Rəfail Nurbala oğlu Əmrullayev 1992-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1998-ci ildə həmin universitetin II müalicə-profilaktika fakültəsini bitirib, həkim ixtisası almışdır. 1998-1999-cu illərdə Bakı şəhəri 1 saylı kliniki xəstəxananın nəzdində internatura kursu keçərək, “terapevt” ixtisasına yiyələnmişdir. Tibb universitetini 1998-ci ildə bitirdikdə ona “tibb xidməti leytenantı” hərbi rütbəsi verilib.
1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü olaraq xidmətə başlamış və Müdafiə Nazirinin əmrinə əsasən 15.10.1999-cu il tarixində ön cəbhədə yerləşən, Goranboy rayonunun Murovdağ ərazisində dislokasiya olunan “N” saylı hərbi hissəyə göndərilmişdir. Xidmət etdiyi müddətdə kadr zabit heyətinə keçirilmişdir.
1999-2001-ci illərdə “N” saylı hərbi hissənin motoatıcı “Tabor tibb məntəqəsinin rəisi", 2001-2004-cü illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin “Tibb məntəqəsinin həkimi”, 2004-2005-ci illərdə “N” saylı hərbi hissənin “Tibb məntəqəsinin rəisi”, 2005-2006-cı illərdə Ağstafa rayonu ərazisindəki “N” saylı hərbi hissənin “Tibb məntəqəsinin rəisi”, 2006-2014-cü illərdə C.Naxçıvanski adına Hərbi Liseyin “Tibb məntəqəsinin rəisi” vəzifəsində, 2014-2016-cı illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının (SQ BKH) “Nefrologiya bölməsinin ordinatoru” vəzifəsində, 2016-2017-ci illərdə Sumqayıt şəhərindəki “N” saylı hərbi hospitalın “Terapiya bölməsinin rəisi” vəzifəsində, 2017-2018-ci illərdə qədər Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hospitalın “Terapiya bölməsinin rəisi” vəzifəsində, 44 günlük “Vətən müharibəsində” 28.09.2020-09.01.2021 ci il tarixlərində döyüşlərdə aktiv iştirak edən “N” saylı hərbi hissənin “Tibb xidməti rəisi” vəzifəsində xidmət etmişdir. Vətən müharibəsi və Silahlı Qüvvələr veteranıdır.
Rəfail Əmrullayev 14.04.2018-ci il tarixdən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin hərbi terapiya kafedrasının baş müəllimi vəzifəsində xidmətini davam etdirir. Kafedrada bakalavr, rezidentura və təkmilləşmə kurslarında tədrisin aparılmasında, tədris proqramlarının və dərsliklərin hazırlanmasında, imtahan testlərinin tərtib olunmasında, məqbulların və imtahanların qəbulunda yaxından iştirak edir. Universitetin Hərbi tibb fakültəsi, Müalicə-profilaktika və Stomatologiya fakültələrində təhsil alan tələbə və kursantların tədris olunan fənləri mükəmməl mənimsəməsi məqsədilə praktik dərslərdə və mühazirələrdə müasir innovativ və interaktiv üsullardan istifadə edir.
Fəaliyyəti müddətində özünü əməksevər şəxs, təşəbbüskar və təşkilatçı zabit, həm də fədakar və tələbkar bir müəllim kimi tanıtmışdır. Bununla da o, kafedra və tələbə kollektivi arasında dərin hörmət qazanmışdır. Bir müəllim kimi o, mühazirə və təcrübə məşğələlərini elmi-nəzəri səviyyədə aparır, tədris-metodik vəsaitlərin hazırlanmasında fəal iştirak edir, eyni zamanda özünün elmi biliklərinin yüksəldilməsi üzərində müntəzəm çalışır. Kafedrada tədris olunan fənlər üzrə imtahan ekspertidir.1 tezis müəllifi və 2 dərsliyin həmmüəllifidir. Gülhanə Hərbi Tibb Akademiyası -Ankara
Nefrologiya ixtisası üzrə kurs- 2012-2014. İnternatura: Bakı şəhəri 1 saylı kliniki xəstəxana – 1998-1999 Müalicə işi fakültəsi Azərbaycan Tibb Universiteti 1992-1998 Akademik fəaliyyət: Baş müəllim : Azərbaycan Tibb Universiteti - 2018 – hal-hazıradək. “Hərbi səhra terapiyası” üzrə təkmilləşmə kursu – 2001, ATU
“Kardiologiya” ixtisası üzrə ixtisasartırma kursu – 2009, ATU
“Ümumi terapiya” ixtisası üzrə təkmilləşmə kursu – 2017, ATU
“Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi”, “AO-nun 100 illiyi” yubiley medalları; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalları; “Zəngilanın azad olunmasına görə” medal, “Qubadlının azad olunmasına görə” medal, “Vətən Müharibəsi iştirakçısı” medalı və “Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur.