Əliyev Şahin Əli oğlu 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini bitirmişdir.
2008-2009-cu illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında-da ümumi cərrahiyyə ixtisası üzrə internatura kursu keçmişdir.
2012-ci ildə cərrahiyyə ixtisası üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın-da təkmilləşmə kursu keçmişdir.
2006-2024-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və hospitallarında müxtəlif vəzifələrdə xidmətdə olmuşdur.
2020-ci ildə Vətən Müharibəsində Ağdam Hospitalının komandiri vəzifəsində xidmət etmişdir.
2024-cü ildən hal-hazıradək Hərbi cərrahiyyə kafedrasının rəisi vəzifəsində xidmətdədir.
Əliyev Şahin Əli oğlu Hərbi Tibb fakültəsinin kursantlarına “Hərbi cərrahiyyə”, ”Ümumi cərrahiyyə” və “Travmatologiya” fənnlərindən mühazirələr və təcrübə məşğələlərin keçirilməsinə rəhbərlik edir.
“Azərbaycan Reaspublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi”, “Azərbaycan Reaspublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi” yubiley medalları; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalları; “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, ”Vətənə xidmətə görə 3-cü dərəcəli” orden və “Suqovuşanın , Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.