
1987-1993-cü illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsini “müalicə işi” ixtisası üzrə bitirmişdir. 1993-1994-cü illərdə C. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda “kardiologiya” ixtisası üzrə internatura keçmişdir. Ali təhsili bitirdikdən sonra əmək fəliyyətinə 1995-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının poliklinikasında funksional diaqnostika həkimi olaraq başlamışdır. 2003-cü ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin hərbi terapiya kafedrasında baş laborant olaraq elmi-pedoqoji fəaliyyətə başlamışdır. 2009-cu ildə müsabiqə yolu ilə həmin kafedranın müəllimi, 2023-cü ildə dosenti vəzifəsinə seçilərək hal-hazırda fəaliyyətini davam etdirir. 2014-cü ildə “daxili xəstəliklər” ixtisasında müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. O, eyni zamanda universitetin ictimai fəaliyyətində də fəal iştirak edir. 2004-2010–cu illərdə ATU–nun Həmkarlar İttifaqı Komitəsinin büro üzvü, hal-hazırda Qrup Həmkarlar Təşkilatının üzvü kimi fəaliyyət göstərir.
Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətlərinin üzvüdür.Hərbi Tibb Fakültəsinin Hərbi Həkim İxtisası hazırlığı kursunun kursantları ilə Hərbi Səhra Terapiyası, Hərbi Feldşer hazırlığı kursunun kursantları ilə Feldşer işinin əsasları və tibbi deontologiya, Ümumi terapiya, Hərbi Səhra Terapiyası, Azərbaycan Tibb Universitetinin Tibb 1 və Tibb 2, tibb bacısı, Stomatologiya fakültələrinin rələbələrinə Mülki Müdafiə fənləri üzrə mühazirə və təcrübə məşğələlərini elmi-nəzəri səviyyədə aparır.
“Daxili xəstəliklər” ixtisası üzrə Hərbi Tibb fakültəsinin rezidentlərinin kuratoru olaraq fəaliyyət göstərir. Onun rəhbərliyi altında Hərbi Tibb fakültəsinin kursantları TEC-də uğurla elmi-tədqiqat işləri aparır, elmi konfranslarda müvəffəqiyyətlə çıxış edirlər.
Elmi-pedoqoji fəaliyyətlə yanaşı doktor R.Şirvanova praktik təbabətlə də məşğul olur, ürək-damar sistemi xəstəliklərinin diaqmostika və müalicə işini müntəzəm davam etdirir.3 dərslik, 8 elmi məqalə həmmüəllifi, 3 elmi məqalə və 13 tezis müəllifidir.Azərbaycan Tibb Universiteti 1987-1993 I Müalicə-profilaktika fakültəsi C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya İnstitutu 1993-1994 internatura.
2023-cü ildə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tələbələrin və Gənc Alimlərin Beynəlxalq Konqresi” ndə iştirakına görə Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən mükafata, 2025-ci ildə Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunub saxlanılmasında, eləcə də səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə və “17 iyun- Tibb işçilərinin peşə bayramı” münasibətilə Fəxri fərmana layiq görülmüşdür.
Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətlərinin üzvüdür.