
Abbasova Nigar Valeh qızı, 2001-ci ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 2007-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cü illərdə ETMQI-da I mamalıq-ginekologiya kafedrasında ordinatura kursu keçmişdir. 2009-cü ildən I Mamalıq-ginekologiya kafedrasının baş laborant vəzifəsinda çalışır. 2024-cü ildən hal-hazıradək I Mamalıq-ginekologiya kafedrasının assistent vəzifəsində çalışır. 2012-2013-cü illərdə Türkiyə Cumhuriyyətində İnönü Universiteti Turqut Özal adına xəstəxana çalışmışdır. İşlədiyi illər ərzində Abbasova N.V. işgüzarlığına, nəzəri və elmi hazırlığına görə kafedranın kollektivi arasında xüsusi hörmət qazanmışdır.
2013-cü ildən kafedranın müdiri, tibb elmləri doktoru, professor, E.M.Əliyevanın rəhbərliyi altında "Yüngül preeklampsiya olan qadınlarda doğuş prosesinin klinik diaqnostik xüsusiyyətləri" mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiya işi üzərində çalışır. N.V.Abbasova mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri azərbaycan və ingilis dillərində tədris edir. Kafedranın və universitetin içtimai işlərində, kafedranın elmi işində eləcə də elmi-praktik seminarlarda, xarici ölkələrdə konfranslarda yaxından iştirak edir. Son illərdə 10 elmi məqalə və 3 tezis müəllifidir. 2 Beynəlxalq və 3 yerli konfransda çıxış edib.
2015-ci ildə Ultrasound Doppler Gynecology, Hysteroscopy and Laparoscopy İn İnfertility, 2019-cü ildə Obstetrik Ultrasonografi, Laparoskopik Sütur Teknikleri ve Ofis Histereskopi kursları iştirak etmişdir. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Mamalıq-ginekologiya şöbəsində gecə növbələrində qalır, sərbəst cərrahi əməliyyatlar edir və doğuş qəbul edir, müalicə işi aparır, praktik həkim kimi təkmilləşib.
Azərbaycan Tibb Universiteti * 2001ci il -hal-hazıradək
Klinik ordinator – 2007-2009
Baş laborant – 2009-2024
Assistent -2024-2026
II müalicə-profilaktika fakültəsi AzərbaycanTibbUniversiteti *2001-2007
2015-ci ildə Ultrasound Doppler Gynecology, Hysteroscopy and Laparoscopy İn İnfertility,
2019-cü ildə Obstetrik Ultrasonografi, Laparoskopik Sütur Teknikleri ve Ofis Histereskopi
1.Magistr
2.T.ü.f.d.
3.T.ü.e.d.
4.Ə.ü.f.d.
5.Ə.ü.e.d.
6.B.ü.e.d.
7.B.ü.f.d.