Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Həqiqət Qədirova 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olub və 1973-cü ildə onu “Müalicə işi üzrə həkim” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra İnstitutun Mikrobiologiya kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 

1974-1977-ci illərdə SSSR-i Tibb Elmləri Akademiyasının D.İ.İvanovski adına Virusologiya İnstitutun aspiranturasında məqsədli aspirant kimi təhsilini davam etdirib.  1977-ci ildə həmin institutda 03.00.06 – «Virusologiya» ixtisası üzrə dissertasiya müdafiə edib və tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci ildə Azərbaycan Tibb Universitetində 03.00.07 – «Mikrobiologiya» və 14.00.16 – «Patoloji fiziologiya» ixtisasları üzrə dissertasiya müdafiə edib və tibb elmləri doktoru alimlik dərəcəsi alıb.  

9 yanvar 1978-ci il tarixdən bu günə kimi (2002-2022-ci illərdə əvəzçilik üzrə) Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasında çalışır: 09.01.1978-ci il tarixdən аssistent, 31.10.1983-cü il tarixdən dosent, 28.10.2008-ci il tarixdən professor, 05.03.2019-cu il tarixindən kafedra müdiri vəzifəsində. 

Eyni zamanda 18.11.2002 - 24.07.2006-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb, biologiya və kənd təsərrüfatı elmləri şöbəsinin müdiri, 25.07.2006–07.11.2012-ci il tarixlərində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru, 24.02.2014–09.02.2017-ci il tarixlərində V.Axundov ad. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun direktor müavini, 09.02.2017-28.04.2022-ci tarixlərində Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Akademik fəaliyyət

09.01.1978-31.10.1983 - Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının аssistenti,

31.10.1983-28.10.2008 - həmin kafedranın dosenti,

28.10.2008-05.03.2019 - həmin kafedrnın professoru,

05.03.2019 - hal-hazıra qədər - həmin kafedranın müdiri.  

 

18.11.2002-24.07.2006 - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb, biologiya və kənd təsərrüfatı elmləri şöbəsinin müdiri,

25.07.2006–07.11.2012 - Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru,

24.02.2014–09.02.2017 - V.Axundov ad. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun direktor müavini,

09.02.2017-28.04.2022 - Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunun direktoru.

Təhsili

1967-1973 - N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakultəsi, müalicə işi ixtisası üzrə həkim (Fərqlənmə diplomu P № 121101, 30.06.1973);

1973-1977 - SSSR-i Tibb Elmləri Akademiyasının D.İ.İvanovski ad. Virusologiya İnstitutu, məqsədli aspirant, Москва şəhəri (123 №-li vəsiqə).

Nailiyyətlər (adlar)

15.03.1978 - 03.00.06 – «Virusologiya» ixtisası üzrə tibb eimləri namizədi alimlik dərəcəsi (diplom МД № 005105);

05.06.1985 - Azərbaycan Dövlət Tibb İnstitutunun Mikrobiologiya kafedrası üzrə dosent elmi adı (attestat ДЦ № 081205);

10.02.2006 - 03.00.07 - «Mikrobiologiya» və 14.00.16 – «Patoloji fiziologiya» ixtisasları üzrə tibb elmləri doktoru alimlik dərəcəsi (diplom ЕД № 0805); 

12.09.2006 - Beynəlxalq Ekoenergetika Akademiyası,  “Tibbi virusologiya” ixtisası üzrə professor elmi adı (diplom IEA  № BMP-031);

19.12.2008 - Beynəlxalq Ekoenergetika Akademiyası,  “Biomedicine” ixtisası üzrə müxbir-üzv elmi adı (diplom IEA №  АM-010);

12.04.2013 - Azərbaycan Dövlət Tibb Universiteti Mikrobiologiya və immunologiya kafedrası üzrə professor elmi adı (attestat PR № 01251).

