Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Nəsibova Töhfə Aslan qızı ATU-nun Əczaçılıq fakültəsində bakalavr təhsilini bitirmiş, Əczaçılıq ixtisası nəzdində Toksikoloji kimya ixtisaslaşması üzrə magistr dərəcəsini almışdır. Daha sonra o, 3400.02. Əczaçılıq kimyası, farmakoqnoziya ixtisası üzrə əyani doktorantura təhsili almış, hazırda müdafiəyə hazırlıq mərhələsindədir.

2021-ci ildə o, “Türkiyə təqaüdləri” proqramı ilə Türkiyənin Gazi universitetinin Əczaçılıq fakültəsində Farmakoqnoziya (fərdi maddələrin izolyasiyası, antioksidant və Anti-Alzheimer analizlər), Əczaçılıq mikrobiologiyası (antibakterial və antifunqal analizlər) və Əczaçılıq toksikologiyası (qaraciyər xərçəngi hüceyrələrinə-HepG2 hüceyrə xəttinə qarşı xərçəngəleyhinə-sitotoksik təsirlər) kafedralarında  elmi-tədqiqat işləri həyata keçirmişdir.

2021-2022-ci illərdə 7 ay ərzində “Visegrad” təqaüd proqramı çərçivəsində Macarıstanın Szeged Universitetinin Əczaçılıq Elmləri üzrə Doktorantura Məktəbində yerləşən Farmakoqnoziya kafedrası  (fərdi maddələrin izolyasiyası, miqdari təyini) və Farmakodinamika və Bioəczaçılıq kafedrasında (alınmış maddələr üzərində xərçəngəleyhinə analizlər) ezamiyyədə olmuşdur.

2021-ci ildə Fransanın Aix-Marseille Universitetində tədqiqat məqsədilə Fransa Dövlət Təqaüdünü qazanmış, lakin COVID epidemiyası səbəbindən gedə bilməmişdir. Növbəti il eyni təqaüdü yenidən qazanaraq Fransanın Lille Universiteti Əczaçılıq fakültəsində ezamiyyədə olmuş, fakültənin Farmakoqnoziya laboratoriyası (UMRt BioEcoAgro 1158) (fərdi maddələrin identifikasiya analizi, antioksidant və iltihabəleyhinə analizlər),

Bakteriologiya və Virusologiya laboratoriyası (antibakterial və antifunqal analizlər) və Klinik Farmakologiya laboratoriyasında (antimitotik analizlər) tədqiqatlar həyata keçirmişdir. Eyni zamanda Paster İnstitutunun Lille şöbəsində HcoV-229E virusuna qarşı anti-COVID analizlərə dair tədqiqatlarda iştirak etmişdir.

2022-ci ildə Almaniyanın dövlət təqaüdü olan DAAD təqaüdünü qazanaraq Braunşveyq (Braunschweig) Texniki Universitetinin Əczaçılıq Biologiyası İnstitutu (fərdi maddələrin identifikasiya analizi), Əczaçılıq Kimyası İnstitutu (xərçəngəleyhinə analizlər) və Zoologiya İnstitutunda (Zebra balığı embrionları üzərində toksik analizlər, paralel olaraq balıqlar üzərində Daun sindromu ilə əlaqələndirilən DYRK1A kinaza enziminə qarşı  Konfokal Lazer Mikroskopiyası ilə inhibəedici analizlər) tədqiqatlar aparmışdır.

T. Nəsibova Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Respublika Toksikoloji Mərkəz kimi yerli qurumlarda da rəsmi göndərişlə təqdiqatlarını həyata keçirmişdir.

Onlayn olaraq Türkiyənin Hacettepe Universiteti, Ərzurum Texniki Universiteti, Sivas Cümhuriyyət Universiteti, Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti, İranın Şiraz Universiteti və İndoneziyanın Muhammadiyah Palangkaraya və Airlangga Universitetlərinin nümayəndələri ilə əlaqə yaratmış, nəticədə ortaq təqdiqatlar ərsəyə gəlmişdir.

