Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1982-1988-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil almış və fərqlənmə ilə bitirmişdir, 1988-1991-ci illərdə Elmi Şuranın qərarı ilə Azərbaycan Tibb İnstitutunun əyani aspiranturasında “Mikrobiologiya” ixtisası üzrə təhsil almış, 1992-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almışdır.

1991-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında assistent, 1993-2005-cü illərdə baş müəllim, 2005-2011-ci illərdə dosent vəzifələrində çalışmışdır. 2009-cu ildə “Mikrobiologiya” ixtisası üzrə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildən Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru vəzifəsində çalışır. Çoxsaylı dərslik, dərs vəsaiti, metodik tövsiyyə və digər elmi əsərlərin müəllifidir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

2012-2019-cu illlərdə Azərbaycan Tibb Universitetinin “Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya” şöbəsinin müdiri, 2013-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasınıın Ekspert Şurasının üzvü olmuşdur. 2016-cı ildən İnfeksion Nəzarət üzrə Avropa Komitəsinin (EUCİC) Məşvərət Şurasının üzvüdür.

2020-cı ildə V.Axundov ad. Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.

2025-ci ildə Asiya Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir

Akademik fəaliyyət

1991-1993, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının assistenti

1993-2005, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının baş müəllimi

2005-2011, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti

2011-indiyədək, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru

2012-2019, Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və İnnovasiya Şöbəsinin müdiri

2014-2020, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası, Ekspert Şurasının üzvü

2016-indiyədək, İnfeksion Nəzarət üzrə Avropa Komitəsinin (EUCİC) Məşvərət Şurasının üzvü

2020-indiyədək, Səhiyyə Nazirliyi V.Axundov ad. Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu (elmi işlər üzrə direktor müavini)

Təhsili

1982-1988, Azərbaycan Tibb İnstitutunun tələbəsi

1988-1991, Azərbaycan Tibb İnstitutunun aspirantı

Nailiyyətlər (adlar)

“Əməkdar müəllim” (2013-cü il)

 

 

Peşə və pedaqoji inkişaf

Klinik və təcrübi bacarıqların tədrisi və qiymətləndirilməsi, 8-12 aprel 2013-cü il, Baki şəhəri

Təhsil proqramlarının keyfiyyətinin on-line idarə olunması, 13-15 noyabr 2013-cü il, Roma şəhəri, İtaliya

Kurikulum layihələndirilməsi və tərtibi, 3-5 dekab 2013-cü il, Baki şəhəri

Azərbaycanın ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin yaradılmasına dəstək (TAIEX proqramı çərçivəsində), 3-4 oktyabr 2017-ci il, Baki şəhəri

Kronik toksisite ve IV tedaviler egitim programi, 20-21 noyabr, 2021-ci il, Baki şəhəri

Train the trainer 2022 Workshop for inflammation resolution, Baden-Baden, Germany, 02.08.2022

Train the trainer 2022 Workshop for stress and sleep, Baden-Baden, Germany, 02.08.2022

Elmi araşdırma sahəsi

Tibbi mikrobiologiya / Tibbi bakteriologiya / Tibbi mikologiya / Tibbi parazitologiya / Tibbi virusologiya

Klinik mikrobiologiya / İmmunologiya / Eksperimental immunologiya / Klinik immunologiya / Eksperimental infektologiya

Kitab

1. Z.Ö.Qarayev,Т.Ə.Əliyev, A.İ.Qurbanov. Tibbi mikologiya (dərs vəsaiti), Bakı, «Təbib», 2007, 410 s.

2. Z.Ö.Qarayev, A.İ.Qurbanov. Tibbi mikrobiologiya və immunologiya (dərslik), Bakı, «Təbib», 2010, 860 s.

3. Test tapşırıqlarına olan tələblər, onların tərtibi qaydaları və ekspertizası (metodik tövsiyyə) / A.İ.Qurbanov A.M.Məhərrəmov, N.V.Qasımov/, Bakı, «Təbib», 2012, 16 s

