
1978-ci ildə Bakı şəhərindəki 28 №-li məktəbin 1-ci sinfinə getmişdir. 1988-ci ildə məktəbi bitirmiş və 1993-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini, 1999-cu ildə aspirantura şöbəsini bitirmişdir.
08.11.2000-ci ildə 03.00.07 – “Mikrobiologiya” ixtisası üzrə “Lənkəran təbii vilayətinin bəzi torpaqlarında yayılmış aktinomisetlərin vertikal zonallıq üzrə öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir. 2012-ci ildə “Müxtəlif mənbələrdən alınmış aktinomisetlər və onların xəstəlik törədən formalarının mikrobioloji səciyyələndirilməsi” mövzusunda doktorluq dissertasiya işini müdafıə etmiş və 29.03.2013-cü il tarixində AAK tərəfindən “biologiya elmlər doktoru” alimlik dərəcəsinə layiq görülmüşdür. 16.04.2014-cü ildə dosent elmi adı almışdır. 17.07.2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı təsdiq edilmişdir.
2002-ci ildən Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasında assistent, 2007-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır. 2010-cu ildə kafedrada dosent, 2014-cü ildən isə kafedranın professoru vəzifəsində çalışır. Eyni zamanda 2022-2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Elm sahələri üzrə ikinci şöbənin müdiri vəzifəsində çalışmış, 17.01.2025-ci il tarixindən hal-hazıradək sədr müavini vəzifəsində çalışır.
2002-2007-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının assistenti;
2007-2010-cu illər ərzində həmin kafedranın baş müəllimi;
2010-2014-cü illər ərzində həmin kafedranın dosenti;
2014-cü ildən hal-hazıradək isə həmin kafedranın professoru.
Eyni zamanda:
2022-2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Elm sahələri üzrə ikinci şöbənin müdiri;
17.01.2025-ci il tarixindən hal-hazıradək sədr müavini;
ATU-nun İctimai Səhiyyə fakultəsinin Elmi Şurasının üzvü;
ATU-nun Mikrobiologiya, İmmunologiya, Epidemiologiya və Yoluxucu xəstəliklər ixtisasları üzrə Problem Komissiyasının üzvü;
İctimai Səhiyyə fakültəsi dekanının Elmi işlər üzrə müavini;
Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin üzvü.
İnfeksiya sahəsində Rusiya Federasiyasının ekspertlər birliyinin üzvü;
Rusiya Federasiyasının Laborator Tibb Federasiyasının üzvü;
Amerika Mikrobioloqlar Cəmiyyətinin üzvü;
ESCMID -in üzvü;
1988-1993 − Bakı Dövlət Universitetinin biologiya fakültəsi, Bioloq, Biologiya-kimya müəllimliyi ixtisası (Diplom №837179, 15.07.1993)
1994-1999 − Bakı Dövlət Universiteti Biologiya fakültəsi, Mikrobiologiya ixtisası üzrə aspirant (EN №02140, 08.11.2000)
08.11.2000 − 03.00.07 – “Mikrobiologiya” ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi (diplom EN №02140);
29.03.2013 − 2414.01 – “Mikrobiologiya” ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi (diplom ED №01459);
16.04.2014 − Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrası üzrə dosent elmi adı (diplom DS №04586);
17.07.2019 − Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrası üzrə professor elmi adı (diplom PR №01721);
20-23.03.2017-ci il “Tibbi laborator federasiyası”nın keçirdiyi Master Klassda şəhadətnamə ilə təltif (№701/2303-17).
18.03.2014 – 19.03.2014 − Rusiya Federasiyasının Meçnikov adına Tibb Universitetinin Mikologiya Mərkəzi, Sankt-Peterburq şəhəri, tədqiqat təcrübəsi;
30.06.2016 – 28.07.2016 − TC Sağlık Bakanlığı Türkiye Kamu Hastaneleri Kurumu İstanbul ile Beyoğlu Kamu Hastaneleri Birligi Genel Sekreterliyi. “Sağlık bilimleri Universitesi Şişli Hamidiye Etfal Eğitimi ve Araşdırma Hastanesi” Tıbbi Mikrobioloji Laboratuvarı, İstanbul şəhəri, Klinik – molekulyar biologiya laboratoriyasında elmi praktik kurs;
09.06.2014-11.06.2014 − Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş “Всероссийская научно-практическая конференция по медицинской микробиологии и клинической микологии, (XVII Кашкинские чтение)” konfrans;
«Микробиоценоз и иммунная система человека», Санкт –Петербург, 2014 (Master klas);
«Кандидоз у беременных женщин и новорожденных», Санкт–Петербург, 2014 (Master klas);
«Диагностика и лечение рецидивирующих микозов кожи и ее придатков», Санкт –Петербург, 2014 (Master klas);
«Морфологические и масс-спектрометрические подходы к идентификации грибов рода Aspergillus», Санкт –Петербург, 2014 (Master klas);
«Методологические основы диагностики и профилактики легенеллезе в условиях мегаполиса», Санкт –Петербург, 2014 (Master klas);
«Диско-диффузионный метод оценки чувствительности бактерий к антибиотикам», Санкт–Петербург, 2014 (Master klas);
30.09.2015-03.10.2015 − Tiblisi şəhəri, «The 7th Eurasia Congress of infections diseases» konfransı;
23.04.2015-29.04.2015 − Kopenhagen şəhəri, «25-ci Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər» konqresi;
20.03.2017-23.03.2017 − Moskva şəhəri, «XXII Всероссийская научно-практическая конференция с международным участием», «Теория и практика Клинической Лабораторной диагностики», konfransı;
“Tibbi laborator federasiyası”nın keçirdiyi Master Klass (Şəhadətnamə №701/2303-17 ilə təltif (18 kredit));
31.10.2017-05.11.2017 − Soçi şəhəri, «IV Всероссийская междистиплинарная научно-практическая конференция с международным участием. Социально-значимые и особо опасные инфекционные заболевания “Сравнительное изучение идентификации актиномицетов по методу Maldi-Tof спектрометрии и фенотипическим свойствам” konfransı;
02.05.2018-06.05.2018 − Fathiye şəhəri, 33-cü ANKEM Konqresi;
27.03.2022 − Bakı Dövlət Universitetinin Biologiya fakültəsində COVİD 19 infeksiyasına dair “Virusların bioloji xüsusiyyətlərinin öyrənilməsinin müasir dövrümüzdə rolu və COVİD 19 infeksiyası ” mövzusunda ustad dərsi.
