Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Həkim Günay Atamoğlanova 2000-ci ildə orta məktəbi “fərqlənmə attesstatı “ ilə bitirmiş, həmin il Azərbaycan Tibb Universitetinin 2- ci müalicə- profilaktika fakultəsinə daxil olmuşdur. 2006- cı ildə ATU- nu bitirmiş, 2006-2007 ci illərdə ATU- nun ümumi cərrahiyyə kafedrasında internatura keçmişdir. 2008-2010 cu illərdə ATU- nun 1- ci mamalıq - ginekologiya kafedrasında kliniki-ordinantura keçmişdir. 2011- ci ildən həmin kafedrada baş laborant işləyir. "Zahılıq dövründə mamalıq və perinatal patologiyanın diğan qadınInın psixoemosional vəziyyətinə təsiri" mövzusunda elmi iş üzərində professor Səadət Sultanovanın rəhbırliyi altında çalışır və yekunlaşmaq üzərədir.Rus, ingilis, türk dillərində danışır. Kafedranın tədris fəaliyyətində aktiv iştirak edir.Elmi iş üzərində çalışır, Q2-Q3 jurnallarda elmi məqalələri dərc olunur mütəmadi olaraq, yerli və beynəlxalq jurnallarda tezisləri dərc olunur və çıxışlar edir. ATU Tədris Cərrahiyyə klinikasında aktiv praktiki fəaliyyətlə məşquldur. Təbii doğuşlar və çoxsaylı əməliyyatlar edir.

Akademik fəaliyyət

İnternatura: 2006-2007

Klinik ordinator: 2008-2010

Baş laborant: 2011-2026-ci illər

Təhsili

Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsi. 2000-2006-ci illər.

Elmi araşdırma sahəsi

2024-cü ildə "Zahılıq dövründə mamalıq və perinatal patologiyanın diğan qadınInın psixoemosional vəziyyətinə təsiri" mövzusunda elmi iş.