4. Kredit sistemi üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının qiymətləndirmə meyarları və qaydaları / A.İ.Qurbanov A.M.Məhərrəmov, N.V.Qasımov/ metodik tövsiyyə, Bakı, «Təbib», 2013, 8 s

5. Z.Ö.Qarayev, A.İ.Qurbanov. Mikrobiologiya və immunologiyadan testlər (dərs vəsaiti), Bakı, «Təbib», 2013, 671 s.

6. Müasir tibb təhsilinin əsasları (metodik təlimat) / A.İ.Qurbanov, R.İ.Qabulova/ Bakı, «Bilik», 2014, 76 s.

7. Klinik və təcrübi bacarıqların qiymətləndirilməsinə dair metodik tövsiyələr /A.İ.Qurbanov, R.İ.Qabulova/, Bakı, «Təbib», 2016, 10 s.

8. Samir Cavadov, Zakir Karayev, Hayat Aliyeva, Gular Seyidova, Akif Kurbanov. Microbiology and immunology (labratory manual in general microbiology), Baki, MSV NƏŞR, 2018, 310 s.

9. Emma Ağayeva, Vidadi Nərimanov, Akif Qurbanov. Mikrobiologiya və immunologiya (dərslik), Bakı, MSV NƏŞR, 2020, 272 s.

10. Эмма Агаева, Видади Нариманов, Акиф Гурбанов. Микробиология и иммунология (Учебник для студентов медицинских вузов), Баку, 2022, 436 c.

11. М.Ш.Азаев, Л.И.Рустамова, А.И.Гурбанов. Kурс лекции по различным аспектам гриппа H1N1// Ташкент, «Tıbbıyot nashrıyotı matbaa uyı» МЧЖ, 2025 (Monoqrafiya).

Məqalə

1. A.İ.Qurbanov, Г.Г.Ибрагимов, А.С.Самедов, М.М.Асланова. Сравнительное изучение антигенных свойств препаратов, приготовленных из Candida albicans // Аzərb. Тibb jurnalı, 1991, № 5, s.26-28

2. Г.Г.Ибрагимов, A.İ.Qurbanov, Влияние летучих фракций эфирного масла Кумина на некоторые показатели иммунитета и обсемененность внутренних органов возбудителями при экспериментальном кандидозе // Аzərb. Тibb jurnalı,1991, № 2,  s.24-28

3. H.H.İbrahimov, Z.L.Bayhan, A.İ.Qurbanov, Sidik yollarının iltihabi xəstəliklərinin etioloji strukturu //"Sağlamlıq" jurnalı, 1997, №4, s.31-32

4. С.Н.Ахундов, М.С.Салихов A.İ.Qurbanov Микрофлора мокроты у больных с предастмой и чувствительность ее к антибиотикам International journal on immune-rehabilitation. September 1999, № 14

5. H.H.İbrahimov, S.A.İbrahimova, A.İ.Qurbanov, Candida cinsli göbələklərin müxtəlif bakteriyalara qarşı antaqonizminə bəzi antibiotiklərin təsiri // Azəbaycan Tibb jurnalı, 2000. №2, с.34-35

6. A.İ.Qurbanov, З.О.Караев. Роль каталазы и супероксиддисмутазы микроорганизмов при их фагоцитозе макрофагальными клетками // Биомедицина, 2005, №3, с. 44-45.

7. A.İ.Qurbanov. Antioksidant fermentlərin aktivliyinə görə fərqlənən mikroorqanizm ştammları ilə törədilmiş infeksion və immun proseslərin xüsusiyyətləri // Azəbaycan Tibb jurnalı, 2007, №1, s.86-88

8. А.И.Гурбанов, Экспериментальное изучение роли антиоксидантных ферментов Candida albicans в патогенезе кандидоза // Проблемы медицинской микологии, 2008, т.10, №2, с.14-16.

9. А.И.Гурбанов. Антиоксидантные ферменты микроорганизмов: патогенетическая значимость и перспективы использования в медицине // Международный медицинский журнал (Харьков), 2008, т.14, №2, с.105-109.

