Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Cəfərov Çərkəz Məmiş oğlu 1942-ci ildə Azərbaycanda Naxçıvanda anadan olmuşdur. 1959-1965-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunda oxumuş və fərqlənmə ilə bitirmişdir. 4-cü kurs tələbəsi olarkən Semaşko adına xəstəxanada tibb qardaşı vəzifəsində çalışıb. Öz işgüzarlığı ilə cərrahların diqqətini cəlb etmişdir. İşdən kənar vaxtlarında növbələrə qalıb, cərrahlara kömək edirdi. İnstitutu bitirən zaman yaranın birinci işlənməsi, appendektomiya, herniotomiya, tubovariektomiya əməliyyatlarını sərbəst icra edirdi. İnstitutu bitirdikdən sonra Səhiyyə nazirliyi tərəfindən 4 saylı şəhər vərəm xəstəxanasına torakal cərrah təyin olmuşdur. Torakal şöbə elmi-tədqiqat institutuna köçürüldüyü üçün sonrakı fəaliyyətini orada davam etmişdir. 1971-1973-cü illərdə Leninqradda Ümumiitifaq elmi-tədqiqat pulmonologiya institutunda stajirovkada olub. Köks cərrahlığının praktiki əsaslarını örgənməklə bərabər elmi tədqiqatla da məşğul olub. 1973-cü ildə akademik F.G.Uqlovun rəhbərliyi altında "Xroniki qeyrispesifik pnevmoniyanın cərrahi müalicəsinə göstərişlər" mövzusunda namizədlik dissertadiyasını müdafiyə etmişdir. Müdafiyədən sonra Bakıya qayıtmışdır, bütün bronxolojı müayinə üsullarını təşkil edir və ağciyərlərin irinli-iltihabi, parazitar və şiş patologiyaları ilə xəstələri əməliyyat etməyə başlayır. Sanitar aviasiya xətti ilə respublikanın müxtəlif rayonlarına gedir, döş və qarın boşluğuğu orqanlarının ağır patologiyaları ilə xəstələri əməliyyat edir. 1976-cı ildə konkurs əsasında baş elmi işçi vəzifəsinə seçilir. 1982-1987-ci illərdə Seçenov adına 1-ci Moskva Tibb institutuna doktoranturaya göndərilmişdir, orada ftiziopulmonologiya kafedrasında SSSR-i TEA-nın akademiki M.İ.Perelmanın rəhbərliyi altında " Traxeya və onun bifurkasiyasının rezeksiyası və protezləşmısi" mövzusunda doktorluq dissertasiyasını müdafiyə etmişdir. Cəfərov Ç. M. tərəfindən ilk dəfə düzəlmiş, eksperimentdə aprobasiya edilmiş və kliniki idtifadəyə verilmiş tənəffüs yollarının silikon-lavsan protezləri, sol ağciyər arteriyasına sağtərəfli arxa torakotom kəsikdən çatması və transperikardial yolla bağlanması, rezeksiyadan sonra uyğun olmayan traxeya və baş bronxların adaptasiya üsulu bütün dünyada tanınmışdır. Doktorluq dissertasiyasının müdafiyəsindən sonra 1988-ci ildə yenidən Bakıya KECETİ-na qayıdır. 1988-1994-cü ilərdə əvvəlcə Bakı şəhərinin sonralar isə Səhiyyə nazirliyinin baş cərrahı vəzifəsində çalışır. Müəllimləri olan akademiklər F. G. Uglovun və M. İ. Perelmanın gözəl ənənələrini davam etdirir, qida borusunda çapıq və peptik daralmalar, qida borusu xərçəngi, kardiyanın axalaziyası ilə xəstələrdə ağır bərpaedici rekonstruktiv əməliyyatları icra edir. Döş qəfəsinin yaralanmaları, xroniki iltihab xəstəlikləri, parazitar xəstəlikləri, ağciyər şişləri ilə xəstələri əməliyyat edir. Nevroloqlarla ilk dəfə miasteniyanın ağır formalarının kompleks konservativ və cərrahi müalicəsini təşkil edir. Traxeyada, bifurkasiyada posttraxeostomik və postintubasion çapıq daralmalarda əməliyyatlar icra edir. 1995-ci ildə qısa müddət ərzində ETKETİ-da köks cərrahlığı şöbənin müdiri vəzifəsində çalışır. 1995-ci ilin may ayında konkurs əsasında Azərbaycan Tibb Universitetinin ümumi cərrahiyyə və anesteziologiya kafedrasının müdiri seçilir və 22 il ərzində kafedraya rəhbərlik edir. Pedaqojı fəaliyyətə başlarkən təşkilatçılıq bacarığı da özünü biruzə verir. Ümumi cərrahiyyə tədris proqramı yeniləndi. Cavan cərrahlar üçün, həkim internaların, klinik ordinatorların, aspirantların, rezidentlərin hazırlanması üçün şərayit yaradılır. ETKETİ-da başlanmış elmi ixtiralar və cərrahi əməliyyatlar sonralar kafedrada davam edir. Cəfərov Ç.M. rəhbərliyi altında 8 doktorluq, 15 namizədlik dissertasiyalar müdafiyə olunur, azərbaycan dilində yeni dərsliklər yazılır ("Ümumi cərrahlıq", "Kliniki və eksperimental cərrahlıq"), 3 monoqrafiya, 6 şəhadətnaməsi və patent. 250 jurnal məqaləsi və tezislərin müəllifidir. Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda, Özbəkistanda elmi konfranslarda, beynəlxalq konqresslərdə, simpoziumlarda Azərbaycanı təmsil edərək çıxış edib. "За трудовую добьесть" medalına, "Изобретатель СССР" nişanına layıq görülüb. 2000-ci ildə Əməkdar həkim adını almışdır, 2010-cu ildə "Tərəqqi" ordeni ilə təltif olunub.

