Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əliyeva Nihal Nemət qızı 1973-cü ildə Bakı şəhərində doğulmuşam. 1989-cu ildə  Bakı şəhəri  Xətai rayonunda yerləşən 116 nömrəli orta məktəbi bitirmişəm.1992-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinə daxil olub, 1998-ci ildə həmin fakultəni bitirmişəm. 2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasında pediatriya ixtisası üzrə əyani aspirantura təhsili almışam. “Yuvenil artritlər zamanı uşaq və yeniyetmələrdə osteoporoz inkişafı riskinin qiymətləndirilməsi” mövzusunda  dissertasiya işini müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 iyul 2009-cu il tarixli qərarı ilə (protokol №24-k) “tibb elmləri namizədi” (tibb üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışam. Hazırda Azərbay- can Tibb Universitetinin “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasında baş laborant vəzifəsində çalışıram.

Akademik fəaliyyət

1989-1992: “Zaqfederasiya” adına hövzə poliklinikası-sanitarka;

1997-1998: M. Nağıyev adına Təcili Tibbi Yardım Klinik Xəstəxanası, reanimasiya və intensiv terapiya şöbəsi - palata tibb bacısı;

1998-1999: 3 saylı Şəhər Kliniki Xəstəxanası - həkim-interna;

2000-2004: 21 saylı şəhər poliklinikası - bağça pediat-rı;

2004-2007: Azərbaycan Tibb Universiteti – aspirant;

2012-2021: Azərbaycan Dəmir Yolları” Həkim-Sanitar Xidməti – aparıcı həkim-mütəxəssis;

2021-2025: Azərbaycan Dəmir Yolları” - Həkim-Sanitar Xidmətinin rəis müavini,müalicə-profilakti-ka  şöbəsinin rəisi;

2025-hazırkı dövrə kimi: Azərbaycan Tibb Univer- siteti “İnsan anatomiyası və tibbi terminologiya kafedrası - baş laborant

 

Təhsili

1979-1989 – orta təhsil /  Azərbaycan, Bakı

1992-1998 – ali təhsil / Azərbaycan Tibb Universi-teti, pediatriya fakultəsi

2004-2007 – əyani aspiran-tura/Azərbaycan Tibb Uni-versiteti, I Uşaq xəstəlikləri kafedrası

 

 

 

 

 

 

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru

 

 

 

 

Elmi araşdırma sahəsi

“Yuvenil artritlər zamanı uşaq və yeniyetmələrdə osteoporoz inkişafı riskinin qiymətləndirilməsi”