Tibbi mikrobiologiya / Tibbi bakteriologiya / Tibbi mikologiya / Tibbi parazitologiya / İmmunologiya / Molekulyar genetika
Dərslik:
Dərs vəsaiti:
Monoqrafiya :
1. Aliev I.A, Huseynova A.A., Agayeva N.A., Ganbarov Kh,G., The influence of temperature to the growth of opportunistic fungi of Baku city environment. International J. of Applied and Pure Science and Agriculture (IJAPSA), 2016, vol.2, 6 (2016)148-150.
2. GKG Aliyev İ.A., Agayeva N.A., Abdulgadimova S.M. The influence of artificial forests and local landscaping to aerogen mycobiota in buildings // Journal of Microbiology, Biotechnology and Food Science. Volume 2, June 2016, p.45-48
3. N.A.Ağayeva, Talıbova C.X., Əliyeva H.M.Альтернативные методы лечения больных хроническим ринитом// Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı, 2019, №1, səh.173-176
4. Agayeva N.A., Shafiyeva S., Ganbarov K. Preliminary data of bioresonant impact on the growth and morphology of Candida guillermondi after storage in culture collection. Open Access Journal of Microbiology and Biotechnology, 2019, 4 (2), p. 13-18. https://doi.org/10.23880/oajmb-16000146
5. Ismiyev, A., Shoaib, M., Ganbarov, K., & Agayeva, N. Synthesis and antimicrobial activity of novel toluenesulfonyl derivatives of pyrazoles annelated with a polyfunctional cyclohexane ring. Advances in Biology & Earth Sciences, Vol 4, №2, 2019, pp.88-92
6. Гаджиева Я.Г., Агаев А.А., Алиева Х.М.Изучение ситакинового статуса у больных с гастроэнтеральной патологией и гиперхолестеринемией.// Azərbaycan təbabətinin nailiyyətləri, №1. 2020, ст.185-188.
7. İbadullayeva S.J., Ağayeva N.A. İmmune strengthener plants in Azerbaijan flora// Həyat elmləri və biotip jurnalı, №2, 2020, səh.79-85
8. Hacıyeva Y.Q., Ağayev A.A., Ağayeva N.A., Əliyeva H.M. Изучение ситокинового статуса у больных с гастроэнтеральной патологией и гиперхолестеринемией//.Azərbaycan Təbabətinin Nailiyyətləri, №1, 2020, səh.185-188
9. Agayeva Emma, Ibadullayeva Sayyara, Agayeva Nigar, Narimanov Vidadi, Qurbanova Sara, Şirəliyeva Q. Видовой состав возбудителей оппортунистических инфекций мочевыводящих путей и возможности преодоления их антибиотикорезистентности// Bulletin of Science and Practice, Scientific Journal, 2021, Volume 7, Issue 7, p.135-140
10. Гусейнова Н.Б., Агаева Н.А., Багирова Г.Ф. Иммунологические аспекты бактериального вагинита и неспецифического вагинита при дефиците витамина Д// Медицинские новости, 4 апрель, 2022, стр 61-67
11. Гусейнова Н.Б., Агаева Н.А., Багирова Х.Ф., Алиева М.Х. Современный подход к бактериальному вагинозу и диагностике вагинита у женщин с дефицитом витамина D//«Репродуктивное здоровье. Восточная Европа», 2022, том 12, № 6, стр. 646-650
12. Qasımov R.N., İbadullayeva S.J., Agayeva E.M., Agayeva N.A., Suleymanova T.N., Movsumova N.V. Effectiveness of the study of Plant- Containing Immune-stimulants in poultry industry// Scholars Bulletin, 2023, 9(6):76-79, DOI:10.36348/sb.2023.v09i06.002
13. N.A.Ağayeva, A.B.Qurbanova. “Bəzi ağız boşluğu xəstəlikləri törədicilərinin mikrobioloji aspektləri”. “Azərbaycan təbabətin müasir nailiyyətləri” № 3, 2023. Səh. 39-44.
