilə qədər Azərbaycan  Tibb Universi­tetinin «Hüceyrə patоlоgiyasının biо­kim­yası» Prоblem elmi-tədqiqat labоratоri­ya­sında labоrant, 2004-cü ildən böyük labоrant, 2013-2016-cı  illərdə baş elmi işçi, 2016-2017-ci illərdə böyük elmi işçi, 2017-2022-ci illərdə assis­tent, 2022-ci ildən 2024-ci ilə qədər baş müəllim, 2024-i ildən hal-hazıradək biokimya kafedrasının dosentı vəzifəsində çalışır.

Yaqubоva V.I. 2006-cı ildə “İrsi hemoqlobinopatiyalar zamanı hemoqlobin fraksiyalarının biokimyəvi polimorfzmi və genetik heterogenliyi” namizədlik dissertasiyasını müdafiə edərək, 2007-ci il­də biоlоgiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.  2016-cı ildə Azərbaycan Res­pub­li­ka­sı Pre­zi­­denti yanında AAK tərəfindən bio­kimya ixtisası üzrə do­sent diplomu (28.10.2016, pro­to­kol №  23-k) almışdır.

V.I.Yaqubоva yerli və хarici mətbuatda dərc оlunmuş 54 elmi mə­qalələrin və tezislərin müəllifidir.

Akademik fəaliyyət

1998-2004 - ATU-nun «Hüceyrə patоlоgiyasının biо­kim­yası» Prоblem elmi-tədqiqat labоratоri­ya­sında labоrant;

2004-2013 - laboratoriyada baş labоrant;

2013-2016 - baş elmi işçi;

2016-2017 - böyük elmi işçi;

2017-2022 - ATU-nun Biokimya kafedrasında assis­tent;

2022-2024 - ATU-nun Biokimya kafedrasında baş müəllim;           

2024-ci ildən - ATU-nun biokimya kafedrasının dosenti.

Təhsili

1992-1997 – Ali təhsil – Bakı Dövlət  Universiteti biologiya fakültəsi.

Nailiyyətlər (adlar)

1. α-Talassemiya xəstəliyi zamanı orqanizmdə α-qlobin zülallarının sintezinin zəifləməsi fonunda β- və γ-qlobin zülallarınn sinezi sürətlənir və hemoqlobin fraksiyalarının miqdar nisbətində δ-qlobin zülallarının miqdarının aalması ilə əlaqədar olan disbalans meydana çıxır.
2. Homoziqot β-talassemiya zamanı β-qlobin zülalının sintezinin pozulması nəticəsində γ- və δ-qlobin zülallarının sintezi surətlənir, bu hemoqlobin fraksiyaları nisbətinin ciddi dəyişiklikləri ilə müşayiət olunur. 
3. Heteroziqot HbS zamanı anomal βS-qlobin zülalının sintezi orqanizmdə α-. γ- və δ- qlobin zülallarının sintez sürətinin dəyişmədiyi halda, HbA1 farksiyasının azalmasın səbəb olur.
4. Heteroziqot β-talassemiya ilə Q-6-FDH çatışmazlığının müştərək forması qlobin zəncirləri balansına təsir etmir, drepanotalassemiya isə həm hemoqlobin fraksiyalarının, həmdə qlobin zəncirləri nisbətinin dəyişməsi ilə xarakterizə olunur
 

Elmi araşdırma sahəsi

1. İrsi hemolitik anemiyalarda hemoqlobin fraksiyalarının və qlobin zənirlərinin öyrənilməsi.

2. Sitokinlərin və antimikrob peptidlərinin serum səviyyəsinin müxtəlif patologiyalar zamanı tədqiqi.

Məqalə

1. Əmirova M.F., Əzizova G.İ., Əfəndiyev A.M., Yaqubova V.İ., Şahverdiyeva İ.C. Tünd çay və kofeinin  gənc kişilərin qanında kortizolun və endogen amillərinin qatılığına təsiri / Azərbaycan Tibb Jurnalı, 2022, № 4, s. 159-163

DOİ

2. Yaqubova V.İ., Huseynova A.S., Karimova İ.A., Şahverdiyeva İ.C. Modern  ideas about the etiopathogenesis of pheumatoid arthritis / Dedicated to the 100th anniversary of academician Zarifa Aliyeva. Azebaijan Journal of Physiology, vol. 2(38), № 2, 2023, s. 61-72. 

DOİ

3. Quliyev M.R. Kərimova İ.A. Yaqubova V.İ. Şahverdiyeva İ.C. Qaraciyərin struktur-funksional xüsusiyyətləri və toksik təsiqlərə qarşı  cavab reaksiyasının  molekulyar mexanizmləri / ATU. “Biokimya və təbabətin aktual problemləri”. Professor A.M.Əfəndiyevin 80-illik yubileyinə həsr edilmiş elmi-praktik konfarnsın materialları. Bakı, 2023, s.  64-66.

4. Rahimova R.R. Dashdamirova G.S. Shahverdiyeva İ.Dj. Yagubova V.İ. Bayramova N.Sh. Neuroendocrine and immune interaction in autoimmune thyroiditis / Archiv Euromedica 2023, v. 13, N. 3: p. 1-6. 

DOİ

5. Nəzərova G.E. Əsgərova T.Ə. Yaqubova V.İ. Kişi sonsuzluğunun  diaqnostikasında hormonal göstəricilərin və fruktozanın  spesifikliyi və  informativliyi / “Cərrahiyyə” elmi-praktik jurnal , 2024, № 2, s. 27-33

6. Axundova C.N. Qasımov N.V. Sultanova M.C. Yaqubova V.İ. Süd vəzisi xərçənginin yarimtiplərinin proqnozlaşdirilmasinda  metastatik aksilyar limfa düyünlərinin radiomorfoloji göstəricilərinin əhəmiyyəti / Azərbaycan Tibb Jurnalı, 2024, № 3,  s. 5-11

Üzv olduğu qurum

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  AMEA-nın  Akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.08 Dissertasiya şurasının üzvü.

 BDU-nun FD 2.31 Dissertasiya şurasına daxil olan dissertasiyaların müzakirəsini keçirən elmi seminarın üzvü

  Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin üzvü

Universitetin İmtahan Mərkəzində Klinik biokimya üzrə ekspert­

 

Tələbə qəbulu üzrə Dövlət Komissiyasının biokimya üzrə rezidentura şöbəsinin eks­perti kimi calışmışdır