Məmmədova Sevinc Məmməd qızı 1998-ci ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin II müalicə profilaktika fakültəsinə daxil olub. 2004-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005-ci illərdə Respublika Doğum Evində indiki yeni adı ilə Prenatal Mərkəzdə internatura keçmişdir. 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin I Mamamlıq Ginekologiya kafedrasının klinik ordinaturasında təhsil almışdır. 2011-ci ildən bu günə qədər Mərkəzi Klinikanın Ginekologiya şöbəsində cərrah mama-ginekolog kimi çalışır. O, müstəqil şəkildə normal doğuşları qəbul edir, cərrahi doğuşları açıq və qapalı bütün ginekoloji əməliyyatları icra edir. Bu ilə qədər iki dəfə ( ən son 20.02.2024-cü ildə) həkimlərin “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” sertifikatsiya şəhadətnaməsini almışdır (AH № 056527). 2016-cı ildə Azərbaycan Tibb Universitetinin Universitetinin I Mamamlıq Ginekologiya kafedrasının dissertantı olmuşdur. Tibb üzrə Fəlsəfə Doktoru adını almaq üçün “Postmenopauzal dövrdə reproduktiv orqanların törəmələri olan qadınlarda endometriumun hiperplaziyasının kliniki morfofunksional xüsisiyyətləri” dissertasiya işini götürmüşdür. 2022-ci ildə Ali Attestasiya Komissiyasında dissertasiya müdafiəsini uğurla başa vurmuşdur. 2024-cü ildən Azərbaycan Tibb Universitetinin I Mamalıq Ginekologiya kafedrasına Baş Laborant vəzifəsinə təyin olunmuşdur. Kafedrada işlədiyi müddətdə S.M Məmmədova bütün ictimai işlərdə fəal iştirak edir, kafedrada dərs tədris edir. Həmkarlarına hörmətlə yanaşır, mehribandır, prinsipialdır. Müdafiəsi dövründə 15-ə yaxın elmi məqalələrin müəllifi olmuşdur. Yerli konfransda məruzəçi olmuşdur. Ölkə xaricində və ölkə daxilində keçirilən elmi-praktik konfranslarda, seminarlarda, treyninqlərdə iştirak edir.
Internatura - 2004-2005 -cü illər;
Klinik Ordinatura - 2005-2008-ci illər;
Baş laborant - 2024- hal-hazıradək
Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsi:1998-2004
Tibb üzrə fəlsəfə doktoru 2023-cü il
2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin I Mamamlıq Ginekologiya kafedrasının klinik ordinaturası
2010-cu il Türkiyə Cumhuriyyəti Ankara Universitetinde Ginekologiya ixtisası üzrə təkmilləşdirmə kursu
2016-cı ildə Azərbaycan Tibb Universitetinin I Mamamlıq Ginekologiya kafedrasının dissertantı