Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsinə daxil olub, 1989-cu ildə oranı bitirib. Təyinatla Respublika Gigiyena-Epidemiologiya mərkəzinə göndərilmiş,1992-ci ilin iyun ayına qədər orada işləmişdir. İyun 1992-ci ildən Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasında baş laborant, fevral 1993-cü ildən, 1996-cı ilə qədər assistent,1996-cı ildən 1999-cu ilin yanvarına qədər baş müəllim, yanvar 1999-cu ildən 2010-cu ilə qədər dosent, 2010-cu ildən hal-hazıra kimi professor vəzifəsində işləyir.

1992-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş,tibb elmləri namizədi, 2007 ci ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adını almişdır.

Akademik fəaliyyət

2010-cu ildən hal-hazıra kimi professor vəzifəsində işləyir.

İşlədiyi müddət ərzində 250-dən çox elmi məqaləsi dərc olunub (bunlardan 100-ü xaricdə olmaqla).

Hərbi tibb fakültəsi üzrə azərbaycan dilində tədris proqramları, sillabuslar, mühazirə və təcrübi məşğələlərin slaydlarının hazırlanmasında iştirak etmişdir. “Ümumi mikrobiologiya və immunologiya” (Bakı-2023) adlı dərsliyin hazırlanmasında həmmüəllif olmuşdur. “Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya” (Bakı-2023) adlı dərs vəsaitinin müəllifi olmuşdur.

 

Təhsili

1982-ci ildə Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsinə daxil olmuş, 1989-cu ildə bitirmişdir.

 

 

Nailiyyətlər (adlar)

1992-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, tibb elmləri namizədi, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adını almışdır.

Elmi araşdırma sahəsi

Mikrobiologiya / Bakteriologiya / Virusologiya / Klinik mikrobiologiya / Sanitar mikrobiologiya

 

Kitab

1. Fəxrəddin Şıxəliyev, Mehman Əliyev Ümumi mikrobiologiya və immunologiya// Bakı, 2022, --- səh.

2. Mehman Əliyev Mikroorqanizmlərin ekologiyası və sanitar mikrobiologiya// Bakı, 2022, --- səh.

Məqalə

1. Ələsgərli N.S., Rüstəmova L.İ., Ərdoğan İ.İ., Əliyev M.H. Böyüklərdə qazanılmış kəskin sitomeqalovirus infeksiyasının müxtəlif diaqnostika üsullarının effektivliyinin müqayisəli qiymətləndirilməsi/ Odlar Yurdu Universitetinin Elmi-pedoqoji xəbərləri, 2018, №50, səh.194-198

2. Muradova  S.A.., Qurbanova S.F., M.H.Əliyev, Hacıyeva S.V.Candida albicans и Staphylococcus aureus ко-инфекция у мышей после антибиотико-индуцированного дисбиоза Вестник Харьковского национального университета имени В.Н.Каразина, серия «Медицина», Харьков, 2018, № 36, стр.15-22

3. Ələsgərli N.S., Rüstəmova L.İ., Ərdoğan İ.İ., Əliyev M.H Клинические проявления острой цитомегаловирусной инфекции у взрослых// Ə.Əliyev elmi-praktik jurnal “Tibb və Elm”, 2018, №3 (13), səh. 59-61

4. Ələsgərli N.S., Rüstəmova L.İ., Ərdoğan İ.İ., Əliyev M.H. Оптимизация лечения острой цитомегаловирусной инфекции у взрослых// Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2018,  №4, səh.141-144

5. Əliyeva M.B., Əliyev M.H.Mikroorqanizmlərlə assosiasiyalar zamanı baklterial uroğenital infeksiyalı xəstələrdə müxtəlif mikroorqanizm kəmiyyət və keyfiyyət göstəriciləri// Sağlamlıq jurnalı, 2018, №5, səh.199-203

6. İbayeva Ş.Ə., Əliyev M.H. Kəskin virus mənşəli respirator infeksiya zamanı damaq badamcıqlarında mikrobiosenozun qiymətləndirilməsi// Sağlamlıq jurnalı, 2018, №5, səh.122-127

7. Müseyibov E.Ə., Əliyev M.H. Şəkərli diabet fonunda böyrək daşlarının xaric edilməsindən sonra sidik yollarında baş verən mikrobioloji ağırlaşmalar// Azərbaycan Tibb Jurnalı, 2018, №4, səh.78-83

8. Müseyibov E.Ə., Əliyev M.H. Müxtəlif xəstəliklər fonunda sidik yolları infeksiyaları// Təbabətin Aktual Problemləri, Azərbaycan xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans materialı, 2018, səh.216.

