Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1962-ci ildə I sinifə daxil olub, 1972-ci ildə orta məktəbi bitirib.1973-cü ildə N.Nərimanov adına ADTİ-nun sanitariya-gigiyena fakultəsinə daxil olub, 1979-cu ildə institutu bitirib. 01.08.1979-cu ildə təyinatla Türkmənistan Səhiyyə Nazirliyinin sərəncamına göndərilib. Həmin vaxtdan Aşxabad Epidemiologiya və Gigiyena ETİ-da qida gigiyenası şöbəsində kiçik elmi işçi və laboratoriya müdiri vəzifəsində işləyib. 21.02.1980-cı ildə Nazirliyin sərəncamına əsasən Taşauz Su-kanal idarəsinə həkim-bakterioloq və laboratoriya rəisi vəzifəsinə göndərilib. 23.09.1980-ci ildə Taşauz vilayət Tibb Məktəbində - mikrobiologiya, gigiyena, infeksion xəstəliklər, epidemiologiya fənləri üzrə müəllim, mikrobiologiya kabinetinin müdiri vəzifəsinə təyin olunub.

31.12.1982-ci ildə  N.Nərimanov adına ADTİ-nun Mikrobiologiya kafedrasının əyani aspiranturasına qəbul olub. Aspiranturanı bitirdikdən sonra 03.01.1986-cı ildə İnfeksion xəstəliklər kafedrasına baş laborant vəzifəsində işləyib. 02.09.1986-cı ildə  həmin vəzifədə Mikrobiologiya kafedrasına göndərilib. 30.09.1991-ci müsabiqə yolu ilə ildə assistent, 29.03.2002-ci ildə  baş müəllim vəzifəsinə seçilib. 2005-ci ildə "Penicillium rubrum göbələyinin Azərbaycan torpaqlarında yayılması, onun morfoloji və bioloji xassələri" mövzusunda dissertasiya işini müdafiə edib, 21.06.2006-cı ildə t.e.n. alimlik dərəcəsi adını alıb.

05.07.2013-cü ildə dosent vəzifəsinə seçilmişəm və hal-hazıra qədər bu vəzifədə çalışır.

Akademik fəaliyyət

1991-ci ildən, hal-hazıradək Tibbi mikrobiologiya və immunologiya kafedrasının müəllimi - dosent

Təhsili

1973-1979 ATU, Tibbi-profilaktika fakultəsi – Ali təhsil; 1983-1986 ATU Tibbi mikrobiologiya və immunologiya kafedrası – aspirantura təhsili


 

 

Elmi araşdırma sahəsi

«Azərbaycan torpaqlarından alınmış Penicillium rubrum göbələk ştammlarının morfoloji vəbioloji xassələri» mövzusunda 03.00.07 – “Mikrobiologiya” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin 2005-ci ildə rəsmi müdafiəsi olmuşdur

 

Kitab

1. «İrinli-iltihabi xəstəliklərin mikrobioloji diaqnostikası» səh. 175, 2017

2. «Ümumi mikrobiologiya və immunologiya» səh. 612, 2020

3. «Xüsusi mikrobiologiya» səh. 678, 2023