10. M.S.Novruzova, M. Bağırova, S.Canım, A.M.Allahverdiyev. A.İ.Gurbanov. The investigation of antibody existence against Leishmania // International Journal of Natural and Engineering Sciences, 2009, 3 (2), 45-47

11. С.В.Гаджиева, А.И.Гурбанов, С.А.Мурадова. Характер ассоциации микроорганизмов, выделенных от H.pylori-позитивных и  H.pylori-негативных больных при разных гастродуоденальных патологиях // Гигиена, эпидемиология жене иммунобиология (Казахстан), 2011, №1, c.108-112.

12. Y.V.Hacıyev, A.İ.Qurbanov. Trixomoniazın diaqnostikasında boyama üsullarının müqayisəsi // Аzərb. Тibb jurnalı, 2013, №2, s.79-82

13. A.Gurbanov, S.Muradova, Z.Garaev. Bdellovibrio-like bacteria parasitizing in the cells of candida species // European international journal of science and technology, 2015, Vol 4, №4, p.65-70

14. Мурадова С.А, Караев З.О., Курбанов А.И., Гурбанова С.Ф. Микроскопические особенности взаимодействия  эндобактерий и грибов рода Candida // Медицинские новости, 2017,11(278), с.46-49.

15. Céline PulciniGianpiero TebanoNico T Mutters, Akif Gurbanov et al. Selective reporting of antibiotic susceptibility test results in European countries: an ESCMID cross-sectional survey // Int J Antimicrob Agents. 2017 Feb;49(2):162-166.doi:10.1016/j.ijantimicag.2016.11.014. Epub 2017 Jan 10.

16. Evelina Tacconelli , Michael Buhl, Hilary Humphreys, Akif Gurbanov et al. Analysis of the challenges in implementing guidelines to prevent the spread of multidrug-resistant gram-negatives in Europe // BMJ Open. 2019 May 19;9(5):e027683. doi: 10.1136/bmjopen-2018-027683.

17. М.Ч.Гасымова, А.И.Гурбанов.Сравнительная характеристика результатов серологических исследований при Helicobacter pylori-ассоциированных гастритах // Медицинские новости, №3 (282), 2018, с. 82-84 (г.Минск).

18. Samira V. Ismailova, Eldar H. Mammadbeyli, Sevda A. Muradova, Akif.İ.Qurbanov. Synthesis and properties of chiral diakylaminomethoxy derivatives of L– (-) – menthol // Processes of petro chemistry and oil refining, Vol.20, N.2, 2019, p.168-176

19. Alberto Enrico MaraoloDavid S Y OngCansu Cimen, Akif Gurbanov et al. Organization and training at national level of antimicrobial stewardship and infection control activities in Europe: an ESCMID cross-sectional survey // Eur J Clin Microbiol Infect Dis. 2019 Nov;38(11):2061-2068. doi: 10.1007/s10096-019-03648-2. Epub 2019 Aug 8.

20. A.M.Allahverdiyev, A.İ.Qurbanov, S.Dinparvar, M.Bagirova, R.B.Bayramlı. Overview on under devolopment of vaccine candidates against SARS CoV-2 // Journal of life sciences and biomedicine, Volume 2 (75), N2, 2020, p.17-25.

21. A.İ.Qurbanov, M.Ç.Qasımova. Stool antigen test in the H.pylori-associated gastroduodenal pathologies: diagnostic opportunities to determine of the character and localization of the pathological processes // Annali d’Italia, №35, 2022, p.34-37

22. Lala I.Rustamova, Akif İ.Gurbanov, Farida H.Heydarova. Epidemiological analysis of Covid-19 disease, against vaccination in Baku// Tibbiyotda yangı kun, 5 (67) 2024, səh. 344-347.

