
Əliyeva Ləman İsmayıl qızı 2001-ci ildə Azərbaycan Tibb Universitetinin ЫI müalicə-profilaktika fakultəsinə daxil olub. 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə akad.Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə şöbəsində щяким-интерна işləyib. 2008-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasında klinik-ordinatura kursu keçib. 2014-cü ildən I Mamalıq və Ginekologiya kafedrasında baş laborant, 2022-ci ildən kafedranın assistenti vəzifəsində çalışır.
01.06.2021-ci ildə kafedranın müdiri, tibb elmləri doktoru, professor, E.M.Əliyevanın rəhbərliyi altında "Azsululuqla müşahidə olunan hamiləliyin, doğuşun xüsusiyyətləri, dölə, yenidoğulmuşa təsiri, müasir korreksiya metodlarının effektivliyi" mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 17.11.2021-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
L.İ.Əliyeva ingilis, azərbaycan və rus dillərində mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri tədris edir. Kafedranın və universitetin ictimai işlərində, kafedranın elmi işində, eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir. Kafedra iclaslarında elmi katib kimi iştirak edir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Mamalıq-ginekologiya şöbəsində gecə növbələrində qalır, sərbəst cərrahi əməliyyatlar icra edir və doğuş qəbul edir, müalicə işi aparır, praktik həkim kimi təkmilləşib.
L.İ.Əliyeva universitetin, işlədiyi Tədris Cərrahiyyə Klinikasının elmi-praktik seminarlarında, konfranslarda fəal iştirak edir. I mamalıq-ginekologiya şöbəsində doğuş və əməliyyatlarda iştirak edir, patoloji hamiləliklərin aparılması üzrə aparıcı mütəxəssisdir.
Milli və beynəlxalq elmi konfranslarda spiker kimi çıxış edib. Xaricdə məruzələri ilə ATU-nu dəfələrlə təmsil edib.
AzərbaycanTibbUniversiteti * 2022ci il -hal-hazıradək - Assistent
İnternatura – 2007-2008
Klinik ordinator – 2008-2010
Baş laborant – 2014-2022
Assistent -2022-2025
Azərbaycan Tibb Universiteti * 2001-2007
II Müalicə-profilaktika fakültəsi AzərbaycanTibbUniversiteti *2001-2007
1. Konservativ mamalıq və dölün antenatal mühafizəsi 2025 Особенности методов родоразрешения у рожениц с маловодием Ж.Здоровье женщины, 2017, №9 (125), с.65-68 / 4 Алиева Э.М./ Исмайлова А.Д. / Ахмедова Т.Н.
2. Azsululuğu olan qadınlarda reproduktiv funksiyanın vəziyyəti, hamiləliyin,doğuşun xüsusiyyətləri Sağlamlıq, Bakı, 2017, №6, s.62-67 / 5 Əliyeva E.M / Əhmədova T.N. / İsmayılova A.C.
3. Эффективность применения акушерского разгружающего пессария у беременных с истмико- цервикальной недостаточностью и маловодием Материалы VI международной научно-практической конференции«Современная медицина: новые подходы иактуальные исследования». –Москва: Интернаука, 2017, №6 (5), с.8-12 Алиева Э.М. / Вагабова Ш.Б. / Пашаева Д.Б. / Асадова Ш.Ш.
4. Эффективность комплексной патогенетической терапии беременных с маловодием.Минск:Медицинские новости, – 2018. № 1 (280), – с.77-79.3 Алиева Э.М., Мамедова С.Н., Байрамова Э.В.
5. Hamiləlik müddətində azsululuğu olan qadınlarda doğuş prosesinin gedişatının xüsusiyyətləri Bakı: Sağlamlıq, – 2018. № 1, –s.78-82.5 Əliyeva E.M., Məmmədova S.Ş.
6. Azsululuğu olan hamilələrdə fetoplasentar sistemin vəziyyəti Bakı:Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, – 2018. № 1, –s. 231-236.6 Əliyeva E.M. / Səfərova S.S.
7. Azsululuğun hamiləliyin və doğuşun gedişatına təsiri, müasir korreksiya metodlarının effektivliyi.Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri. Bakı-2019- №4-s.17-21