Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub.Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb.

2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu ildə Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib.

2001–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2005–2010-cu illərdə həmin kafedranın assistenti, 2010–2013-cü illərdə baş müəllimi işləyib.

2011–2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013–2016-cı illərdə həmin klinikanın baş həkimi, 2018–2019-cu illərdə Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb.

2013–2016-cı illərdə ATU-nun Tədris-Terapevtik klinikasında işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və Klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub.

Bundan başqa ATU-nun Tədris Terapevtik, Tədris Cərrahiyyə, Onkoloji klinikalarında tam avtomatlaşdırılmış tibbi laboratoriyalarının qurulmasına rəhbərlik edib. Ölkəmizdə ilk dəfə olaraq, artıq mütəmadi keçirilən rezidentlərin elmi konfranslarının təşkilinə nail olub.

2019-2021-ci illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Yeni yaradılan dövlət səhiyyə qurumunun ilk rəhbəri kimi tibb müəssisələrinin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması, COVID-19 panemiyası ilə mübarizə və əksepidemik tədbirlərin, o cümlədən vaksinasiya prosesinin təşkili, Vətən müharibəsi yaralılarına tibbi yardımın təşkili kimi məsələlərin idarə olunmasında birbaşa iştirak və ya rəhbərlik edib.Dövlət İmtahan Mərkəzinin ekspertidir.

Akademik fəaliyyət

•2001-2005 - Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrası, baş laborant

•2005-2010 - Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrası, assistent

•2010-2013 - Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrası, baş müəllim 

•2011-2016 - Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyası, müdir

•2013-2016 - Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası baş həkim 2018-2019 - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Talessemiya Mərkəzi, elmi işlər üzrə direktor müavini 

•2018-2019 - Qida Təhlükəsizliyi İnstitutu Elmi Şurasının üzvü

•2019-2021 - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, TƏBİB Elmi Komitəsinin rəhbəri

Təhsili

•1996 - Şəmkir rayon Çənlibel kənd 1 saylı orta məktəbi

•2001 - Azərbaycan Tibb Universiteti, Tibbi profilaktika fakültəsi

•2007-2008 - İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi, tədqiqatçı

•2009 - 19 Mayıs Universiteti Tibb Fakültəsi, Tibbi Laboratoriyaların İdarə olunması kursu

•2010 - Kocaeli Universiteti Tibb Fakültəsi, tədqiqatçı

Nailiyyətlər (adlar)

•27.01.2009 - tibb üzrə fəlsəfə doktoru (EN No 05480, 2009)

•07.10.2015 - dosent (DS No 05032, 2015)

•14 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında nailiyyətlər

•Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında elektron tədris vəsaitləri hazırlanıb. Tibbi Mikrobiologiya və İmmunologiya kafedrası ATU-da elektron mühazirələrin tətbiq olunduğu ilk kafedralardan olub.

•Kafedranın yeni Elmi-tədqiqat laboratoriyaları yaradılıb. Kafedrada ilk dəfə olaraq bir sıra cərrahi infeksion ağırlaşmaların törədicisi olan spora əmələ gətirməyən obliqat anaeorob bakteriyaların kultivasiya və identifikasiyası aparılıb, immunoloji tədqiqatlarda ELISA testləri tətbiq olunmağa başlayıb.

•Kafedra əməkdaşları ilə birlikdə Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai birliyi təsis edilib.

•2009-cu ildə min nəfərdən çox yerli mütəxəssisin iştirakı ilə beynəlxalq konqres keçirilib.

•Tibbi Mikrobiologiya və İmmunologiya fənni üzrə rezidenturaya qəbul imtahanı üçün sual bankı yaradılıb.

•Həkim mütəxəssis hazırlığı üçün beynəlxalq təcrübəyə əsaslanan nümunəvi rezidentura təhsil proqramı hazırlanıb. Bu proqramdan bir sıra digər ixtisaslar üzrə proqramların hazırlanmasında istifadə edilib.

•Kafedrada ilk dəfə Klinik Mikrobiologiya bölməsinin tədrisinə başlanılıb. Tələbələr xəstələrdən əldə edilmiş real patoloji materiallarla işləyərək xəstəliklərin diaqnozunun təyin edilməsi vərdişlərini öyrənməyə başlayıb.

•İstedadı ilə fərqlənən gənclər doktorantura təhsili üçün Türkiyə Respublikasına göndərilib.

•Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik şurasının “Tibbi-nəzəri” bölməsinin 09.07.2010-cu il tarixli (protokol N 48) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 02.07.2010-cu il 14 saylı qərarı ilə tibb universitetlərinin tələbələri üçün iri həcmli fundamental dərslik yazılıb. Dərsliyin yenidən işlənmiş ikinci nəşri 2019-cu ildə çapdan çıxıb və 500 nüsxə dərs kitabı ATU-nun əsaslı kitabxanasına hədiyyə edilib.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında nailiyyətlər

•Azərbaycanda ilk dəfə tam avtomatlaşdırılmış Klinik-diaqnostik laboratoriya yaradılıb. Avtomatlaşdırılmış hemokultura, identifikasiya və antibiotiklərə həssaslıq sistemləri ilə təchiz olunmuş Klinik Mikrobioloji laboratoriya fəaliyyətə başlayıb.

•Pasiyentlər üçün Klinikada aparılan müayinələrin nəticələrinin veb portaldan əldə edilməsi təmin edilib.

•Universitet tarixində ilk dəfə Tədris Klinikasında fəaliyyət göstərən 6 terapiya şöbəsinin bazasında yeni şöbələr yaradılıb (Ürək-damar Mərkəzi, Hematologiya, Pulmonologiya, Nefrologiya, Qastroentrologiya, Revmatologiya, Endokrinologiya). Bununla da Klinika çoxprofilli Universitet Xəstəxanasına çevrilib.

•Yeni yaradılan şöbələrin profil üzrə ixtisaslaşması üçün kafedraların əməkdaşları xarici ölkələrə ezamiyyətə göndərilib, şöbələrə xaricdə təhsil almış mütəxəssislər işə qəbul edilib. Tədris Terapevtik Klinikanın bu şöbələrində müvafiq ixtisaslar üzrə rezidentura pilləsində həkim-mütəxəssis hazırlığına başlanılıb.

•Klinikada rezidentura təhsilinin yeni modeli tətbiq olunmağa başlayıb. Klinikanın bütün şöbələrində həkim-rezident otaqları yaradılıb, gənc mütəxəssislərin nüfuzlu beynəlxalq elektron kitabxanalara daxil ola bilməsi təmin edilib.

•Klinika üzrə həkim rezidentlərin həftəlik elmi seminarlar təşkil olunub (http://amuclinic. com/az/pages/215).

•Həkim rezidentlər Klinikanın müalicə-diaqnostika fəaliyyətinə yaxından cəlb edilib. Yuxarı kurs rezidentlərə bu istiqamətdə sərbəstlik verilib, onların aylıq məcburi növbə sistemi təşkil olunub. Bununla da hazırlanan həkim mütəxəssislərin praktik vərdişlərə yiyələnməsində ciddi dönüş yaranıb.

•Ölkə tarixində ilk dəfə Azərbaycan Tibb Universiteti Rezidentlərinin Elmi Konfransı (ATUREK) keçirilib. Hazırda bu Konfranslar hər il ənənəvi olaraq may ayında keçirilir və Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunur.

•Rezidentlərin elmi tədqiqatlarını özündə əks etdirən illik ATUREK elmi toplusu nəşr olunub. Gənc tədqiqatçıların ən yaxşı şifahi və poster məruzələri ilə çıxışlarının təşviqi üçün mükafatlandırma sistemi tətbiq olunub.

•Ölkədə ilk dəfə olaraq Xəstəxana İdarəetmə Sistemi (XİS), Laboratoriya İdarəetmə Sistemi (LİS), Görüntü arxivləmə və rabitə sistemi (Picture archiving and communication system - PACS) tətbiq olunmaqla tam elektronlaşmış xəstəxana yaradılıb. Xəstəlik tarixləri və ambulator qəbul kartlarının kağız forması ləğv edilib, elektron formaya keçilib. Dərman və tibbi sərflərin depolanması və dövriyyəsi tam elektronlaşdırılıb.

•Xəstəlik tarixlərinin elektronlaşması ilə müasir tibbi protokolların tətbiqinə və diaqnozun dürüstlüyünə nəzarət təmin olunub, neqativ hallar aradan qaldırılıb.

•Tibbi sənədlərin elektronlaşması onlardan mütəxəssis hazırlığında və elmi tədqiqatlarda istifadəni əlverişli və əlçatan edib.

