Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Vəliyev ZiyaBalabəy oğlu 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsini bitirmişdir.

2002-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Sanitar Epidemioloji Nəzarət Mərkəzində həqiqi hərbi xidmətdə başlamışdır.

2014-2020-ci illərdə  Müdafiə Nazirliyinin Tibb Baş idarəsində xidmət etmişdir. 2020-ci ilin avqust ayından Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Tibbi profilaktika kafedra­sında baş müəllimi vəzifəsinə təyin olunmuşdur.

2023-cü ilin noyabrından Azərbaycan Tibb Universiteti Rektorunun müvafiq əmri ilə  kafedra rəisinin tədris işləri üzrə müavini vəzifəsi işlərini yerinə yetirmək həvalə olunmuşdur.

Vəliyev Ziya Balabəy oğlu, Hərbi ekologiya metodik vəsaitin  redaktoru, 4 elmi məqalə və tezislərin  müəllifidir.

Hərbi Tibb fakültəsinin kursantlarına və tibb universitetinin mülki tələbələrinə “Hərbi epide­mio­logiya” fənnindən  təcrübə məşğələləri aparır.

Nailiyyətlər (adlar)

Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrləri ilə“Silahlı Qüvvələrin 10 illiyi”  “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli  medalı ilə təltif edilmişdir.