23. Akif Qurbanov, Elxan Babayev, Fəridə Heydərova və b. Amin turşu əsasında yarımsintez üsulu ilə alınmış bioloji aktiv maddənin antimikrob təsirinin öyrənilməsi// Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı 2024, 24(2), s.65-70. DOI: https://doi.org/10.28942/appj.vXXIVi2y2024.108

Üzv olduğu qurum

İnfeksion Nəzarət üzrə Avropa Komitəsinin (EUCİC) Məşvərət Şurasının üzvü

Asiya Elmlər Akademiyasının həqiqi üzvü (akademiki)

TİBB ÜZRƏ ELMLƏR DOKTORU

İddiaçı: Yavər Vidadi oğlu Hacısoy 

Mövzu: Azərbaycanda hepatit C-nin genotipik xüsusiyyətləri və xəstələr arasında İL28 B gen polimorfizminin tədqiqi

Elm sahəsi:  Tibb (tibb üzrə elmlər doktoru)

İxtisasın şifri:  03.00.07 - Mikrobiologiya

Elmi məsləhətçi: Akif Qurbanov 

Mövzunun təsdiq olunma vaxtı: 01 aprel 2016-cı il

Tibb üzrə fəlsəfə doktoru

İddiaçı: Səidə Vaqif qızı Hacıyeva

Mövzu: Helicobacter pylori-nin mədə və onikibarmaq bağırsaq xəstəliklərində rolu və onun mikrobioloji xarakteristikası

Elm sahəsi: Tibb üzrə fəlsəfə doktoru

İxtisasın şifri: 03.00.07 - Mikrobiologiya

Elmi rəhbər: Akif Qurbanov    

Müdafiə: 27 Oktyabr 2011-ci il

 

İddiaçı: Yavər Vidadi oğlu Hacıyev

Mövzu: Urogenital trixomoniazın diaqnostika problemləri və törədicinin müasir antiparazitar preparatlara rezistentliyi

Elm sahəsi:  Tibb üzrə fəlsəfə doktoru

İxtisasın şifri:  2414.01 - Mikrobiologiya

Elmi rəhbər: Akif Qurbanov    

Müdafiə: 2014-cü il

 

 

İddiaçı: Məryəm Çingiz qızı Qasımova

Mövzu: Helicobacter pylori ilə əlaqəli qastroduodenal patologiyalarda bağırsaq mikroflorasının xüsusiyyətləri və onun diaqnostikasının bəzi aspektləri

Elm sahəsi: Tibb üzrə fəlsəfə doktoru

İxtisasın şifri: 2414.01 - Mikrobiologiya

Elmi rəhbər: Akif Qurbanov    

Müdafiə:  28 Fevral 2024-cü il

 

 

İddiaçı: Nigar Vahid qızı Abasquliyeva

Mövzu: “Müxtəlif lokalizasiyalı irinli iltihabi xəstəliklər zamanı əldə edilmiş multirezistent bakteriya ştammlarında dərman davamlılığının xüsusiyyətləri”

Elm sahəsi:  Tibb (tibb üzrə fəlsəfə doktoru)

İxtisasın şifri: 2414.01 - Mikrobiologiya

Elmi rəhbər: Akif Qurbanov    

Mövzunun təsdiq olunma vaxtı: 2023-cü il

BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU

İddiaçı: Mətanət Salman qızı Novruzova

Mövzu: Leyşmaniozun mikrobioloji diaqnostikasında müxtəlif üsulların müqayisəli qiymətləndirilməsi

Elm sahəsi:  Biologiya üzrə fəlsəfə doktoru

İxtisasın şifri: 03.00.07 - Mikrobiologiya

Elmi məsləhətçi: Akif Qurbanov 

Müdafiə: 30 Mart 2010-cu il

 

İddiaçı: Gülzar Vidadi qızı Nərimanova

Mövzu: Hamiləliyin gedişini ağırlaşdıran TORCH infeksiyalar zamanı bəzi antimikrob peptidlərin və sitokinlərin tədqiqi

Elm sahəsi: Biologiya (Biologiya üzrə fəlsəfə doktoru)

İxtisasın şifri:   2406.02-Bioloji kimya

Elmi məsləhətçi: Akif Qurbanov    

Müdafiə:  2022-ci il