Peşə və pedaqoji inkişaf

07.02.1983-16.04.1983 - Leninqrad Pediatriya Tibb İnstitutunun İxtisas Artırma Fakultəsində  “Mikrobiologiya” ixtisası üzrə (vəsiqə  № 65-4-82/83, 15.04.1983);

Fevral 1990 -  Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun virusologiya kafedrasında "QİÇS. Etiologiya, epidemiologiya, klinika, laborator diaqnostika və profilaktika» mövzusunda peşə artırma kursu (P №121101 diploma şəhadətnamə);

25.02.2007-03.03.2007 – Avstriya, Zalzburg,  Açıq İctimai və Tibb İnstitutunda ARV-terapiya üzrə seminar (sertifikat);

15.02.2008-31.03.2008 - Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda infeksion xəstəlikləri kafedrasında «Yoluxucu xəstəliklərin aktual məsələləri” kursu üzrə peşə artırma (P №121101 diploma şəhadətnamə);

13.09.2010-17.09.2010 - Tailand, Bangkok, Tailand Beynəlxalq kooperasiya Agentliyi  (TICA)  və Xəstəliklərə Nəzarət Departamentində   “Antiretrovirus Terapiya” üzrə Beynəlxalq Trening kursu (sertifikat);

16.02.2015-25.02.2015 – İngiltərə,   London, «Virtual laboratoriya» adlı Tempus layihəsi  çərçivəsində Vestminster Universitetinin Biotibb Elmləri departamenti (sertifikat);

16.10.2017-20.10.2017 – İspaniya,  Barselona,  ÜST-in Avropa Regional Ofisi, “Vərəmin profilaktikasının və qulluğun yaxşılaşdırılması uçun Səhiyyə Sistemlərinin Gücləndirilməsi üzrə  ÜST-in Barselona Kursu” (sertifikat)  və b.

Elmi araşdırma sahəsi

İnterferon və onun induktorlarının öyrənilməsi və tibbdə tətbiqi;

İnsanın immun çatışmazlığı virusunun (İİV) törətdiyi infeksiyanın Azərbaycanda yayılması, kliniki xüsusiyyətləri, rezistent ştamların təyini, İİV-infeksiyasına  əpidemioloji nəzarət, İİV-infeksiyasının diaqnostikasının təkmilləşdirilməsi və antiretrovirus terapiyası, İİV-in yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər və s.;

Anadangəlmə immunitetin xüsusiyyətləri, orqanizmin müxtəlif infeksion və onkoloji xəstəliklərdən müdafiəsində anadangəlmə immunitetin əhəmiyyəti;

Viruslu hepatitlərin Azərbaycanda epidemiologiyası, B və C viruslu hepatitili xəstələrin immun statusu, hepatitlərin müalicəsinə yani yanaşmalar və s. 

Vərəm infeksiyasının Azərbaycanda epidemiologiyası, ölkədə yayılan vərəm mikobakteriyaların molekulyar-genetik xüsusiyyətləri, dərmanlara davamlılıq növləri, vərəmli xəstələrin yeni vərəm əleyhinə dərmanlarla müalicə prinsipləri;

Ağciyərlərin bəzi qeyri-infeksion xəstəliklərin (bronxial astma, ağciyərin xronuk obstruktiv xəstəliyi və s.) Azərbaycanda yayılması və xüsusiyyətləri;

Covid-19 infeksiyası, Azərbaycanda yayılması və xüsusiyyətləri, onun vərəmə təsiri və COVİD/vərəm koinfeksiyasının klinik-laborator xüsusiyyətləri;

Yeni alınan təbii və süni kimyəviterapevtik və dezinfeksiyaedici preparatların  antimikrob aktivliyinin tədqiqi.

Kitab

1. N.C.Əliyev, H.A.Qədirova, S.Q.Zeynalova Tibbi virusologiya kursuna dair dərs vəsaiti / Bakı, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, 1986, 97 səh.

2. М.К.Мамедов, А.А.Кадыpова Интерфероны и их применение в клини­ческой медицине / Под ред. Семенен­ко Т.А., Москва: Крис­талл, 2005, 288 стр..

3. М.К.Мамедов, А.А.Кадыpова, А.Э.Дадашева Вирус иммунодефицита человека и вызываемая им инфекция / Под ред.М.К.Мамедова, издательство НГМА, Нижний Новгород, 2009, 277 стр..

4. М.К.Мамедов, А.А.Кадырова, А.Э.Дадашева Инфекция, вызываемая вирусом иммунодефицита человека / Баку, изд. «Сада».,2018 г, 300 стр..

5. Həqiqət Qədirova, Samir Cavadov, Mətanət Novruzova, Sara Qurbanova, Sevda Muradova, Təranə Süleymanova, Yavər Hacısoy, Ramilə Bayramova, Məryəm Qasımova, Ravil Hüseynov Tibbi parazitologiya / Bakı, 2024, 391 səh.

