Quliyev Çingiz Dəmir oğlu 1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir.
1993-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış və 2024-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Hospital və Ordu birliyində müxtəlif vəzifələrdə xidmət etmişdir.
2021-2024-cü illərdə isə Azərbaycan Ordusunun Baş Cərrahı vəzifəsində xidmət etmişdir.
2008-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında ixtisasartırma kursu keçmişdir.
1993-cü ildə I Qarabağ muharibəsində, 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında isə lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir.
Quliyev Çingiz Dəmir oğlu 2024-cü ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi cərrahiyyə kafedrasında müəllim vəzifəsində çalışır və “Hərbi cərrahiyyə”, ”Ümumi cərrahiyyə” və “Travmatologiya” fənnlərindən təcrübə məşğələləri keçir.
Xidmət müddəti ərzində müxtəlif mükafatlar, medallar, diplom və fəxri fərmanlarla, 2023-cü ildə isə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.6 elmi məqalə və tezisin müəllifidir.