Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Abdullayev Zeynal Nüsrəddin oğlu, 11 fevral 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1992-ci ildə Sumqayıt şəhər 33 saylı orta məktəbə daxil olmuş, 2003-cü ildə bitirmişdir. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində təhsili davam etdirmişdir. 2010-cu ildə həmin fakültəni bitirmişdir. 2011-2015-ci illərdə Nevrologiya ixtisası üzrə rezidentura keçmişdir. 2015-2020-ci illərdə  Ağdam hərbi hospitalında  müxtəlif  vəzifələrdə çalışmışdır. 2025-ci ildə “Döyüş şəraitində yaranmış qapalı kəllə beyin travmasının uzaq nəticələrinin araşdırılması” mövzusunda dissertasiya işinə  başlamışdır. 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə və Suqovuşanın azad edilməsi” medalları ilə təltif edilmişdir. 2021-ci il ATU Hərbi Tibb fakültəsində müəllim kimi fəaliyyətə başlamış.  2021-ci ildən hal-hazıradək ATU Hərbi Tibb fakültəsində Hərbi Terapiya kafedrasının baş müəllimi kimi fəaliyyətini davam etdirir. Dərc olunmuş 2 elmi məqalənin müəllifi və 3 dərsliyin həmmüəllifidir.                                 
 

Təhsili

Azərbaycan Tibb Universiteti  2004-2008  Müalicə-profilaktika fakültəsi.

Azərbaycan Tibb Universiteti  2008-2010  Hərbi Tibb fakültəsi

Azərbaycan Tibb Universiteti  Hərbi Tibb fakültəsi 2011-2015-ci illərdə  Nevrologiya ixtisası üzrə rezidentura.

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutu 2025-ci ildən doktorantura təhsili  

Nailiyyətlər (adlar)

“Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi”, “AO-nun 100 illiyi” yubiley medalları; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “ medalları; “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, və “Vətən

Müharibəsi iştirakçısı” medalı , “Hərbi xidmətlərə görə və Suqovuşanın azad edilməsi”, ABŞ ordusunun “Təlim əlaçısı” qızıl  medalları ilə təltif olunmuşdur.