•Ölkə tarixində ilk dəfə olaraq Türkiyə Təcili Tibbi Yardım Mütəxəssisləri Dərnəyi (https://www.atuder.org.tr/) ilə birlikdə Təcili Tibbi Yardım Konqresi təşkil olunub. Bu sahənin aktuallığı gündəmə gətirilib.

•Türkiyə Dezinfeksiya Antiseptika və Sterilizasiya Dərnəyi(https://www.das.org.tr/) ilə birlikdə Ümumilli Lider Heydər Əliyevin 90 illik yubliyenə həsr olunmuş Dezinfeksiya Antiseptika və Sterilizasiya üzrə Beynəlxalq Simpozium (https://azertag.az/xeber/france-211512) keçirilib. Xəstəxanada İnfeksiya Nəzarət Komitəsi yaradılıb, bu istiqamətdə ölkənin digər tibb müəssisələri üçün təlimlər keçirilib.

•Tədris Terapevtik Klinika ilə Türkiyə Respublikasının müxtəlif Universitet Klinikaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Klinikada təhsil alan rezidentlərin əksəriyyəti 3-6 ay müddətinə təhsil rotasiyasına göndərilib.

•Türkiyədə ixtisas təhsili (tibbdə uzmanlıq) almış mütəxəssislər Universitet Xəstəxanasında işə qəbul edilib. Bu mütəxəssislər müalicə, tədris və kadr hazırlığı işinə yaxından cəlb edilib.

Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzində nailiyyətlər

•Mərkəzin Tibbi Xidmətləri tamamilə elektronlaşdırılıb.

•Mərkəzdə tibbi sənədləşmənin elektronlaşdırılması diaqnozların təyinində, dərman və tibbi sərfiyyatın dövriyyəsində şəffaflığı təmin edib.

•Mərkəzdə bütün tibbi laboratoriyaların, o cümlədən sümük iliyi transplantasiyası icra olunan xəstələrin müalicəsi üçün xüsusi əhəmiyyət kəsb edən Klinik Mikrobioloji Laboratoriyanın fəaliyyəti təmin edilib.

•Mərkəzdə ölkə tarixində ilk dəfə olaraq, sekvenləşdirmə, yeni nəsil sekvenləşdirmə və sitogenetika laboratoriyaları yaradılıb (https://president.az/articles/30641). Azərbaycanın beynəlxalq gen banklarına əlçatanlığı təmin edilib. Bu məqsədlə laboratoriyalar nüfuzlu Qiagen şirkəti tərəfindən xüsusi serverlə təchiz edilib. Mərkəzdə ən müasir standartlara uyğun immunofluorossesnsiya laboratoriyası yaradılıb. Hazırda bu laboratoriyalarda yüzlərlə hematoloji, onkoloji, irsi xəstəliklərin genetik və immunoloji diaqnozunu təyin etmək, orqan və toxumaların transplantasiyası üçün toxuma uyğunluğu analizlərini aparmaq mümkündür. Həmçinin bu laboratoriyalarda bütün mikroorqanizmlərin, o cümlədən təhlükəli virus və bakteriyaların genetik tiplərini, mutasiyaya uğramış ştammlarını təyin etmək mümkündür. 2021-ci ildə ölkə tarixində ilk dəfə olaraq bu laboratoriyalarda COVID19 xəstəliyinin törədicisi olan SARS Cov-2 viruslarının ölkəmizin ərazisində yayılan genetik tipləri və mutasiyanın varlığı araşdırılıb, əldə olunmuş nəticələr beynəlxalq gen bankına daxil edilib.

•Mərkəzdə ən müasir yüksək texnologiyaların tətbiq olunduğu Hematologiya, Hemostaz, Axın Sitometriyası, İmmunelektroforez laboratoriyaları yaradılıb.

•2018-ci ildə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyilə “Talassemiyasız Həyat Naminə” devizi ilə ölkənin bütün bölgələrini əhatə edən səkkiz Regional Simpozium təşkil olunub.

• 2019-cu il Mayın 22-də ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş 1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilib. Konqresə 23 ölkədən 50-yə yaxın xarici mütəxəssis məruzəçi kimi dəvət olunub, 2000-dək yerli mütəxəssis iştirak edib, konqresin elmi toplusu nəşr edilib.

