Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

 

Abbasova Mətanət Bəhmən qızı 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə profilaktika fakültəsini bitirmişdir.

1987-1988-ci tədris ilində Topçubaşov adına Elmi Tədqiqat Klinik və Ekspermental Cərrahiyyə İnstitutunda «cərrah» ixtisası üzrə internatura keçmişdir.

1989-1992-ci illərdə Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində çalışmışdır.

1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına çağırılmışdır.

1992-2015-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hospital və poliklinikalarında müxtəlif vəzifələrdə xidmət etmişdir

2016-cı ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi cərrahiyyə kafedrasında fəaliyyət göstərir və “Hərbi cərrahiyyə”, ”Ümumi cərrahiyyə” və “Travmatologiya” fənnlərindən təcrübə məşğələləri keçir.

Xidmət etdiyi  dövrlərdə  müxtəlif mükafatlar, medallar, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.7 elmi məqalə və tezisin müəllifidir.