Tibb xidmətinin təşkili və taktikası (TXTT) kafedrasının baş müəllimi, Hüseynli Tural Asif oğlu Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini 2013-cü ildə bitirib, 2013-cü ildən 2019-ci ilədək hərbi hissələrdə müvafiq vəzifələrdə xidmət etmişdir. 2019-cu ildən Tibb xidmətinin təşkili və taktikası kafedrasının müəllimi, 2025-ci ildən Tibb xidmətinin təşkili və taktikası kafedrasının baş müəllimi vəzifəsində xidmət edir, Səhiyyə təşkilatçısı üzrə “Usta” məharət dərəcəsinə layiq görülüb. 2019-cu ildə Təhsil Nazirliyinin Peşə fəaliyyətinin ümumi əsasları üzrə xüsusi təyinatlı təhsil müəssisələrinin pedaqoji prosesinin təşkili ixtisasartırılma kursunu bitirərək sertifikat almışdır.Vətən müharibəsi iştirakçısıdır, müharibə veteranıdır.
1. “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi ” yubiley medalı,
2. “ Qüsursuz xidmətə görə görə ” 3 -cü dərəcəli medalı,
3. “ Hərbi xidmətdə fərqlənməyə görə ” 3-cü dərəcəli medalı,
4.“ Zəngilanın azad olunmasına görə ” medalı,
5.“ Qubadlının azad olunmasına görə ” medalı,
6.“ Vətən müharibəsi iştirakçısı ” medalı,