•Talassemiya Mərkəzinin təşkilatçılığı ilə ayrı-ayrılıqda həkimlər və tibb bacıları üçün həftəlik elmi seminarlar təşkil olunub. Hematologiya sahəsinin müxtəlif istiqamətlərinə həsr olunmuş seminarlar Səhiyyə Nazirliyinin Davamlı Tibbi Təhsil proqramı çərçivəsində akkreditasiya olunub, bu seminarlarda Bakı şəhərinin və ölkənin müxtəlif rayonlarının mütəxəssisləri mütəmadi olaraq iştirak edib.

•Talassemiya Mərkəzi ilə Türkiyə Respublikasının aparıcı Universitet Klinikaları arasında hematologiya və sümük iliyi sahəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə çərçivəsində Mərkəzin tibbi personalının əksər hissəsi, o cümlədən burada təhsil alan rezidentlər uzunmüddətli təcrübə kurslarına göndərilib. Türkiyədən, Avropadan, Amerikadan, Rusiyadan, İsraildən dəvət olunmuş professorların iştirakı ilə dəfələrlə tibb işçiləri üçün elmi-praktik seminarlar, xəstələr üçün konsultasiya və konisilumlar təşkil olunub. 

•2018-ci ildən sonra Talassemiya Mərkəzinin ölkədə hələlik yeganə olan sümük ilyi transplantasiyası şöbəsində həyata keçirilən bütün transplantasiya əməliyyatları xarici mütəxəssislər dəvət edilmədən, Mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirilir.

•İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə daxil olan 1300-ədək laborator xidmətin müasir standartlara uyğun siyahısı hazırlanıb, Agentliyin işçi qrupu ilə birlikdə bütün ölkə üzrə tibb müəssisələrinin tibbi laboratoriyalarının vəziyyəti öyrənilib, təhlil edilib və standartlaşdırılması üçün strateji plan hazırlanıb.

•Ölkənin bütün xəstəxanalarının laboratoriyalarında çalışan mütəxəssislərin yeni avtomatlaşdırılmış sistemlərlə işləmə bacarıqlarının formalaşması və tibbi analiz nəticələrinin klinik interpretasiyası üçün uzunmüddətli elmi-praktik kurslar təşkil edilib. Hazırda bu kurslar proqram üzrə davam etdirilir.

•Tibbi Genetika, Klinik Mikrobiologiya sahələri üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almış yüksək ixtisaslı gənc mütəxəssislər Mərkəzə işə qəbul edilib. Bu mütəxəssislər Mərkəzin müalicə-diaqnostika, elmi araşdırma və kadr hazırlığı işinə yaxından cəlb edilib.

•Mərkəzin əməkdaşları beynəlxalq elmi toplantılarda iştirak etməyə başlayıb. Mərkəzdə yerinə yetirilən elmi tədqiqatlar nüfuzlu beynəlxalq elmi jurnallarda və konqreslərin tezislərində nəşr olunur.

•Mərkəzdə beynəlxalq standartların tətbiqi istiqamətində əldə edilmiş müsbət təcrübənin tətbiq miqyasının genişləndirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 23 dekabr tarixli fərmanı ilə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində nailiyyətlər:

•2019-2021-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

•Tibb müəssisələrinin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması reallaşıb

•COVID-19 panemiyası ilə mübarizə və əksepidemik tədbirlər, o cümlədən vaksinasiya prosesi uğurla təşkil olunub. Bu fəaliyyət ölkə rəhbəri və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

•Vətən müharibəsi yaralılarına tibbi yardımın təşkili və tibbi təxliyyə məsələləri yüksək peşəkarlıqla idarə olunub.

•Qısa müddət ərzində beynəlxalq əməkdaşlıqda ciddi irəliləyişlər əldə edilib.

Peşə və pedaqoji inkişaf

1. 2009  6.Ulusal DAS Kongresi, Antalya

2. 2009 24. Antibiyotik və Kemoterapi Kongresi, Ölüdeniz

3. 2009 Avrasiya Klinik mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresi, Bakı (Konqresin baş katibi)

4. 2010 25. Antibiyotik və Kemoterapi  konqresi, Girne, Kipr

5. 2011 Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya Və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresi. Sareyevo, Bosniya-Hersoqovina (məruzəçi)

6. 2011 Azərbaycan-Türkiyə Təcili Tibbi Yardım Simpoziumu, Bakı (Baş katib)

7. 2012 4-cü EKMUD (İnfeksion xəstəliklər və Klinik mikrobiologiya) konqresi. İstanbul, Türkiyə, (məruzəçi).

