Süleymanov Şahin Nəzər oğlu 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsini bitirmişdir.
1997-ci ilin iyulundan 1998-ci ilin iyul ayınadək Mirqasımov adına Respublika Klinik xəstəxanasında İnternatura kursu keçmişdir.
1998-ci ilin avqustundan 24 noyabr tarixinə qədər Bakı şəhəri 2 nömrəli Vərəm dispanserində laboratoriya şöbə müdiri kimi fəaliyyət göstərmişdir.
1998-ci ilin 24 noyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış və 2015-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmətdə olmuşdur.
2002-ci və 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tib Fakültəsinin Tibbi profilaktika kafedrasında Tibbi profilaktika ixtisasları üzrə 3 aylıq Təkmilləşdirmə kurslarına cəlb olunmuş və müvafiq vəsiqə ilə təmin olunmuşdur.
2015-ci ilin sentyabrından AzərbaycanTibb Universitetinin Hərbi Tibb Fakültəsinin Tibbi profilaktika kafedrasının müəllimi vəzifəsinə, 2017-ci ilin may ayında baş müəllim vəzifəsinə, 2019-cu ilin dekabrında Tibbi profilaktika kafedrasının rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Tibb Universiteti Rektorluğunun 06.03-15.05.2023-cü il tarixlərdə “ABŞ Dövlət İngilis dili Proqramları rəbrərliyi” ilə təşkil etdiyi “Planlaşdırmanın və Proqram inkişafının effektiv strategiyası” təlim kursunda iştirak etmiş və “Yekun Sertifikat” əldə etmişdir.
Süleymanov Şahin Nəzər oğlu Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmri ilə “Tibb profilli ixtisaslar üzrə Ali məharət ” dərəcəsinə malikdir.
Süleymanov Şahin Nəzər oğlu 3 dərslik, 1 dərs vəsaiti, 33 elmi məqalə və tezislərin həmmüəllifidir. Hərbi Tibb fakültəsinin kursantlarına “Hərbi epidemiologiya”,” Hərbi gigiyena” və “Hərbi toksikologiya, radiologiya, və tibbi mühafizə” və “Tibbi parazitologiya” fənlərindən, Azərbaycan Tibb Universitetinin mülki tələbələrinə isə “Mülki Müdafiə” fənnindən mühazirələr və təcrübi məşğələlər keçirir və kafedranın tədris fəaliyyətinə nəzarət edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəcamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı;
Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmri ilə “Silahlı Qüvvələr veteranı” medalı ilə;
Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrləri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Silahlı Qüvvələrin 10 illiyi”, “Silahlı Qüvvələrin 90 illiyi”, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalları, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalları ilə təltif edilmişdir.