Məqalə

1. Кадырова А. А., Алиева Г. Р., Аскерова Ш.М., Гаджиева Р. С., Алиева Г. Ф. Вторичная респираторная микрофлора у пациентов с COVID-19. Вестник Академии Наук Молдовы. Медицина. 2021, 1 (69), с. 35-38,

DOI

2. Кадырова А. А., Исазаде Г. Ф., Сейфеддинова M.Н., Абузаров Р. М. Молекулярно-генетический анализ Mycobacterium tuberculosis при пандемии COVID-19. Вестник Академии Наук Молдовы. Медицина. 2021, 1 (69), с. 32-34

DOI

3. Кадыpова А. А., Мамедов М. К. Живая вакцина, как важнейшее средство борьбы с туберкулезом. Биомедицина, 2021, 19 (2), c.24-28.

DOI

4. М.К.Мамедов, А.А.Кадыpова. HeLa: опухолевые клетки, pазмножение котоpых 70 лет служит науке. Биомедицина, 2021, 19 (3), c.34-37.

DOI

5. Мамедов М.К.,  Кадыpова А.А., Гудpатов H.О., Мамедов Г.М. Клеточная цитотоксичность иммуноцитов и методические подходы к ее оценке in vitro. Биомедицина, 2022, N.1, c.14-23.

DOI

6. G. Aliyeva, A. Gadirova Influence of COVID-19 pandemic on the main epidemiological data of TB in Azerbaijan. European Respiratory Journal 2022 60: 4039; Congress-2022.4039. İF 24,9

DOI

7. H.Ə.Qədirova, T.H.Süleymanova, Ə.N.Əzizova. Bitkilərdən alınmış efir yağlarının ağ naftalan yaği və alma turşusu ilə   kompozisiyalarının antimikrob təsirinin tədqiqi. Azərbaycan əczaçılıq və farmakoterapiya jurnalı, 2023, №2, s. 53-58

DOI

8. H.M. Aliyeva, H.A.Kadirova, N.H.Mammadova, R.S.Bayramova, H.T.Mansurova, G.C.Mehdiyeva, N.A.Mukhtarova  Antimicrobial effect of Satureja hortensis essential oil growing in Azerbaijan, ISSN 2079-8334. Свim медицини ma бiологii, 2024, № 4 (90). p. 174 -180  (Q4)

DOİ

9. Ə.N.Əzizova, H.Ə.Qədirova, T.H.Süleymanova, V.M.Abbasov Qətransızlaşdırılmış təmizlənmiş müalicəvi ağ naftalan yağının kimyəvi və mikrobioloji tədqiqat nəticələrinin təhlili// Sağlamlıq jurnalı, 2024, № 2, s. 39-45, İSSN-2706-6614

DOİ

10. Huseynov R.M, Javadli S.S, Osmanov A, Kadyrova A.A, Askarova S.M, Bozdogan B, Oryasin E, Taqiyev B.T, Karalti I, Abdulkarimova F, Mammadova M, Hashimova L, Ismayilova N, Mammadova G, Valiyev Denning D  TR34/L98H mutation in Aspergillus fumigatus isolate: First report in Azerbaijan// Current Research in Environmental & Applied Mycology (Journal of Fungal Biology) 15(1): 98–113 (2025) ISSN 2229-2225  (Q2)

DOİ - doi 

11. Азизова А.Н., Аббасов В.М., Кадырова Х.А., Сулейманова Т.х., Аббасов М.Ф. Антимикробные свойства композиций рафинированно-очищенного белого нафталанового масла с ацеталем циклогексанон-этиленгликоля и ацеталем циклогексанон-глицерина// Медицинские новости, №2, 2025, с. 83-88, İX-15, İF 0,23 (Q4)

12. Sevil Mehraliyeva, Nurana Kapitanova, Hagigat Gadirova, Tarana Suleymanova, Nigar Ismayilova, Samir Muslumzade. Development of the Composition and Production Technolojy of Floating Tablets Against Helicobacter Pylori and Determination of Quality Criteria, Global journal of Pharmacy and Pharmaceutical Sciences  ISSN: 2573-2250. Review Article, Volume 12, Issue 1,  June 2025.  s. 1-5.

