Hüseynzadə Rəhman Alış oğlu 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmişdir.
2018-2021-ci illərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissənin tibb xidməti rəisi-tibb məntəqəsinin rəisi vəzifəsində xidmət etmişdir.2021-2024-cü illərdə oftalmologiya ixtisası üzrə rezidentura təhsili almışdır.
Hüseynzadə Rəhman Alış oğlu 2025-ci ildən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Hərbi cərrahiyyə kafedrasının müəllimi vəzifəsinə təyin olunmuş və “Hərbi cərrahiyyə”, ”Ümumi cərrahiyyə” və “Travmatologiya” fənnlərindən təcrübə məşğələləri keçir.2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.