9. İbayeva Ş.Ə. Əliyev M.H Faringit və tonzillitli xəstələrdə müxtəlif mikroorqanizmlərin rast gəlməsinin müqayisəsi// Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2018,  №3, səh.133-136

10. Muradova  S.A.., Ağayeva E.M., Əliyev M.H., Hacıyeva S.V., Qurbanova S.F. Xronik-iltihabi xəstəliklər zamanı genital traktın şərti-patogen mikroorqanizmlərlə kolonizasiyası/ Bakı Dövlət Universitetinin nəzdində Tibb fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın materialları, “Təbabətin aktual problemləri”, Bakı, 2019, səh.274

11. Məhərrəmbəyli İ.Ş., Əliyev M.H.,Mirzəyeva B.S., Qurbanova S.F Оценка эффективности комбинированной иммунокоррукции у больных при черепно-мозговой травме// EAST EUROPEAN SCIENCE JOURNAL, VOLUME 1, 6(46) 2019, P.42-45

12. Əliyeva M.B., Əliyev M.H.Genital infeksiyalı xəstələrdə müxtəlif şərti –patogen mikroorqanizmlərin kolonizasiyalaşma qabiliyyəti// Azərbaycan Tibb Jurnalı, 2019, №1, səh. 120-126

13. Aslanova X.R., Əliyev M.H. Müxtəlif sosial qruplara mənsub şəxslərdə H.pylori növünün rast gəlinməsi// Sağlamlıq jurnalı, 2019, №2, səh.62-65

14. Müseyibov E.Ə., Əliyev M.H. Şəkərli diabetli xəstələrdə böyrək daşlarının çıxarılmasından sonra baş verən ağırlaşmalar// Sağlamlıq jurnalı, 2019, №3, səh.70-73

15. Müseyibov E.Ə., Əliyev M.H. Современные проблемы эпидемиологии, диагностики и лечения осложнений мочекаменной болезни// Вестник, Проблем биологии и медицины , выписки, том 2 – (149), 2019, стр. 102-105

16. Aslanova X.R., Əliyev M.H. Qastroduodenitli xəstələrdə H.pylori növünün həzm traktının mədə və ağız boşluğu kimi şöbələrində rast gəlinməsi// Azərbaycan Təbabətinin Müasit Nailiyyətləri, 2019, №2, səh. 137-140

17. Əliyev M.H., Əliyeva İ.B., İbayeva Ş.Ə.Микробиологический мониторинг и сравнение частоты встречаемости различных микроорганизмов у больных с соматическими заболеваниями//«Биомедицина», 2019, Том 17, №1, стр.21-25

18. Aslanova X.R., Əliyev M.H. Həzm traktından ayrılmış H.pylori populyasiyasının müxtəlif antibakterial preparatlara qarşı həssaslığı// Azərbaycan Tibb jurnalı, Bakı, 2019. №2, səh.17-21

19. Əliyev M.H., Müseyibov E.Ə.Böyrək daşı xəstəliyinin müalicəsi zamanı infeksion və iltihabi ağırlaşmaların strukturu// Azərbaycan Tibb jurnalı, Bakı, 2020. №1, səh.139-145

20. Əliyev M.H., Əliyeva M.B.Qadınlarda urogenital mikst-infeksiyaların gedişi və terapiyasının mikrobioloji xarakteristikası// Azərbaycan Tibb jurnalı, Bakı, 2020. №1, səh.197-105

21. P.Q.Manafov, M.H.Əliyev, M.M.Muxtarov Mikrob ekzeması zamanı dərinin mikroflorasının vəziyyəti// Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji xəbərləri, 2022, №60, s.113-117