14. Şəfiyeva S, Ağayeva N, Qənbərov X, Hüseynova S., Muhammad Shoaib, Asif Riaz, Mirzəyeva Ş, Muhammad Fiaz. The efficacy of fluconazole electronicaly-activated physiological saline Candida guilliermondii BDU-217// Malaysian journal of microbiology, Vol 20(5) 2024, pp 652-656. DOI: 10.21161/mjm.230173 (Q4)
ATU-nun İctimai Səhiyyə fakultəsinin Elmi Şurasının üzvü;
ATU-nun Mikrobiologiya, İmmunologiya, Epidemiologiya və Yoluxucu xəstəliklər ixtisasları üzrə Problem Komissiyasının üzvü;
İctimai Səhiyyə fakültəsi dekanının Elmi işlər üzrə müavini;
Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin üzvü.
İnfeksiya sahəsində Rusiya Federasiyasının ekspertlər birliyinin üzvü;
Rusiya Federasiyasının Laborator Tibb Federasiyasının üzvü;
Amerika Mikrobioloqlar Cəmiyyətinin üzvü;
ESCMID -in üzvü;
Tibbi mikrobiologiya və immunologiya kafedrasının magistrantı Aytən Qurbanova – “Biologiya” ixtisası, “Mikrobiologiya” ixtisaslaşması üzrə 27.10.2022-ci il tarixində 6 №-li protokolla təsdiq olunmuş: “Antibiotiklərə davamlı şərti-patogen bakteriya ştammlarının izolə edildiyi ağız boşluğu xəstəliklərinin mikrobioloji və immunoloji səciyyələndirilməsi” mövzusunda magistr dissertasiya işi. 24 iyun 2024-cü il tarixində dissertasiya müvəffəqiyyətlə müdafiə edilmişdir və fərqlənmə diplomuna layiq görülmüşdür.
Tibbi mikrobiologiya və immunologiya kafedrasının magistrantı Fəriqə Əliyevanın – “Biologiya” ixtisası, “Mikrobiologiya” ixtisaslaşması üzrə 07.03.2025-ci il tarixində 7 №-li protokolla təsdiq olunmuş: “Yuxarı tənəffüs yolları infeksiyalarının etioloji strukturu və bəzi immunoloji göstəricilərinin təyini” mövzusunda magistr dissertasiya işi üzərində çalışır.
ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dissertantı Nərgiz Bəxtiyar qızı Hüseynova 2414.01-“Mikrobiologiya” və 3215.01-“Mamalıq və ginekologiya” ixtisasları üzrə 27.11.2015-ci il tarixində 3 №-li protokolla təsdiq olunmuş “D vitamini çatışmazlığı zamanı qadınlarda vaginit və vaginozların etiopatogenetik xüsusiyyətlərinin tədqiqi” mövzusunda dissertasiya işi üzərində çalışır.
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun dissertantı Nilufər Oktay qızı Məmmədova 3221.01-“Yoluxucu xəstəliklər” və 2414.01-“Mikrobiologiya” ixtisasları üzrə 06.03.2018-ci il tarixində 4 №-li protokolla təsdiq olunmuş “Blastosistoz xəstəliyinin klinik mikrobioloji xüsusiyyətləri və müalicəsinin səmərələşdirilməsi” dissertasiya işinin 03.12.2025-ci il tarixində ilkin müzakirəsi keçirilmişdir.
ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dissertantı Kübra İlham qızı Zöhrabova 2414.01-“Mikrobiologiya” ixtisası üzrə 03.07.2018-ci il tarixində 10 №-li protokolla təsdiq olunmuş “Patoloji materiallardan izolə edilmiş Klebsiella spp.-nin mikrobioloji xüsusiyyətləri və antibiotiklərə davamlılığı” mövzusunda dissertasiya işi üzərində çalışır.
ATU-nun I Uşaq xəstəlikləri kafedrasının doktorantı Meyxanım Molla qızı Nəzirzadə 3220.01-“Pediatriya” ixtisası üzrə 05.06.2025-ci il tarixində 9 №-li protokolla təsdiq olunmuş “Anadangəlmə immun çatışmazlıqlı (AİÇ) xəstələrdə immun-genetik diaqnostika və katamnestik müşahidə” mövzusunda dissertasiya işi üzərində çalışır.
AR ETN Mikrobiologiya İnstitutunun doktorantı Aytən Bədrəddin qızı Qurbanova 2414.01-“Mikrobiologiya” ixtisası üzrə 19.09.2025-ci il tarixində 7 №-li protokolla təsdiq olunmuş “Müxtəlif patoloji proseslərdən və ətraf mühitdən izolə edilmiş rezistent şərti-patogen bakteriyaların müqayisəli mikrobioloji tədqiqi” mövzusunda dissertasiya işi üzərində çalışır.