Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1964-1974-cü illərdə Polad kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1979-cu ildə Saratov Tibb İnstitutu nəzdində Hərbi Tibb Fakültəsində təhsilini davam etdirmişdir. 1981-ci ildə həmin Fakültənin 6-cı kursunu ”müalicə-profilaktika işi” ixtisası üzrə bitirmişdir.

22 avqust 1979-cu ildə Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.1981-1992-ci illərdə Sovet Ordusu tərkibində hərbi həkim kimi müxtəlif rəhbər vəzifələrdə çalışmışdır

1992-1995-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Hərbi-Tibb İdarəsində “baş zabit”, 1995-1997-ci illərdə Ordu Korpusunun Əlahiddə Tibb Taborunun komandiri vəzifələrində xidmət etmişdir.2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Silahlı Qüvvələr veteranıdır.

Pedaqoji fəaliyyətə 1997-ci ildən başlamışdır. 1997-2001-ci illərdə Müdafiə Nazirliyinin Tibb Heyətinin İnternaturasında, terapiya silsiləsinin “baş müəllimi” vəzifəsində, 2001-ci ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Tibb xidmətinin təşkili və taktikası kafedrasının müəllim, 2016-cı ildən hal-hazırkı vaxta kimi Hərbi Terapiya kafedrasının müəllimi vəzifəsində çalışır.

Hərbi Tibb fakültəsinin Hərbi Həkim İxtisası hazırlığı kurslarının kursantlarına Hərbi səhra terapiyası, Hərbi Feldşer hazırlığı kursunun kursantlarına Feldşer işinin əsasları və tibbi deontologiya, Ümumi terapiya, Hərbi səhra terapiyası, Azərbaycan Tibb Universitetinin Tibb 1 və Tibb 2, Tibb bacısı, Stomatologiya fakültələrinin tələbələrinə Mülki müdafiə fənnlərinin tədris prosesinin keyfiyyətli və səmərəli aparılmasında iştirak edir edir.

Dinləyici və kursantlar arasında tərbiyəvi işlərin təşkilinə xüsusi diqqət yetirir, onlara milli qürur, vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların mübarizə əzmi, mənəvi sərvətlərimizə, ekoloji mühitə qayğıkeş münasibətin aşılandırılması işində öz tövsiyəsini verir.3 məqalə, 3 tezisin müəllifi və 6 dərsliyin həmmüəlifidir.Azərbaycan Tibb İnstitutu – 1975-1979 mülaicə-profilaktika fakültəsi.Saratov Hərbi Tibb fakültəsi – 1979-1981 hərbi həkim-müalicə profilaktika işi

1983 – Ümumi Cərrahiyə üzrə İnternatura

1998 – Ümumi Terapiya üzrə İnternatura

Nailiyyətlər (adlar)

 “SSRİ Silahli Qüvvələrinin 70 illiyi” yubiley medalı

“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal

“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal

“Azərbaycan Respublikasi Silahli Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı

“Azərbaycan Respublikasi Silahli Qüvvələri veteranı”

“Azərbaycan Respublikasi Silahli Qüvvələrinin 90 illiyi” (1918-2008)” yubiley medalı

“Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) yubiley medalı