Eyni zamanda hal-hazırda aktual olan kompüter proqramları vasitəsilə maddələrin xüsusilə insan orqanizminə potensial təsirlərinin öyrənilməsi, hədəf təsirə malik yeni maddələrin quruluşlarının əldə olunması  və s. istiqamətində tədqiqatlar aparır.

T. Nəsibova yerli və xarici nəşrlərdə 12 elmi məqalə və 50-yə yaxın tezis çap etdirmişdir, H-indeksi 5-dir. 2022-cü ildə №202100261-li Avroasiya patenti almışdır.

İngilis dilini və tədqiqat üçün önəmli olan proqram təminatlarını yaxşı səviyyədə mənimsəmişdir. Ümumilikdə Azərbaycan, ingilis, fransız, rus və türk dillərini bilir.

Harvard Tibb Məktəbi və NIH (National Institutes of Health) adlı qurumların təşkil etdiyi “Biotibbi Tədqiqat Məlumatlarının İdarə Edilməsi üçün Ən Yaxşı Təcrübələr”, Vaşinqton Universitetinin təşkil etdiyi “Laboratoriya Təhlükəsizliyinə Riayət (18 kurs)”, “Heyvanlardan İstifadə üzrə Təlim Proqramı (7 kurs)” kimi təlimlərdə rəsmi təsdiq olunmuş şəkildə iştirak etmişdir.

Akademik fəaliyyət

2025 – hal-hazıradək Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında baş laborant

2019-2022 Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasında doktorant

Təhsili

Əczaçılıq fakültəsi Azərbaycan Tibb Universiteti *2012-2016 (bakalavr.)

Azərbaycan Tibb Universiteti *2016-2018 (magistr.) 

Azərbaycan Tibb Universiteti *2019-2022 (doktorant.)

Məqalə

1. Potential anticancer effects of Peganum harmala in human papillomavirus-related cervical and head and neck cancer cells. Frontiers in Pharmacology. 2025; 16:1668827. WOS, Scopus IF: 4.8; Q1.

2. Arcangelisia flava as a SARS-CoV-2 M Pro inhibitor: Molecular docking, ADME studies, and toxicity prediction. Letters in Applied NanoBioScience. 2025;14(2):142.070 DOI:10.33263/LIANBS142.070 Scopus. Q3.

3. Implemented reforms on pharmacovigilance in Azerbaijan. Nature and Science. 2024;6(4):5-8. DOI:10.36719/2707-1146/43/5- 8

4. International practices on GMP in pharmaceuticals. Nature and Science. 2024; 6(4):5-8 DOI:10.36719/2707-1146/43/5-8

5. Mathematical modeling of the biological activity of a new complex compound based on palladium and mexidol. Journal of Biochemical Technology. 2023;14(1):40-44 DOI:10.51847/ksxuz54Cjf WOS, Scopus

6. A comprehensive health effects assessment of the use of sanitizers and disinfectants during COVID-19 pandemic: a Global survey. Environmental Science and Pollution Research. 2022;30:72368–72388. DOI:10.1007/s11356-023-27197-6 WOS, Scopus

7. Chemoinformatic analysis of alkaloids isolated from Peganum genus. Molecular Diversity. 2022;26(4):2257-2267. DOI:10.1007/s11030-021-10331-2 WOS, Scopus. Springer. IF: 3.9; Q2.

8. Cancer Statistics and Anticancer Potential of Peganum harmala Alkaloids: A Review. Borneo Journal of Pharmacy. 2022;5(1):71-80.  DOI:10.33084/bjop.v5i1.3052 Scopus

Could Peganum harmala be effective in the treatment of COVID-19? Bratislava Medical Journal. 2021: 121(9):670–679. DOI:10.4149/BLL_2021_108 WOS. Springer. IF: 1.1.

9. Peganum harmala and its alkaloids as dopamine receptor antagonists: in silico study. Biointerface Research in Applied Chemistry. 2021: 11(3):10301-10316. DOI: 10.33263/BRIAC113.1030110316. WOS, Scopus

10. Study of the amino acid composition of Peganum harmala growing in Azerbaijan. Chemistry of Plant Raw Material. 2021: 1:121-128. DOI:10.14258/jcprm.2021018253 Scopus

11. General characteristics of Syrian rue - Peganum harmala. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. 2020: 15(3):118-122.