8. 2012 Azərbaycan Allerqoloq, immunoloq və İmmunoreablitoloqlarının Konqresi, Bakı, (məruzəçi).

9. 2012 İkinci Bakı Beynəlxalq Humanitar forumu 2012, Bakı

10. 2013 Mikrobioloji diaqnostikada avtomatlaşdırma seminarı, İstanbul

11. 2013 23. European Congress of Clinical Microbiology and İnfectious Diseases Konqresi, Berlin, Almaniya

12. 2013 Xəstəxanadaxili infeksiyalar, Dezinfeksiya, Antiseptika və Sterilizasiya problemləri simpoziumu, Bakı, (Elmi katib)

13. 2013 The 5th Eurasia Congress of Infectious Diseases. Albania, 15-18 May 2013, p.211  

14. 2014 24. European Congress of Clinical Microbiology and İnfectious Diseases Konqresi, Barselona, İspaniya

15. 2014 6th Eurasia Congress of Infectious Diseases. Serbia

16. 2014  4. Bakı Beynəlxalq Humanitar forumu, Bakı

17. 2015 25-ci ECCMID Konqresi, Kopenhagen, Danimarka.

18. 2015 30-cu ANKEM Kongresi, Kipr, (bölmə sədri)

19. 2015 Kök hüceyrə transplantasiyası və infeksion ağırlaşmalar Simpoziumu. Anadolu Sağlık Merkezi, İstanbul

20. 2015 2-ci Azərbaycan-Türkiyə Nefroloji Konqresi, Bakı, (məruzəçi)

21. 2015 7-ci Avrasiya İnfeksion xəstəliklər Konqresi, Tbilisi, (elmi katib, bölmə sədri, məruzəçi)

22. 2016 3-cü "Bağırsaq Mikrobiotası və Probiotiklər Konqresi", Türkiyə, Ankara, Gazi Universiteti

23. 2016 13-cü "Ulusal Viral Hepatit Konqresi", Türkiyə, Antalya

24. 2016 31-ci "Antibiotiklər və Kimyəvi terapiya" Konqresi, Kipr, (bölmə sədri)

25. 2016 Türkiyə Elmlər Akademiyasının təşkil etdiyi 3-cü  "Beynəlxalq Kök Hüceyrə Kursu", Türkiyə, Antalya

26. 2017 38-ci Türk Biokimya Kongresi (Beynəlxalq), Atatürk Universiteti, Ərzrum Türkiyə (məruzəçi)

27. 2017 Ulusal Sağlık Hizmetleri Meslek Yüksekokulları Simpoziumu, Marmara Universiteti, İstanbul, Türkiyə (məruzəçi)

28. 2018 38-ci Türk Mikrobiologiya Konqresi, Antalya, Türkiyə

29. 2019 29-cu ECCMID Konqresi, Amsterdam, Niderland.

30. 2019 1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan (Konqresin Elmi Katibi)

31. 2019 5-ci Rusiya Federasiyası Laborator Diaqnostika Konqresi, Moskva, Rusiya

32. 2022 2-ci Azərbaycan Laborator Təbabət Konfransı, Bakı

33. 2023 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “1-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi (həmsədr və təşkilat komitəsinin rəhbəri)

34. 2023 IFCC-EFLM EuroMedLab-WorldLab-2023 - Avropa Kliniki Kimya və Laborator Tibb Federasiyası (EFLM) tərəfindən İtaliya Respublikasının Roma şəhərində təşkil olunan Beynəlxalq Laborator Tibb Konqresində (məruzəçi)

35. 2023 AZKLMİB-in 4-cü regional simpoziumu (Laborator testlərə müasir yanaşma simpoziumu) Lənkəran 

36. 2023 Türkiyə Klinik Mikrobiologiya Uzmanlıq Dərnəyinin 7. Ulusal Klinik Mikrobiyoloji Kongresi və 4. Ulusal Viroloji Günleri. Bodrum, Türkiyə. (Konqresin Elmi Komitəsinin üzvü, məruzəçi)

37. 2023 Türkiyə Klinik Biokimya Uzmanlıq Dərnəyinin 2023-cü il Konqresi və 11. Ulusal Laborator Süreçlerin Yönetimi Sempozyumu. Antalya, Türkiyə. (Konqresin Elmi Komitəsinin üzvü, məruzəçi)