DOI

13. Qasımova Məryəm Çingiz qızı, Qurbanov Akif İrzaxan oğlu, Qədirova Həqiqət Əbdül qızı, Hüseynov Ravil Mülkədar oğlu, Nərimanov Vidadi Əvəz oğlu. Diagnostic potential of non-invasive tests for Helicobacter pylori-associated gastroduodenal disease in a resource-limited laboratory setting// Diagnostic Microbiology and Infectious Disease, USA, 27 October 2025, 117167, IF -  3.8 (SCOPUS), İF - 1.8 (Web of Science) electron journal, ISSN: 1879-0070

DOİ - ArticleQ2

14. H.M. Aliyeva, H.A.Kadirova, N.H.Mammadova, R.S.Bayramova, H.T.Mansurova, G.C.Mehdiyeva, N.A.Mukhtarova Antimicrobial effect of Satureja hortensis essential oil growing in Azerbaijan / Свim медицини ma бiологii, Ukraina, 2024, № 4 (90). p. 174 -180 / ISSN 2079-8334   (Q4)

DOİ

Daxili qrantlar

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2017-ci il qrant müsabiqəsində tibb üzrə qalib olmuş “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” adlı iş üzrə Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunda aparılan elmi-tədqiqat işlərin rəhbəri. 

Xarici qrantlar

 

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bağlanmış sazişə əsasən  2016-2018-ci və 2019-2022-ci  illərdə  İİV/QİÇS-in və digər infeksion xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı  4 elmi proqram üzrə aparılan işlərin elmi koordinatoru.   

 

İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond tərəfindən Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna ayrılmış grant hesabına 2018-2020 illəri və 2021-2023-cü illəri əhatə edən 2 layihə üzrə ölkədə çoxsaylı dərmanlara davamlı (ÇDD) və geniş saylı dərmanlara davamlı (GDD) vərəm  xəstələrinin müayinə, müalicə və dəstəyi ilə bağlı aparılan işlərin rəhbəri.     

Üzv olduğu qurum

 

Səhiyyə Nazirliyi nəzdində:

2006-2009-cu illərdə SN Kollegiyasının üzvü,

2015-2022-ci illərdə SN Elmi-Tibbi Suranın sədr müavini,

2014-2022-ci illərdə “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın üzvü,

2020-2021-ci illərdə COVİD-19 infeksiyası ilə bağlı Elmi komitənin  üzvü;

 

AMEA nəzdində:

2019-2021-ci illərdə AMEA-nın Molekulyar biologiya, biomühəndislik və biotibb üzrə elmi şuranın üzvü;

 

AAK nəzdində:

2015-2016-cı illərdə AAK-ın Tibb elmləri üzrə Ekspert Şurasının üzvü; 

 

TƏBİB-in nəzdində: 

2020-2021-ci illərdə Elmi komitənin üzvü;

 

İcbari Tibbi Sığorta Agentliyi nəzdində:

 “Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın” üzvü;

 

ATU nəzdində:

2013-2015-ci illər ərzində və 2017-ci ildə Mikrobiologiya, epidemiologiya və gigiyena üzrə FD 03.014 Dissertasiya şurasının üzvü

 

Hazırda:

ATU-nun Elmi Şurasının və İctimai səhiyyə fakultəsinin Elmi Şurasının üzvü,

Mikrobiologiya, epidemiologiya və gigiyena üzrə FD 03.014 Dissertasiya şurasının sədr müavini   

Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ESCMID) üzvü,

Beynəlxalq AİDS Cəmiyyətinin üzvü,  

Azərbaycan mikrobioloq və epidemioloqlar cəmiyyətlərinin üzvü,

Azərbaycan immunoloq və allerqoloqlar cəmiyyətlərinin üzvü,

Beynəlxalq Ekoenergetik akademiyasının “Biomedicine” ixtisası üzrə müxbir-üzvü,

İctimai səhiyyə fakultəsinin Mikrobiologiya, immunologiya, epidemiologiya və yoluxucu xəstəliklər üzrə Problem komissiyasının sədr müavini, 

“Biomedicine” jurnalının baş redaktorun müavini, 

“Azərbaycan təbabətin müasir nailiyyətləri” jurnalının redaksiyə şurasının üzvü,

Nəsimi rayonun ağsaqqalar şurasının üzvü.

