Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Ömərov İlqar Osman oğlu 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1991-1992-ci illərdə M.Topçubaşov adına Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda internatura kursunda həkim-interna kimi çalışmış və kursu  bitirərək “Ümumi cərrah” ixtisasi almişdır.

1992-1995-ci illərdə Azərbaycan Ordusunda hərbi həkim kimi xidmətdə olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi-səhra cərrahiyyə hospitallarında cərrah kimi fəaliyyət göstərmişdir.

1993-cü ildə M.Topçubaşov adına Elmi Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda damar cərrahiyyəsi ixtisası üzrə ixtisaslaşma kursu  keçmişdir.

Qarabağ müharibəsi veteranıdır.

1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Təxirəsalınmaz Tibbi Yardım kursunda müəllim stajer kimi fəaliyyətə başlamış, sonra isə kursun assistenti vəzifəsinə seçilmiş və kursun müdiri vəzifələrini icra etmişdir.

2001-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzində çalışmış və elmi-tədqiqat işi ilə məşğul olmuşdur.

2006-cı ildən hal-hazıra kimi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi Cərrahiyyə kafedrasında çalışır və 2023-cü ildə həmin kafedranın  dossenti vəzifəsinə seçilmişdir.

2008-2010-cü illərdə damar cərrahiyyəsi ixtisası üzrə ixtisaslaşdırma və təkmilləşmə  kursu  keçmişdir.

2010-cu ildə «Peritonitin fazalarından asılı olaraq qaraciyərdə baş verən morfofunksional dəyişikliklər və onların tənzimlənməsi» mövzusunda dissertasiya işini müdafiə etmişdir.

 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən “Tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.

2023-cü ildə  Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda ümumi cərrahiyyə ixtisası üzrə təkmilləşmə kursu  keçmişdir.

Hal-hazırda “Diabetik ayağın irinli-nekrotik ağırlaşmalarının müalicəsində cərrahi taktika, rekonstruktiv-bərpa əməliyyatları və kök hüceyrələrinin tətbiqi” mövzusunda doktorluq dissertasiyası üzrə elmi-tədqiqat işi aparır.

Bir dərsliyin, 2 metodik vəsaitin, 2 səmərələşdirici təklifin və 48 elmi məqalə və tezisin müəllifi və 1 dərs vəsaitinin redaktorudur.

Ömərov İlqar Osman oğlu Respublika və xarici ölkələrdə keçirilən bir çox seminar, elmi konfrans və konqreslərdə iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir.

30 ildən çoxdur ki, həkim və pedaqoq kimi fəaliyyət göstərir və işlədiyi  dövrlərdə  müxtəlif mükafatlar, medallar, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.

Ömərov İlqar Osman oğlu Hərbi Tibb Fakültəsinin kursantlarına “Hərbi cərrahiyyə”, ”Ümumi cərrahiyyə” və “Travmatologiya” fənnlərindən mühazirələr və təcrübə məşğələlər keçir.