Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Kəsəmənli Əfqanə Kamran qızı 1997-ci ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti bitirmişdir. 2003-2004-cü illərdə Ş.Abbasov adına Şəhər Onkoloji Dispanserində həkim-interna vəzifəsində çalışmışdır.  28.09.2005-ci ildə ATU-nun İnsan anatomiyası kafedrasında baş laborant olaraq fəaliyyətə başlamışdır. 2007-ci ildə həmin kafedrada stajçı-müəllim vəzifəsinə keçirilmişdir. 2008-ci ildən assistent vəzifəsinə seşilmişdir. 2013, 2019 və 2024-cü illərdə yenidən assistent vəzifəsinə seşilmişdir. Müxtəlif fakültələr üzrə Azərbaycan və ingilis bölmələrində I və II kursda təcrübə məşğələləri ilə yanaşı vaxtaşırı açıq dərslər də aparır. 30.11.2023-cü ildə professor M.Q. Allahverdiyevin rəhbərliyi altında Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən FD 2.08 dissertasiya şurasında “Normada 16-20 yaşlı qızların bədən quruluşu tiplərinin anatomik xüsusiyyətləri və fiziki inkişafının antropometrik göstəriciləri” adlı dissertasiya işini müdafiə etmişdir. 05.09.2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi elmi dərəcəsi almışdır. 2024-cü ildə ATU rəhbərliyinin təşkilatçılığı ilə təyin olunan ingilis dili kurslarını uğurla başa vuraraq sertifikatla təmin olunmuşdur. Ə.K.Kəsəmənli  özünün nəzəri səviyyəsinin və pedoqoji peşəkarlığının artması üçün daim öz üzərində çalışaraq, işlədiyi müddət ərzində universitet əməkdaşları və tələbələri arasında böyük hörmət qazanmışdır.

Akademik fəaliyyət

2005-2007-ci illər ATU-nun İnsan anatomiyası kafedrasında baş laborant.

2007-2008-ci illər ATU-nun İnsan anatomiyası kafedrasında stajçı-müəllim.

2008-hal-hazıra qədər ATU-nun İnsan anatomiyası kafedrasında assistent.

 

 

 

 

 

 

Təhsili

1997-2003-cü illər. Azərbaycan Tibb Universiteti, I müalicə-profilaktika fakültəsi.

2003-2004-cü illər. Şəhər Onkoloji Dispanserində həkim-interna.

 

 

 

 

 

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru

 

 

 

 

Peşə və pedaqoji inkişaf

2023. ATU-nun Tibb və sağlamlıq elmləri kafedrasının təşkil etdiyi “Pedaqoji peşəkarlığın inkişafı” təlimi.

 

 

 

 

 

 

Elmi araşdırma sahəsi

“Normada 16-20 yaşlı qızların bədən quruluşu tiplərinin anatomik xüsusiyyətləri və fiziki inkişafının antropometrik göstəriciləri” adlı dissertasiya işi üzərində çalışmışdır.

 


 

 

 

Məqalə

1. Количественная характеристика жирового компонента тела у девушек: конституциональный аспект. “Журнал анатомии и гистопатологии». 2017  DOI  https://doi.org/10.18499/2225-7357-2017-6-3-9-12

2. Характеристика мышечной массы, составляющей тела девушек разной конституции. “Журнал анатомии и гистопатологии». 2017 DOI https://doi.org/10.18499/2225-7357-2017-6-3-29-32

3. Bədən kütləsi indeksinin konstitusional-tipoloji xüsusiyyətləri qida statusunun ən mühüm səciyyələndiricisi kimi.

https://doi/org/10.28942/jtcem.v3i1-2.164

4. M.V.Çernorutski və İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemlərinə müvafiq olaraq 16-20 yaşlı qızların somatotipləşdirilməsi bölgüləri üzrə nəticələrin müqayisəsi. «Nəzəri, klinik və eksperimental morfologiya jurnalı».

 DOI https://doi/org/10.28942/jtcem.v.2i1

5. Qızlarda fiziki inkişaf göstəricilərinin yaş aspekti. «Azərbaycan tibb jurnali». 2020. DOI 10.34921/amj.2020.4.012

6. 16-20 yaşlı qızlarda bədən səthi sahəsinin konstitusional aspektləri. «Azərbaycan tibb jurnali». DOI  2021. 10.34921/amj.2021.2.015.                   

Üzv olduğu qurum

Azərbaycan anatomlar, Embrioloqlar və Histoloqlar Elmi Cəmiyyəti” İctimai birliyi