Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Abbas Rahib oğlu Quliyev 18 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci illdə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən 1998-ci ilədək Bakı şəhəri Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında LOR (burun, boğaz, qulaq) həkimi ixtisası üzrə internatura kursunu keçmişdir.

1998-2008-ci ilədək Azərbaycan Respublikası Hərbi Komissarlığının Hərbi Həkim Komissiyasının sədr müavini – baş həkim mütəxəssis, 2008-2012-ci ilədək isə Azərbaycan Respublikası Hərbi Komissarlığının Hərbi Həkim Komissiyasının sədri vəzifəsində xidmət etmişdir. 2012-2015-ci ilədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə xidmət etmişdir.

2015-2020-ci ilədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında müxtəlif vəzifələrdə, 2020-2021-ci illərdə isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi vəzifəsində xidmətini davam etmişdir.

2021-ci ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi terapiya kafedrasının rəisi vəzifəsində xidmət edir. Silahlı Qüvvələr veteranıdır.

A.R.Quliyev kafedrada kursantların diplomaqədərki dövrdə hərbi terapiya üzrə həkim və feldşer hazırlığı, diplomdansonrakı dövrdə ixtisaslaşdırılması və təkmilləşdirilməsi işinin təşkili və həyata keçirilməsi işinə rəhbərlik edir.

Hərbi Tibb fakültəsinin Hərbi Həkim İxtisası hazırlığı kurslarının kursantlarına Hərbi səhra terapiyası, Hərbi Feldşer hazırlığı kursunun kursantlarına Feldşer işinin əsasları və tibbi deontologiya, Ümumi terapiya, Hərbi səhra terapiyası, Azərbaycan Tibb Universitetinin Tibb 1 və Tibb 2, Tibb bacısı, Stomatologiya fakültələrinin tələbələrinə Mülki müdafiə fənnlərinin tədris prosesinin keyfiyyətli və səmərəli aparılmasına nəzarət edir.

Xidmət müddəti ərzində Hərbi həkim və feldşer hazırlığı kursunun kursantları üçün nəzərdə tutulmuş yenilənmiş tədris proqramına uyğun “Ümumi terapiya” və “Hərbi səhra terapiyası” fənləri üzrə dərslik və dərs vəsaitlərinin dəyişdirilməsi və onların müasir tələblərə uyğun hazırlanmasında iştrak etmişdir.

Dinləyici və kursantlar arasında tərbiyəvi işlərin təşkilinə xüsusi diqqət yetirir, onlara milli qürur, vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların mübarizə əzmi, mənəvi sərvətlərimizə, ekoloji mühitə qayğıkeş münasibətin aşılandırılması işində öz tövsiyəsini verir.

Silahlı Qüvvələrin tibbi müalicə yönümlü qurumları ilə sıx əlaqə saxlanılması və onlarla metodik-təcrübi mübadilə aparılması istiqamətində fəaliyyət göstərir.

Elmi fəaliyyət kafedranın prioritet istiqaməti olaraq, konfrans və seminarlarda çıxışlara, elmi məqalələrin və prezentasiyaların təqdimatına xüsusi yer ayırır. 3 dərsliyin, 3 elmi məqalə və 2 tezis həmmüəllifidir.Azərbaycan Tibb Universiteti   1991-1997 Pediatriya fakültəsi.Bakı şəhəri Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında LOR (burun, boğaz, qulaq) həkimi ixtisası üzrə internatura kursu.

Nailiyyətlər (adlar)

 “Azərbaycan Reaspublikası Silahlı Qüvvələrin 10 illiyi”, “Azərbaycan Reaspublikası Silahlı Qüvvələrin 90 illiyi”, “Azərbaycan Reaspublikası Silahlı Qüvvələrin 95 illiyi”, “AO-nun 100 illiyi” yubiley medalları; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalları; “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalları və “Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur.