Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Rəhimova Vüsalə 1998-ci ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin II müalicə profilaktika fakültəsinə daxil olub. 2004-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005-ci illərdə Azərsutikinti Xəstəxanasında internatura keçib.

2004-2005-ci illərdə A.Əliyev adına Azərbaycan Dövlət Tibb Elmlərini Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya ixtisası üzrə ixtisasartırma kurslarını bitirmişdir.

2006-2025-ci illərdə “Ömür” MMC-nin klinikasında mama-ginekoloq vəzifəsində çalışıb. 2014-cü ildə A.Əliyev adına Azərbaycan Dövlət Tibb Elmlərini Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya ixtisası üzrə laparoskopik hazırlığı bitirmişdir.

2015-ci ildə A.Əliyev adına Azərbaycan Dövlət Tibb Elmlərini Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya ixtisası üzrə təkmilləşdirmə kursunu bitirmiş və sertifikat almışdır.

2015-ci ildən Azərbaycan Tibb Universitetinin Mamalıq və Ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışır. O, müstəqil şəkildə körpələri dünyaya gətirir və əməliyyatlar aparır.Ragimova V. EGE Hospitalda Ailə Planlaşdırılması və Sonsuzluğun Müalicə Mərkəzində ixtisasartırma kursunu bitirmişdir.2025-ci ildə A.Əliyev adına Azərbaycan Dövlət Tibb Elmlərini Təkmilləşdirmə İnstitutunda ixtisas imtahanından uğurla keçdim.

2016-cı ildən dosent S.H.Sultanova (akademik rəhbər: dosent V.Mirzəzadə) kafedrasının rəhbərliyi altında “Postmenopozal dövrdə hiperandrogenizmin kliniki-diaqnostik xüsusiyyətləri” mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işim üzərində işləyirəm. 2022-ci ildə

V.V.Rəhimova mamalıq və ginekologiya üzrə praktiki dərsləri Azərbaycan dilində tədris edir. O, kafedranın və universitetin ictimaiyyətlə əlaqələri, şöbənin tədqiqatları, elmi-praktik seminar və konfranslarda fəal iştirak edir.

O, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının 1-ci Mamalıq və Ginekologiya kafedrasında gecə növbəsində işləyir, müstəqil şəkildə cərrahi əməliyyatları yerinə yetirir və körpələri dünyaya gətirir, müalicə işləri aparır və praktiki həkim kimi bacarıqlarını artırır.

Kafedrada işlədiyi müddətdə V.V.Rəhimova bütün ictimai işlərdə fəal iştirak edir və özünü yüksək standartlara uyğun aparır. O, həmkarlarına hörmətlə yanaşır, mehribandır, prinsipialdır, həyatında təmkinlidir.Son illərdə 15 elmi məqalənin müəllifidir. İki beynəlxalq və iki yerli konfransda məruzə etmişdir. Bu illər ərzində kafedranın və universitetin ictimai həyatında, elmi-praktik seminarlarda birbaşa iştirak etmişdir.

Akademik fəaliyyət

Internatura - 2004-2005 -cü illər;

Baş laborant - 2015-2025-ci illər;

Assistent - 2025-ci ilin  hal-hazıradək.

Təhsili

1998-2004 - Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsi.

 

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru 2022-cü il

Peşə və pedaqoji inkişaf

2004-2005- ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Mama-ginekologiya üzrə təkmilləşmə kursu

 2014- cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Mama- ginekologiya üzrə laporoskopik treyninq

 2015 –ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Mama-ginekologiya üzrə təkmilləşmə kursu