Dadaşov Elçin İbrahim oğlu 1984-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsini bitirmişdir.
1992-2000-ci illərdə könüllü olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə həqiqi hərbi xidmətdə olmuşdur.
2000-ci ilin sentyabr ayından Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Tibbi profilaktika kafedrasında baş müəllim vəzfəsinə təyin edilmişdir.
2015-ci il oktyabr ayında Elçin Dadaşov yaş həddinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasından tərxis olunduqdan sonra 2016-cı il oktyabr ayından mülki müəllim kimi Hərbi Tibb fakültəsinin Tibbi profilaktika kafedrasında fəaliyyətini davam etdirir.
Dadaşov Elçin İbrahim oğlu 4 dərslik, 1 dərs vəsaiti, 34 elmi məqalə və tezislərin, o cümlədən son beş ildə 2 dərslik, 11 elmi məqalə və tezislərin həmmüəllifidir.
Dadaşov E.İ. Hərbi Tibb fakültəsinin kursantlarına və Azərbaycan Tibb Universitetinin tələbələri ilə “Hərbi gigiyena” fənnindən təcrübə məşğələləri aparır.
Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrləri ilə “Silahlı Qüvvələr veteranı”, “Silahlı Qüvvələrin 10 illiyi”, “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Qüsursuz xidmətə görə”1-ci dərəcəli medallarla təltif edilmişdir.