22. P.Q.Manafov, M.H.Əliyev, M.M.Muxtarov, B.Ə.Vəliyev Bakı şəhərində əhali arasında bəzi dəri xəstəliklərinin yayılmasının vəziyyəti// Azərbaycan təbabətinin müasir nailiyyətləri. Bakı, Azərbaycan, 2022, №4, s.130-131

23. M.H.Əliyev S.F.Babayeva M.N.Məmmədova Kəskin virus qastroenteritlərinin etiologiyasında norovirusların epidemioloji əhəmiyyəti// Azərbaycan təbabətinin müasir nailiyyətləri, 2023, №1, s.24-28

24. З.М.Кулиева, М.Г.Алиев, Т.И.Ибадова, М.М.Исаева, М.Н.Мамедова, С.Ф.Бабаева Характеристика эмидемического процесса моно вирусной кишечной инфекции у детей в г.Баку// Azərbaycan perinatologiya və pediatriya jurnalı, 2023, cild 9, № 1, s.38-44

25. P.Q.Manafov, M.H.Əliyev Bakı şəhərində kişilər arasında Əlvan dəmrovun etioloji,yaş və mövsüm xüsusiyyətləri// Ə.Əliyev adına elmi-praktik jurnal “Tibb və Elm”, 2023, №4, s.

26. M.H.Əliyev H.B.Orucova Yuxarı tənıffüs yollarının virus mənşəli infeksiyaları və lor xəstəliklərinin ürək-damar sisteminə təsiri// Sağlamlıq jurnalı, №1, cild 32, 2023, Bakı 73-77

27. İ.H.Əliyeva, M.H.Əliyev Prevalence of hospital infections in the multidisciplinary children’s hospital// Siberian Journal of Life Sciences and Agriculture, Rusiya, 2024, Vol. 16, №1, səh. 266-275

28. M.H.Əliyev, F.FXəlilov Onkoloji xəstələrdə infeksion ağırlaşmaların etioloji strukturu və antibakterial terapiyanın əhəmiyyəti// Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2024, №1, səh.22-27

29. M.H.Əliyev, N.C.Cahangirli Məhkəmə-tibbi ekspertizasında kompleks mikrobioloji müayinələrin mahiyyəti və dəlillərin əhəmiyyəti// Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, 2024, №2, səh. 33-37

30. M.H.Əliyev, N.C.Cahangirli Narkoman və alkohol aludəçiləri  arasında ağız boşluğu mikroflorasının xüsusiyyətləri// Sağlamlıq jurnalı, №3, cild 32, Bakı 2024, səh. 14-20

31. Mehman Əliyev, Fizuli Xəlilov Частота выделения антибиотико-резистентных штаммов условно-патогенных микроорганизмов у больных раком молочной железы// New day in Medicine, TIBBIYOTDA YANGI KUN, 10 (72), 2024, səh. 612-618

32. Mehman Əliyev, Humay Orucova Ürək-damar xəstəlikləri olan şəxslərdə aşkar edilən iltiuhabi-infeksion proseslərlə ürək-damar sistemindəki patologiyaların arasında əlaqənin mümükünlüyü// Nəzəri, klinik və eksperimental morfologiya jurnalı, Cild 5, №1, 2025, səh. 195

33. Mehman Əliyev, Cavid Cahangirli Современное состояние и перспективы применения микробиологических исследований слюны у наркозависимых пациенттов// Azərbaycan Tibb jurnalı, Bakı, 2024, №4, səh.  110-115

34. Mehman Əliyev, Fizuli Xəlilov, A.Bəydəmirova  Этиологическая структура инфекционных осложнений у онкологических больных// Azərbaycan Tibb jurnalı, Bakı, 2025, №1, səh.  116-121

35. İlkay Əliyeva, Mehman Əliyev Clinical and diagnostic sicnificance of the activity of the microflora of the oropharynx and digestive tract and assessment of their sensitivity to antibiotics// Современная медицина: новые подходы и актуальные исследования, Москва, май, 2025, №5 (87), p.114-119

36. Mehman Əliyev, Humay Orucova Ürək-damar xəstəlikləri olan şəxslərdə iltiuhabi-infeksion xəstəliklərin törədicilərinin  müxtəlif xüsusiyyətləri// ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 102 İLLİYİNƏ VƏ  AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN 95 İLLİYİNƏ HƏSR OLUNMUŞ  “TİBB FESTİVALI”NIN TEZİSLƏR TOPLUSU, 6-8 MAY 2025-ci il, BAKI, AZƏRBAYCAN, səh.419-420

