Hüseynov Namiq Cəmil oğlu 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmişdir.
2007-ci ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə başlamışdır.
2007-2025-ci illərdə müxtəlif vəzifələrdə xidmət etmişdir. 2026-ci ilin yanvar ayından Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Tibbi profilaktika kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur.
Hal-hazırda Hərbi Tibb fakültəsinin kursantlarına və Tibb Universitetinin mülki tələbələrinə “Hərbi epidemiologiya”, “Hərbi gigiyena” fənlərindən mühazirələr və təcrübə məşğələləri aparır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Ağdamın və Suqovuşanın azad edilməsinə” və “Vətən uğrunda” medalları;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəcamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı;
Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrləri ilə “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.