Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Vəliyeva Günay Məsud qızı 1998-2004-cü ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsinə daxil olub. 2004-2005-ci illərdə  Bakı Dəmir Yol xəstəxanasında həkim interna işləyib. 2005-2025-ci illərdə Bakı Dəmir Yol xəstəxanasının qadın məsləhətxanasında həkim mama-ginekoloq işləyib. 2025-ci ildən hal-hazıradək I Mamalıq və Ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışır.

2005-ci ildə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda “Mamalıq-ginekologiya” ixtisası üzrə kurslarda olmuşdur.

2006-ci ildə Ə.Əliyev adına DHTİ-da “Mamalıq-ginekologiya” kursu üzrə  ixtisaslaşma keçmişdir.

2013-cü ildən I Mamalıq-Ginekologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, E.M.Əliyevanın rəhbərliyi altında “β-talassemiya olan  qızlarda cinsi yetişkənlik dövrünün xüsusiyyətləri” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işi üzərində çalışmışdırlar.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2022-ci ildə “Mamalıq-Ginekologiya” ixtisası üzrə həkimlərin sertifikasiya imtahanından keçmişdir.

2025-ci ildə İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Kolposkopiyanın əsasları və Uşaqlıq boynu patologiyalarının tam təhlili kursunu keçmişdir.

G.M.Vəliyeva ingilis, azərbaycan və rus dillərində mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri tədris edir. Kafedranın və universitetin ictimai işlərində, kafedranın elmi işində, eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Mamalıq-ginekologiya şöbəsində müalicə işi aparır, praktik həkim kimi təkmilləşib.G.M.Vəliyeva elmi-praktik seminarlarında, konfranslarda iştirak edir.Müxtəlif məqalə və tezislərin müəllifidir.

Akademik fəaliyyət

Assistent -  AzərbaycanTibb Universiteti * 2025ci il -hal-hazıradək

İnternatura – 2004-2005

Doktorant     – 2012-2016

Baş laborant – 2025

Azərbaycan Tibb Universiteti * 1998-2004

Təhsili

I müalicə-profilaktika fakültəsi AzərbaycanTibbUniversiteti *1998-2004

Peşə və pedaqoji inkişaf

“Kolposkopiyanın əsasları” və “Uşaqlıq boynu patologiyalarının” tam təhlili kursunu keçmişdir 2025