Üzv olduğu qurum

1. 1993-cü ildən 1997-ci ilə kimi Tibbi profilaktika fakültəsi əməkdaşlarının Həmkarlar təşkilatının sədri

2. 1997-ci ildən 2001-ci ilə kimi Əczaçılıq fakültısinin dekan müavini

3. 2009-cu il yanvar ayından   2017-ci ilin iyun ay;na kimi Pediatriya fakültəsinin dekan müavini

4. İctimai Səhiyyə Fakültə Elmi Şurasının üzvü.

5. Mikrobiologiya və immunologiya və yoluxucu xəstəliklər üzrə Aprobasiya Şurasının sədri

6. Kafedra Həmkarlar Təşkilatının sədri

7. Kafedranın  Elmi işlər üzrə müdir müavin

8. Tibbi mikrobioloqlar və immunoloqlar cəmiyyətinin üzvü.

9. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Tibb üzrə fəlsəfə doktoru

1. ATU–nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dissertantı Etibar Kərimovun tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (2414.01 - «Mikrobiologiya») təqdim etdiyi “Mədə- bağırsaq sistemi kandidozunun mikrobioloji və immunoloji xüsusiyyətləri”mövzusunda dissertasiya işini müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.

2. Odlar Yurdu Universitetinin doktorantı İlkər İzzət oğlu Ərdoğanın tibb üzrə fəlsəfə doktoru (2414.01 – «Mikrobiologiya») elmi dərəcəsi almaq üçün təqdim  etdiyi «Ağız boşluğunun iltihabi xəstəliklərinin diaqnostikasının və müalicə–profilaktika tədbirlərinin effektivliyinin yüksəldilməsinin  mikrobioloji aspektləri» mövzusunda  dissertasiya işini müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.

3. ATU–nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dissertantı Səbirə Ədalət qızı Ədilovanın  tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (2414.01 - «Mikrobiologiya») təqdim etdiyi ”Aşıq-baldır oynağının acıq sınıqlarında infeksion fəsadlaşmaların mikrobioloji xüsusiyyətləri” mövzusunda  dissertasiya işini müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.

4. ATU–nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dissertantı Şahnisə Əlif qızı İbayevanın tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (2414.01 - «Mikrobiologiya») təqdim etdiyi “Şərti patogen mikroorqanizmlərlə törədilən yuxarı tənəffüs yolları infeksiyalarının etiopatogenezinin xüsusiyyətləri” mövzusunda dissertasiya işi rəsmi müdafiəyə buraxılıb.

5. ATU–nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının dissertantı Mətanət Bürcəli qızı Əliyevanın tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (2414.01 - «Mikrobiologiya») təqdim etdiyi “Qadinlarda şərti potogen mənşəli sidik yolları infeksiyalarının etioloji strukturu” mövzusunda dissertasiya işi rəsmi müdafiəyə buraxılıb.

6. Odlar Yurdu Universitetinin dissertantı Elçin Əbülfət oğlu Museyibovun tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (2414.01 - «Mikrobiologiya») təqdim etdiyi «Ümumi somatik xəstəliklər fonunda sidik yolları infeksiyalarının mikrobioloji xüsusiyyətləri» mövzusunda  dissertasiya işi rəsmi müdafiəyə buraxılıb.

7. Odlar Yurdu Universitetinin doktorantı Humay Bəylər qızı Orucovanın  2414.01 - «Mikrobiologiya» ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim  etdiyi «Ürək-damar xəstəliklərinin baş verməsində infeksion proseslərin rolu və profilaktik tədbirlərin optimallaşdırılması» mövzusunda  dissertasiya işi üzərində çalışır.

8. Odlar Yurdu Universitetinin dissertantı Sevinc Fikrət qızı Babayevanın tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (2414.01 - «Mikrobiologiya») təqdim etdiyi “Uşaqlar arasında norovirus bağırsaq infeksiyalarının epidemiologiyası və diaqnostika üsullarının təkmilləşdirilməsi” mövzusunda  dissertasiya işi üzərində çalışır.