Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Əhmədova Türkan Nurəddin гызы 2001-2007 illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2007-ci ildə Azərbaycan Tibb Universitetində Onkoloji Klinikasında 4 ay həkim-interna çalışıb. 2007-ci il dekabr ayından  I Mamalıq və Ginekologiya kafedrasında aspirant, 2013-cü ildən baş laborant, 2015-ci ildən hal-hazıradək assistent vəzifəsində çalışır.

Kafedra işlədiyi müddət ərzində T.Əhmədova özünü intizamlı, işgüzar və işinə məsuliyyətlə yanaşan  bir əməkdaş kimi iş yoldaşlarına göstərdiyi qayğı və hörmət sayəsində həm kafedranın, həm də Tədris Cərrahiyyə Klinikasının kollektivi arasında böyük nüfüz qazanmışdır. T.Əhmədova əhatəli bilik dairəsində malik, öz üzərində işləməyi sevən, mama-ginekologiyanın müasir elmi-təcrübi nailiyyətləri ilə mütəmadi  tanış olan və öz işində bunları tətbiq edən  həkimdir.

2008-ci ildə II Mamalıq-Ginekologiya kafedrasının müdiri, t.e.d., profesoru H.F.Bağırovanın rəhbərliyi altında elmi-tədqiqat işi ilə fəal məşğul olub və tibb elmləri  namizədlik dərəcəsi almaq üçün «Hestasion şəkərli diabetli qadınlarda hamiləliyin gedişi və nəticələri» mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işini müdafiə etmişdir.

T.Əhmədovaнын мамалыг вя эинеколоэийа фянни цзря практик дярсляри azərbaycan dilində tədris edir. Kафедранын вя Университетинин ижтимаи ишляриндя фяал иштирак едир.

Kafedranın elmi işində eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir. Hesabat ili ərzində Respublika və xaricdə 30-dən artıq elmi-praktik kanfransların iştirakçısı olmuşdur.

İşlədiyi doğum evinin işində fəal iştirak edir, şöbələrdə çalışır, doğuşda, əməliyyatda yaxından iştirak edir. İşlədiyi ATU-nun TCK-nın poliklinik və I mama-ginekologiya şöbəsində praktik-həkim fəaliyyəti göstərir, gecə növbələrində qalır. 15 елми публикасийасынын мцяллифидир.