Güləbətin Mirzəyeva mama-ginekoloqdur. Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Mamalıq və Ginekologiya kafedrasında baş laborant vəzifəsində fəaliyyət göstərir. Ali Tibb təhsilini N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunda Müalicə İşi üzrə (1985-1991illər) fərqlənmə diplomu ilə bitirmişdir. Bakı şəhəri 5№-li Kliniki xəstəxanada Cərrahiyyə ixtisası üzrə internatura (1991-1992 illər) keçmişdir.
1. Güləbətin Mirzəyeva USAİD/PHCS İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi çərçivəsində 7-12 mart, 2011-ci ildə “Mamalıqda müasir yanaşmalar” üzrə nəzəri və praktik təlimdə iştirak etmişdir.
2. Güləbətin Mirzəyeva USAİD/PHCS İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi çərçivəsində 11-13 aprel, 2011-ci ildə “Mamalıqda təxirəsalınmaz yardım” üzrə nəzəri və praktik təlimdə iştirak etmişdir.
3. Güləbətin Mirzəyeva 29-30 apel 2017-ci ildə Türkiyə, Okan Universitesində “ Qadın xəstəlikləri və Hamiləlik” mövzusunda seminarda iştirak etmişdir.