Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

2006-2017-ci illərdə Yevlax şəhəri 8 saylı tam orta məktəbdə təhsil almışam. Azərbaycan Dövlət Tibb Universitetinin tibbi-profilaktika (İctimai səhiyyə) fakültəsinə 2017-ci ildə daxil olmuş, 2023-cü ildə bitirmişəm. Eyni ildə Gigiyena ixtisası üzrə Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında rezidentura təhsilimə başlamışam. 2024-cü ildə Dövlət Təqaüd Proqramı qalibi olmuş, rezidentura təhsilimdən imtina edərək Şotlandiyanın Qlazqo Universitetində İctimai Səhiyyə üzrə magistr təhsilimə başlamışam.

2025-ci ildə “Uşaqlarda anadangəlmə məxmərək və mikrosefaliya arasındakı əlaqəyə təsir edən faktorlar” mövzusunda dissertasiya işimi müdafiə edərək magistr təhsilimi başa vurmuş, ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında baş laborant vəzifəsinə təyin edilmişəm.   Bildiyim xarici dillər: ingilis - əla, türk – əla, rus – lüğətlə

Akademik fəaliyyət

2025 – hal-hazıradək ATU, uşaq və yeniyet. gigiyenası, əmək gigiyenası kafedrası, baş laborant

 

Təhsili

2024-2025 Qlazqo Universiteti magistr

2023-2024 Azərbaycan Tibb Universiteti rezidentura

2017-2023 Azərbaycan Tibb Universiteti, həkim

2006-2017 Yevlax şəh., 8 saylı tam orta məktəb