 

Elmi rəhbər olduğu işlər

MAQİSTR - Tibbi  mikrobiologiya və immunologiya kafedrasının magistrantları

1. Fidan Ağayeva – “Biologiya” ixtisası, “Mikrobiologiya” ixtisaslaşması üzrə 27.10.2022-ci il tarixində 6 №-li protokolla təsdiq olunmuş: “Urogenital infeksiyaları törədən mikroorqanizmlərin növ müxtəlifliyinin və antimikrob preparatlara davamlılığının qiymətləndirilməsi” mövzusunda magistr dissertasiya işi. 24 iyun 2024-cü il tarixində dissertasiya müvəffəqiyyətlə müdafiə edilmişdir və fəqlənmə diplomuna layiq görülmüşdür.

2. Ruhangiz İmanova – “Biologiya” ixtisası, “Mikrobiologiya” ixtisaslaşması üzrə 08.12.2023-cü il tarixində 8 №-li protokolla təsdiq olunmuş: “Respirator bakterial infeksiya törədicilərinin növ və antimikrob preparatlara davamlılıq xüsusiyyətləri” mövzusunda magistr dissertasiya işi.

3. Aysu Bəylərova  – “Biologiya” ixtisası, “Mikrobiologiya” ixtisaslaşması üzrə “Müasir dövrdə sepsis törədicilərinin mikrobioloji səciyyələndirilməsi və antibiotiklərə rezistentliyi” mövzusunda magistr dissertasiya işi. 

4. Miryusif Səmədov – “Biologiya” ixtisası, “Mikrobiologiya” ixtisaslaşması üzrə “2025-2026-cı illər ərzində Bakı şəhəri əhalisi arasında aşkar olunan kəskin respirator virus infeksiyalarının etioloji strukturu” mövzusunda magistr dissertasiya işi. 

 

TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU

1.ATU-nun II Uşaq xəstəlikləri kafedrasının nəzdində olan “İmmunologiya” kursunun dissertantı Şəlalə İbrahimova “03.00.07 - Mikrobiologiya” və “14.00.36 - Allerqologiya və immunologiya” ixtisasları üzrə “Оценка иммунного статуса больных ВИЧ-инфекцией в сочетании с оппортунистическими инфекциями и неопластическими процессами” mövzusunda dissertasiya işini 27.10.2011-ci il tarixində müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.

2. Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dissertantı Arzu Quliyeva  “03.00.07–Mikrobiologiya” və “14.00.36 Allerqologiya və immunologiya”ixtisasları üzrə  “Kliniki manifest və subklinik gedişli infeksiyaların anadangəlmə immunitetin göstəricilərinə təsiri”  mövzusunda dissertasiya işini 15.09.2013-ci il tarixində müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.

3. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun dissertantı Əzizova Əsmər “2414.01–Mikrobiologiya” ixtisası üzrə 12.05.2017-ci il tarixində 7 №-li protokolla təsdiq olunmuş “Ağ Naftalan yağı, fərdi üzvi birləşmələr və bitki yağları əsasında antimikrob təsirli kompozisiyaların tədqiqi” mövzusunda dissertasiya işi üzərində çalışır.

4. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun dissertantı Haxıyeva Aynur “2414.01–Mikrobiologiya”  və “3222.01 – Dermatologiya” ixtisasları  üzrə 02.02.2018-ci il tarixində 2 №-li protokolla təsdiq olunmuş “Akne-Rozoseanın patogenezində Helikobakter pilory-nin rolu” mövzusunda dissertasiya işi üzərində çalışır.

5. Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutun doktorantı İsazadə Günay “2414.01 – Mikrobiologiya” ixtisası üzrə 14.06.2019-cu il tarixində İnstitututun Elmi Şurasının iclasında təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılan vərəm mikobakteriyalarının dərmanlara davamlı ştamlarının molekulyar-genetik xüsusiyyətləri” mövzusunda dissertasiya işi üzərində çalışır.

6. ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının doktorantı Aişə Kərimova 2414.01 – Mikrobiologiya” ixtisası üzrə 08.04.2024-cü il tarixində İctimai səhiyyə fakultəsinin Elmi Şurasının iclasında təsdiq edilmiş “Ventilyasiya ilə əlaqəli pnevmoniya törədicilərinin xüsusiyyətləri və antimikrob preparatlara davamlılığının molekulyar-genetik aspektləri” mövzusunda dissertasiya işi üzərində çalışır.