
Qurbanova Amalya İsrafil qızı Hərbi terapiya kafedrasında müəllim vəzifəsində çalışır. Qurbanova Amalya 1976-cı il aprel ayının 2-də Azərbaycan Respublikası Callilabad rayonunda anadan olmuşdur. 1983-1993-cü illərdə Bakı şəhərin 5 saylı orta məktəbində təhsil almışdır. 1993-1999-cü illərdə AzərbaycanTibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1999-2000-ci illərdə V.Axundov adına Elmi-tədqiqat institutunda yoluxucu xəstəliklər ixtisası üzrə internatura keçmişdir. 2000-ci ildən Hərbi Tibb fakültəsinin Hərbi terapiya kafedrasında əvvəl baş laborant hal-hazırda müəllim vəzifəsində çalışır.
Kafedrada tədrisin aparılması, tədris proqramların və dərsliklərin hazırlanmasında, imtahan testlərinin tərtib olunmasında yaxından iştirak edir. Kafedranın “Hərbi qulluqçular arasında müharibə və sülh dövründə rast gəlinən vusseral patologiyaların kliniki gediş, diaqnostika və müalicə prinsipləri” mövzusunda elmi-tədqiqat işinin araşdırılması istiqamətində fəaliyyət göstərir
1. “Müdafiə və milli təhlükəsizlliyin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı Milli Müdafiə Universiteti tərəfindən təşkil olunmuş 13 aprel.2023.
2. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri” Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunmuş konfrans. 05 may 2023
3. Istisasartırma kursu /Həkimləri Təkmilləşdirmə institutu. 2024, fevral
4. Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu, “Müasir radiotexniki silahlar” respublika elmi-praktik konfrans - Milli Müdafiə Universiteti tərəfindən təşkil olunmuş 12-13 mart 2024.
5. Hərbi təbabətin aktual problemləri-2025” mövzusunda elmi-praktik konfrans - Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunmuş 26-27 may 2025.Ümumi terapiya –Hərbi feldşer hazırlığı kursantları üçün dərslik 414 səh. 2025 / 2 tezisin müəllifi, 1 məqalə və 1 dərsliyin həmmüəllifidir.
6. Azərbaycan Tibb Universiteti 1993-1999-cu il müalicə-profilaktika fakültəsi.1999-2000-ci illərdə Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda yoluxucu xəstəliklər ixtisası üzrə internatura keçmişdir