Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Həsənov Süleyman Musa oğlu 20 may 1965-ci ildə Tərtər rayonu Təzəkənd kəndində anadan olmuşdur.

1993-cü ildə Rusiya Federasiyasının Sibir Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmişdir. 1993-1994-cü illərdə Bakı şəhəri 1 saylı Klinik Xəstəxanada terapiya üzrə internatura kursu keçmişdir.

1995-1997-ci illərdə Tərtər rayonu Mərkəzi Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışmışdır.

1998-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 230 saylı Hərbi Hospitalının Terapiya şöbəsində həkim endokrinoloq vəzifəsində xidmət etmişdir.

2003-2009-cu illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Endokrinologiya şöbəsində baş endokrinoloq vəzifəsində xidmət etmişdir.

2009-cu ildə səhhəti ilə əlaqədar olaraq ordu sıralarından tərxis olunmuşdur. İstefada olan tibb xidməti mayorudur.

  1. 2014-cü illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Dispanser şöbəsində həkim vəzifəsində çalışmışdır.
  2. 2016-cı illərdə "Diamed" MMC klinikasında həkim-endokrinoloq vəzifəsində fəaliyyət göstərmişdir.

2016-cı ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi terapiya Kafedrasında müəllim vəzifəsində çalışır.

S. M. Həsənov kafedrada hərbi həkim hazırlığı prosesində "Ümumi terapiya" və "Hərbi sahra terapiyası" fənlərinin tədrisində yaxından iştirak edir, kursantların bilik və bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirir.

Xidmət müddəti və pedaqoji fəaliyyəti ərzində hərbi həkim hazırlığı kursantları üçün nəzərdə tutulmuş yenilənmiş tədris proqramına uyğun olaraq "Ümumi terapiya" və "Hərbi sahra terapiyası" fənləri üzrə dərslik və dərs vəsaitlərinin təkmilləşdirilməsi, yenilənməsi və müasir tələblərə uyğun hazırlanması işində fəal iştirak etmişdir.

Dinləyici və kursantlar arasında tərbiyəvi işlərin təşkilinə xüsusi önəm verir, onlarda milli qürur, vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların mübarizə əzmi, mənəvi dəyərlərimizə və ekoloji mühitə qayğıkeş münasibətin aşılanması istiqamətində tövsiyələrini verir.

Silahlı Qüvvələrin tibbi-müalicə yönümlü qurumları ilə sıx əlaqələrin saxlanılması, onlarla metodik və təcrübi mübadilənin aparılması istiqamətində fəaliyyət göstərir.

Elmi fəaliyyət kafedranın prioritet istiqamətlərindən biri olaraq, elmi konfrans və seminarlarda çıxışlara, elmi məqalələrin, tezislərin və təqdimatların hazırlanmasına xüsusi yer ayırır.

Süleyman Musa oğlu Həsənov 3 dərsliyin, 5 elmi məqalənin və 3 tezisin həmmüəllifidir. 1993-cü ildə Rusiya Federasiyasının Sibir Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmişdir.

1993-1994-cü illərdə Bakı şəhəri 1 saylı Klinik Xəstəxanada müalicə işi ixtisası üzrə internatura kursu keçmişdir.

2001-2002 ci illərdə Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyası endokrinologiya üzrə ixtisas artırma kursu keçmişdir.

Nailiyyətlər (adlar)

Xidmətlərinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" və "AO-nun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur