Səfərova Afaq Fəxrəddin qızı ATU-nun I Uşaq xəstəlikləri kafedasının assistenti vəzifəsində çalışır. Afaq Səfərova 1979 -cu ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirmiş, həmin ildə ATU-nun Pediatriya fakültəsinə qəbul olunmuş və 2003-cü ildə Universiteti bitirmişdir. 2003-2004-cü illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuda internatura keçib. 2004-2006-cı illərdə Tibbi Müayinə-Müalicə Mərkəzində həkim-pediatr kimi calışıb. 2006-2008-ci illərdə ATU-da klinik ordinatura keçib. 2008-2011-ci illərdə ATU üzrə aspiranturaya qəbul olunub və “Mərkəzi Sinir Sisteminin hipoksik-işemik zədələnməsi olan yenidoğulan uşaqlarda immun sistemin vəziyyəti və onun pozğunluqlarının Likopid immun preparatı ilə korreksiyası” adlı mövzusu təsdiq olunmuşdur. A.F.Səfərovaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 iyul 2013-cü il tarixli qərarı ilə (protokol №21-k) tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Tibb kollecində tələbələrə elmi praktiki dərslər keçmişdir. 2019-2020-ci illərdə Stimul hospitalda həkim-pediatr kimi fəaliyyət göstərmişdir. 2020-2024-cü illərdə ATU-nun Pediatriya ixtisası üzrə doktoranturaya qəbul olunub və hal-hazırda tibb elmləri doktoru elmi dərəcəsi adı almaq üçün “Metabolik sindromu olan analarandan doğulan uşaqlarda neonatal dövrdə və erkən postnatal ontogenezdə neyroimmun və lipid mübadiləsi göstəricilərin klinik əhəmiyyəti” adlı dissertasiya işini yekunlaşdırmaq üzrədir. 2025-ci ildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik hüquqi şəxsi idarəetmə aparatnda həkim-statistik kimi calışıb. A.F.Səfərova Respublikada elmi-praktik konfrans və konqreslərdə, həmçinin ATU-nun ictimai yerlərində yaxından iştirak etmişdir. 18 elmi işin müəllifidir (14 məqalə 5 tezisdir).
Assistent, ATU, 01.12.2025
Həkim-statistik 2025, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik hüquqi şəxsi idarəetmə aparatı.
Həkim-pediatr, 2019-2020, Stimul hospital.
Həkim-pediatr, 2004-2006, Tibbi Müayinə-Müalicə Mərkəzi.
İnternatura, Pediatriya ixtisası üzrə, 2003-2004, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu.
Tibb bacısı, 2001-2003, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu.
2020-2024, ATU, doktorantura.
2008-2011, Aspirantura, ATU.
2006-2008, Klinik ordinatura, ATU.
İnternatura, Pediatriya ixtisası üzrə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 2003-2004.
1997-2003: Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsi.
1-ci Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb Baciları konqresi. Sertifikat.2022.
Training on Critical Care and İnfectious diseases management.2020.
Pediatrik Revmatologiya və Umumi Pediatriya üzrə intensiv təlim.2020.
Perinatal Təbabət üzrə konfrans.2020.
As the İnterventional Cardiology Group of the Azerbaijan Society of Cardiology we are honored wiht your participation at the 3rd Azerbaijan Interventional Cardiology Meeting held.2021.
Azərbaycan Pediatriya Cəmiyyətinin I Milli Konqresi.2022.
Uşaq Xəstəliklərinin Menecmentinə dair Konfrans.2023.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların 24 Respublika Elmi Konfransı.
Yenidogulmuş uşaga qulluqda müasir yanaşmalar.2023.
Sensory İnteqration ve Jeremy Krauss Approach kombinasyonu workshop.2022.
1. Immune deficiency in newborns and infants with intrautene infections / Abstracts of 11 congress ofpediatricians of Eurasion countries Dushanbe. Tajikistan 2011.-p.68 S1
2. Piylənmədən əziyyət cəkən qadınlarda sonsuzluq və reproduksiya problemləri. Azərbaycan Təbabətin Müasir Nailiyyətləri.-2021.-№1.-S.6-11.
3. İnterleykin-1 və interleykin-10 – iltihab prosesinin əsas tənzimləyiciləri.Saglamlıq.-2021.-№1.-S.211-214.
4. Perinatal hipoksiya olan yenidogulmuş uşaqlarda apoptoz markerlərinin təyin edilməsinin klinik əhəmiyyəti. Azərbaycan Təbabətin Müasir Nailiyyətləri.-2021.-№3.-S.210-21
5. Autoimmun xəstəliklədə sinir sistemi zədələnmələrinin xüsusiyyətləri. Azərbaycan Təbabətin Müasir Nailiyyətləri.-2021.-№1.-S.6-12
6. Metabolik sindromlu hamilə qadınlarda dölün klinik immunoloji xarakteristikası. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri.-2020.-№2.-S.-147-152.
7. Vaxtında yenidoğulmuş uşaqlarda sitokinlərin və onların genetik dəyişilmiş növlərinin hipoksik-işemik ensefalopatiyanın inkişafında rolu. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri.-2020.-№4.-S.13-19.
8. Autoimmun xəstəliklərdə sinir sistemi zədələnmələrinin xüsusiyyətləri. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri.-2021.-№1.-S.6-12.