Hüseynova Günay Nüsrəddin qızı 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr pilləsində təhsil almışdır. 2006–2007-ci ildə Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhəri Ə. Əliyev adına ADHTİ-nin “Kliniki laborator diaqnostika” üzrə ixtisaslaşma kursu keçərək şəhadətnamə almışdır.
Sonra Daşkəsən MRX “Kliniki-diaqnostik” laboratoriyasında həkim-laborant vəzifəsində çalışmışdır. 2008–2019-cu illərdə Daşkəsən MRX-da həmin laboratoriyada şöbə müdiri vəzifəsində çalışmışdır. 2013-cü ildə Həkimlərin sertifikasiyasından keçmiş və sertifikat şəhadətnaməsi almışdır.
2019-cu ildə ATU-nun Tibbi biologiya və genetika kafedrasında laborant vəzifəsində çalışmışdır. 2021-ci ildən hal-hazıradək həmin kafedrada baş laborant vəzifəsində çalışır. 2024-cü ildə Lənkəran Dövlət Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 9 elmi əsərin müəllifidir.
Həkim-laborant / Daşkəsən MRX “Kliniki-diaqnostik” laboratoriyası
Şöbə müdiri / Daşkəsən MRX “Kliniki-diaqnostik” laboratoriyası
Laborant / Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrası
Baş laborant / Azərbaycan Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrası
Bakı Dövlət Universiteti (Bakalavr)
Lənkəran Dövlət Universiteti (Magistratura)
1. Ə. Əliyev adına ADHTİ, “Kliniki laboratoriya diaqnostikası” kursu üzrə ixtisaslaşma — 2006
2. SN / ÜST / GOPA / EPOS tərəfindən təşkil olunmuş, rayon səviyyəsində DOTS prinsiplərinə müvafiq laboratoriya xidmətlərinin təşkili və aparılması seminarında iştirak — 2007
3. Ə. Əliyev adına ADHTİ “Laboratoriya işi” üzrə kurs — 2012
1. Biotoxumların optik tomoqrafiyası və onun tibbi tətbiqi Sağlamlıq jurnalı Bakı, 2013, №5, səh. 94–97 N.N.Əliyev ,G.N.Hüseynova
2. Nanotexnologiya müasir tibbdə Sağlamlıq jurnalı Bakı, 2013, №4, səh. 104–107 N.N.Əliyev,G.N.Hüseynova
3. Pozitron–Emission Tomoqrafiya (PET) metodu müasir tibbi praktikada Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri Fizika və Astronomiya Bakı-2023, №5 Cild XLIII səh. 89-91 N.N.Əliyev,G.N.Hüseynova
4. Günəş–Yeş–İnsan” ekoloji sistemdə maqnit amili və onun insana təsirinin biofizikası AJP Fizika,Türkiyə Konfransı 2023 səh.40-43, 12-13 sentyabr N.N.Əliyev,G.N.Hüseynova
5. Fiziki metodla damarda qanın axın sürətinin təyini Azərbaycan Respublikası Təhsil İnstitutu Elmi əsərlər jurnalı Bakı 2023, №6, ç. 90 səh.310–312 N.N.Əliyev,G.N.Hüseynova
6. Şüşə lifli lazerlər və onların müasir tibbdə tətbiqi Fizika, riyaziyyat və informatika tədrisi jurnalı 2024, №1(241) səh. 46–50 N.N.Əliyev P.B.İsaqova,G.N.Hüseynova
7. Lazer – işıqötürücü optik liflər sisteminin tibbdə tətbiqi Təbabətin aktual problemləri.Beynəlxalq elmi praktiki konfrans, tezis. Bakı 2024,6-8 may səh. 225-226 N.N.Əliyev G.N.Hüseynova
8. Optoakustik tomoqrafiya müasir tibbdə Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfrans, tərcümə Bakı 2024, səh. 339-347 N.N.Əliyev,G.N.Hüseynova
9. Maqnit qasırğası və onun insana təsirinin biofizikası.TƏBİB qəzeti 31 avqust 2023 N.N.Əliyev,G.N.Hüseynova