
Nigar Sadiqova 20 aprel 1987-ci ildə Bakı şəhərində, təhsilə və elmə dəyər verən ziyalı bir ailədə anadan olmuşdur. O, 1993–2004-cü illərdə Bakı şəhəri 160 nömrəli orta məktəbdə təhsil almış və bu dövr onun akademik formalaşmasının əsasını qoymuşdur.
2004-cü ildə Azərbaycan Tibb Universitetinin Ümumi tibb fakültəsinə daxil olmuş və qrup nümayəndəsi seçilmişdir. Təhsil illərində Tələbə Elmi Cəmiyyətində fəal iştirak etmiş, qrup yoldaşları ilə birlikdə “Obstruktiv Yuxu Apnesi (OSA)” mövzusunda elmi tədqiqata görə ikinci yerə layiq görülmüşdür. 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsilini başa vurduqdan sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində internatura keçmişdir. 2011-ci ildə Qax Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq kimi fəaliyyətə başlamış və 2017-ci ilə qədər burada çalışmışdır. 2012-ci ildə Milli Oftalmologiya Mərkəzində üç aylıq ixtisasartırma kursunu bitirmişdir.
2016-cı ildə həmin mərkəzdə növbəti ixtisasartırma kursu keçmiş və IELTS beynəlxalq ingilis dili imtahanından ümumi 6.0 bal toplamışdır. 2013–2021-ci illərdə Azərbaycan Tibb Universitetində dissertant kimi fəlsəfə doktorluğu (PhD) üzrə elmi fəaliyyətlə məşğul olmuşdur. 2017-ci ildən etibarən Universitetin Oftalmologiya kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2022-ci ildə assistent professor vəzifəsinə təyin olunmuşdur. Həmin il Böyük Britaniyanın Moorfields Eye Hospital klinikasında “Görmənin Klinik Elektrofiziologiyası” üzrə ixtisaslaşmış kursu bitirmişdir. 2023–2025-ci illər üçün Azərbaycan Gənc Oftalmoloqlar Komitəsinin idarə heyətinin üzvü seçilmişdir.
2023-cü ildə British Academy tərəfindən təşkil olunmuş kursda iştirak edərək B2 səviyyəli sertifikat əldə etmişdir. Daha sonra Ankarada yerləşən Bioretina Klinikası bazasında professor Emin Özmertin rəhbərliyi altında tor qişa xəstəliklərində elektrofizioloji müayinələr üzrə ixtisasartırma kursunda iştirak etmişdir.
2024-cü ilin oktyabr ayında Harvard Tibb Məktəbinin “Training to Teach in Medicine” proqramına qəbul olunmuş və 2025-ci ilin iyun ayında proqramı uğurla başa vurmuşdur. Proqram çərçivəsində həyata keçirilən qrup layihəsi ikinci yerə layiq görülmüşdür. Təhsilini başa vurduqdan sonra Harvard Universitetinin Associate Member (AM) məzun statusu almış və Harvard Alumni Association-un üzvü olmuşdur.
2010–2011: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim-intern
2011–2017: Qax Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq
2013–2021: Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasında dissertant (PhD namizədi)
2017–2022: Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında baş laborant (0.5 ştat)
2022-ci ildən: Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında assistent (0.5 ştat)
Doktorantura (Dissertantura), Oftalmologiya ixtisası – tibb üzrə fəlsəfə doktoru (PhD) 2013–2021, Azərbaycan Tibb Universiteti, Bakı
İnternatura, Oftalmologiya Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi,2010–2011, Bakı
Ali tibb təhsili (Ümumi tibb), həkim Azərbaycan Tibb Universiteti,2004–2010, Bakı (Fərqlənmə diplomu ilə)
Enterovirus infeksiyasi ile töredilən uveitlərin klinik epidiomoloji aspektləri. FD 12301,Epidemiologiya 3202.01,Göz xəstəlikləri 3219.01
1. Assessment of immune status in patients with enterovirus uveitis N.A. “Saglamlıq” ( "Health"), Baku. ISBN-5-8035-0168-9. saqlamlıq.amu.edu.az
2. Prevalence of enterovirus uveitis in the Gakh region, Azerbaijan. N.A. Sadigova "Biomedicine", Russia. ISSN 1815-3917 “Ulrich`s Periodicals Directory”www.biomedicine.az
3. The incidence of enterovirus uveitis in the Gakh region, Azerbaijan. N.A. Sadigova. “Медицинские новости”("Medical News"), Belarus. ISSN 2076-4812 "Cyberlink" and RSCI eLIBRARY.ru www.mednovosti.by
4. Data evaluation of laboratory and biochemical examinations in patients with enterovirus uveitis. N.A. Sadigova. “Azərbaycan Təbabətinin müasir nailiyyətləri”("Modern achievements of Azerbaijan Medicine"). Baku. ISSN 2073-2651
5. Epidemiology of enterovirus disease with uveitis. N.A. Sadigova. “Təbabətin aktual problemləri”("Actual problems of medicine"), Baku
6. Complications of uveitis of enterovirus origin in children. N.A. Sadigova. “Azərbaycan Tibb Jurnalı” (“Azerbaijan Medical Journal”), Baku. ISSN 0005 – 2523 EMBASE, Excerpta Medica, www.azerbmedjournal.com, www.atj.az, www.amj.az
7. Principles of complex treatment of enterovirus uveitis in children. N.A. Sadigova. “Azərbaycan Əczaçılıq və Farmakoterapiya”(“Azerbaijan Pharmacy and Pharmacotherapy”), Baku. İSSN 1994-1951
Chemical abstracts(ca) and ELSEVIER bibliographic database (embase), East View International Services Journal (EVIS)
8. Character of changes of regional hemodynamics in patients with enterovirus uveitis. N.A. Sadigova 90th anniversary of the establishment of Azerbaijan Medical University. Baku.
9. Principles of complex treatment of enterovirus uveitis in children N.A. Sadigova “Azərbaycan Əczaçılıq və Farmakoterapiya” (“Azerbaijan Pharmacy and Pharmacotherapy”). Baku. İSSN 1994-1951.Chemical Abstracts(CA) and ELSEVIER bibliographic Database(EMBASE) East View International Services Journal (EVIS)
10. Vision, Eye diseases and Visual Impairment. Mamedova V.M., Nasirova V.B., Abdullayeva A.M., Sadigova N.A. Scientific Work International scientific journal.
11. Lacrimal activity and immunological performance in children with enterovirys uveitis
12. Mycosis infections of the eye and some agents of their etiology Nasirova V.B., Mamedova V.M., Abdullayeva A.M., Sadigova N.A. Journal of Life Sciences and Biomedicine
13. The role of Electrophysiological studies in the diagnosis of diseases of the retina. N.A.Sadigova. Proceedings of the AOC and TCOD Joint International Symposium and 14th Young Ophthalmology Conference.
AOC / TCOD 1989 / Harvard University Associate Member Alumni ID: 0005275176