Vəliyeva Səadət 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsini fəqrlənmə diplomu ilə bitirib.
1981-1982-ci illərdə Mama-ginekologiya ixtisası üzrə 6 saylı Doğum evində internatura keçmişdir. 1982-1983-cü illərdə Xudat və Xaçmaz şəhərinin Mərkəzi Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışır. Təhsilimi 1985-1989-cü illərdə Ana və Uşaq Mühafizəsi ETİ-nun mama-gineklogiya ixtisası üzrə klinik-оrdinaturasında davam etmişdir.
1990-ci ilin oktyabr ayında müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinin III Mamalıq və Ginekologiya kafedrasının assistenti vəzifəsinə seçilmişdir. 2015-ci ildən isə ATU-nun TCK-nın bazasında praktik hərim və pedaqoji fəaliyyəti davam etdirirəm. Hal-hazırda ATU-nun I Mamalıq və Ginekologiya kafedrasının assistentiyəm. 2000-ci ildən isə xarici tələbələrlə praktiki və mühazirə dərsləri ingilis dilində aparır.
S.Vəliyeva kafedranın və Universitetinin ictimai işlərində fəal iştirak edir. O kafedrada YAP-nın кафедрада YAP-nın nümayəndəsidir.
Kafedranın elmi işində eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir. Hesabat ili ərzində Respublika və xaricdə 30-dan artıq elmi-praktik kanfransların iştirakçısı olmuşdur. Vəliyeva S. 2016-ci ilin iyun ayında Cənubi Koreyada, oktyabr ayında isə Rusiya və Finləndiya Universitetlərində keçirilən “Bilik həftəsinin” iştirakçısı olmuşdur. İşlədiyi doğum evinin işində fəal iştirak edib, şöbələrdə çalışıb, doğuşları və əməliyyatları sərbəst idarə eləyib. İşlədiyi ATU-nun TCK-nın poliklinik və I mama-ginekologiya şöbəsində praktik-həkim fəaliyyəti göstərir, gecə növbələrində qalır. Son illərdə 15 elmi publikasiyasının müəllifidir.
İnternatura: 1981-1982
Klinik ordinatura: 1982-1983
Assistent:1990-2026
Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsi. 1972-1981-ci illər.
Yeni Azərbaycan Partiyası