Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Həsənova Nurlanə Nadir qızı 1991-ci ildə Azərbaycan Tibb Universiteinin I Müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1997-ci ildə həmin Universiteti bitirib. 1997-1998-ci ilədək şəhər Klinik Onkoloji dispanserdə həkim-interna işləyib. 2001-ci ildən Azərbaycan Tibb Universitetinin III Mamalıq-Ginekologiya kafedrasında baş laborant vəzifəsində çalışıb. 2011-ci ildən I Mamalıq-Ginekologiya kafedrasının  assistenti vəzifəsində çalışır.

2002-ci ildə «Ovario- və histerektomiya olunmuş qadınlarda postmenopausal dövrünün klinik-diaqnostik xüsusiyyətləri» mövzusunda (elmi rəhbər: t.e.d., prof. Əliyeva E.M.) dissertasiya işi  üzərində işləmişdir. 2011-ci ilin may ayında sınaq müdafiəsini  keçmişdir. 2014-cü ilin fevral ayında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Həsənova N.N. əhatəli bilik dairəsinə malik, öz üzərində işləməyi sevən, təcrübəli həmkarlarının pedaqoji və əməli bacarığından bəhrələnməyə çalışan, müasir elmi-təcrübi təbabətin ən son nailiyyətləri ilə mütəmadi tanış olan və öz işində bunları tətbiq etməyə səy göstərən elmi tədqiqatçı və praktik bir həkimdir. ATU-nin OSKİ-da iştirak etmişdir.

Həsənova N.N. 2019-cü ilədək Dissertasiya Şirasında nəzdnində “Mamalıq-Ginekologiya” ixtisası üzrə Seminarın üzvü olmuşdur. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I mamalıq-ginekologiya şöbəsində praktik həkim kimi çalışır, gecə növbələrində iştirak edir. O, I Müalicə-profilaktika fakultəsiнин tələbələri ilə mamalıq və ginekologiya üzrə praktik məşğələlər  aparmışdır. Mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri aparma qaydası tələbələri qane edir.Həsənova N.N. 2001-ci ildən praktiki həkim kimi çalışır.

ATU-nin Tədris Cərrahiyyə Klinkasının fəaliyyətini ilk  günündə I mamalıq-ginekologiya və poliklinika şöbələrində praktik həkim kimi fəaliyyət göstərir. Həmçinin 2020-ci il COVİD-19 pandemiyası zamanı ATU-nin Tədris Cərrahiyyə Klinkasında müalicə alan hamilələrin konsultasiyalarını, müalicəsini və cərrahi əməliyyatlarını təmənnasız aparmışdır. ATU-nin Mamalıq və Ginekologiya üzrə rezidentlərinin hazırlanmasında aktiv iştirak edir və hal-hazırda 2 rezidenti rəsmi kuratorudur.

Bir çox konferensiyalarda, o cümlədən 2020-ci ildə Türkiyə keçirilən “4 Uluslararası Koru Gebelik Doğum ve Lohusalik Kongresi”də iştirak etmişdir.

29 elmi publikasiyasının müəllifidir. Son 5 ildə müxtəlif nəşriyyatlarda 9 elmi işi dərc edilmişdir.

İşlədiyi doğum evinin işində fəal iştirak edir, şübələrdə zalışır, doğuşda, əməliyyatda  yaxından iştirak edir. İşlədiyi ATU-nun TCK-nın poliklinik və I mamalıq-ginekologiya şöbəsində  praktik-həkim fəaliyyəti göstərir, gecə növbələrində qalır.  Kafedrada rezidentlərə rəhbərlik edir. 

Akademik fəaliyyət

Internatura - 1997-1998 -cü illər;

Baş laborant - 2001-2011-ci illər;

Assistent - 2011-ci ilin  hal-hazıradək.

Təhsili

1991-1997-ci illər Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsi.

 

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru 2011-ci il

Peşə və pedaqoji inkişaf

Mamalıq və ginekologiyada endokrinoloji problemlər   Ə.Əliyev adına ADHTİ *2025