38. 2024 “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilmiş “2-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi” (həmsədr və təşkilat komitəsinin rəhbəri)

Elmi araşdırma sahəsi

•Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların mikrobioloji xüsusiyyətlərinin öyrənilməsi

•Antibiotiklərə rezistenlik

•Nozokomial infeksiya törədicilərinin molekulyar-genetik xarakteristikası  

•Odlu silah yaralarının mikrobioloji xarakteristikası

•Viral qastroenterit və hepatitlər

•Viral yuxarı tənəffüs olu infeksiyaları

Kitab

1. Tibbi Mikrobiologiya, İmmunologiya və Klinik mikrobiologiya (yenilənmiş 2-ci nəşri). Dərslik, Bakı, Şərq-Qərb nəşriyyatı, 2019, 715 səh.

2. Klinik Laborator Diaqnostika. Dərs vəsaiti, Bakı, Şərq-Qərb nəşriyyatı, 2018, 300 səh.

Məqalə

Leblebicioglu H, Arends JE, R.Bayramli et al. Availability of hepatitis C diagnostics and therapeutics in European and Eurasia countries. Antiviral Res. 2018 Feb;150: 9-14. DOI: 10.1016/j.antiviral.2017.12.001

Üzv olduğu qurum

1. Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədr müavini.

2. Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvü.

3. Tibbi Mikrobioloq və İmmunoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvü.

4. Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ESCMID European Society of Clinical Microbiology and Infectious Diseases) üzvü.

5. Beynəlxalq Klinik Kimya və Laborator Tibb Federasiyasının (IFCC) üzvü, Azərbaycan təmsilçisi (https://ifcc.org/executive-board-and-council/council/full-members/azerbaijan-az-ascls/)

6. Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının (EFLM) üzvü, Azərbaycan təmsilçisi

7. Azərbaycan Laborator Tibb Jurnalının baş redaktoru

8. ATU-nun  Həmkarlar İttifaqı komitəsinin üzvü

9. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Laboratoriyaların standartlaşdırılması üzrə işçi qrupu”nun üzvü.

10. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində TƏBİB tabeliyində olan dövlət səhiyyə müəssisələrində Mikrobioloji, Biokimyəvi və İmmunoloji laboratoriyaların qurulması üzrə işçi qrupun üzvü. TƏBİB tabeliyində olan dövlət səhiyyə müəssisələrinin tibbi laboratoriyalarının standartlaşdırılması layihəsi üzrə təlimatların və normativ sənədlərin hazırlanmasına rəhbərlik.

11. Tələbəlik illərində - 1998-2001-ci illərdə ATU-nun tibbi profilaktika və tibbi biologiya fakültəsi gənclər təşkilatının sədri kimi universitetin ictimai həyatında fəal iştirak edib.

12.Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə keçirilən ATU-nun 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq Konfransın aparıcısı olub. Tələbəlik illərində ATU-nun mətbu orqanı olan “Təbib qəzeti”ndə dövri olaraq şeirləri və məqalələri çap olunub.

13. Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin (TMİİB) təsisçilərindən biri, 2009 və 2013-cü illərdə TMİİB-in Bakı şəhərində təşkil etdiyi genişmiqyaslı beynəlxalq konqreslərin elmi katibi, Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir.

14. 2019-cu ildə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan 1-ci Beynəlxalq Hematologiya Mütəxəssisləri” Konqresinin elmi katibi olub. Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi bir sıra layihələrin icrasında iştirak edib.

15. 14 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Magistr

1.Magistrant Fatimə Heydərova. “Stasionar müalicə alan xəstələrin klinik nümunələrindən izolə edilən qram mənfi bakteriyaların identifikasiyası və antibiotiklərə həssaslıqlarının öyrənilməsi” mövzusunda magistr dissertasiya işini uğurla başa çatdırmış və dissertasiya işinin ilkin müzakirəsi keçirilərək rəsmi müdafiəyə təqdim olunması üçün müsbət qiymətləndirilmişdir.

2.Magistrant Jalə Məhcanova. “Səhiyyə xidmətləri ilə əlaqəli sidik yolu infeksiyalarından izolə edilən Pseudomonas aeruginosa ştammlarının antibiotiklərə həssaslığının tədqiqi” mövzusunda magistr dissertasiya işi üzərində tədqiqatlar davam etdirilir.