Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Paşayev Saleh Əşrəf oğlu 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin hazırlıq kursuna daxil olmuşdur.

1991-ci ildə müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1991-1992-ci illərdə M.Mirqasımov adına Respublika klinik xəstəxanasında cərrah ixtisası üzrə internatura kursunu bitirmişdir.

1992-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində həkim-cərrah kimi hərbi xidmətdə olmuşdur.

1993-cü ildə Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda Hərbi-Cərrahiyyə ixtisası üzrə ixtisaslaşdırma kursu  keçmişdir. Qarabağ müharibəsi veteranıdır.

1999-2001-ci illərdə Binəqədi rayon Uşaq Poliklinikasında cərrah kimi fəaliyyət göstərmişdir.

Paşayev Salh Əşrəf oğlu 2001-ci ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi cərrahiyyə kafedrasında  fəaliyyət göstərir və “Hərbi cərrahiyyə”, ”Ümumi cərrahiyyə” və “Travmatologiya” fənnlərindən mühazirə və təcrübə məşğələlər keçir.    

30 ildən çoxdur ki, həkim və pedaqoq kimi fəaliyyət göstərir və işlədiyi  dövrlərdə  müxtəlif mükafatlar, medallar, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.Bir dərsliyin və 17 elmi məqalə və tezisin müəllifidir.