Akademik fəaliyyət

1967-Həkim ordinator 4 saylı Bakı şəh. Kliniki xəstə-xanasının köks cərrahlığı şöbəsi.

1971-1973-Aspirant Leninqrad şəh. Ümumittifaq Elmi Tədqiqat Pulmanologiya İnstitutu.Sankt-peterburq 

1976-Baş elmi işçi ETKETİ köks cərrahiyyəsi şöbəsi 

1982-1987-Doktorant İ.M.Seçenov adına I Moskva Tibb İnstitutu

2003 – hal-hazıradək kafedranın  professoru

Təhsili

1959-1965-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu

1971-1973-cü illərdə Leninqradda Ümumiitifaq elmi-tədqiqat pulmonologiya institutunda kurs

 

Nailiyyətlər (adlar)

1973-cü ildə akademik F.G.Uqlovun rəhbərliyi altında "Xroniki qeyri-spesifik pnevmoniyanın cərrahi müalicəsinə göstərişlər" mövzusunda namizədlik dissertasiyasını müdafiyə etmişdir.

Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda, Özbəkistanda elmi konfranslarda, beynəlxalq konqreslərdə, simpoziumlarda Azərbaycanı təmsil edərək çıxış edib. "За трудовую доблесть" medalına, "Изобретатель СССР" nişanına layıq görülüb.

1988-1994-cü ilərdə əvvəlcə Bakı şəhərinin sonralar isə Səhiyyə nazirliyinin baş cərrahı

1994-2017- ilə kimi kafedra müdiri

2000-ci ildə Əməkdar həkim adını almışdır

2010-cu ildə "Tərəqqi" ordeni ilə təltif olunub.

Peşə və pedaqoji inkişaf

1971-1973-cü illərdə Leninqradda Ümumiitifaq elmi-tədqiqat pulmonologiya institutunda kurs

 

Elmi araşdırma sahəsi

"Xroniki qeyrispesifik pnevmoniyanın cərrahi müalicəsinə göstərişlər"

“Traxeya və onun bifurkasiyasının rezeksiyası və protezləşmısi"

 

 

 

Kitab

Ümumi cərrahlıq

Kliniki və eksperimental cərrahlıq

Qida borusu cərrahlığı (monoqrafiya)

Traxeya və baş bronxların cərrahlığı (monoqrafiya)

Məqalə

1. Джафаров Ч. М., Перельман М. И. //Силиконовые протезы дыхательных путей, Баку 1999.

2. Джафаров Ч. М., Джафаров Э. Ч. //Ближайшие и отдаленные результаты хирургического лечения больных с рубцовыми стриктурами пищевода после химического ожога. Вестник хирургии 2007, том 166, № 5, с 36–38.

3. Джафаров Ч. М., Джафаров Э. Ч. //Хирургическое лечение рубцовых стриктур пищевода и желудка после химического ожога. Хирургия, 2007, № 1, с 25–28

4. Джафаров Ч. М., Гаджыев Н. Дж. Хирургическая тактика при эхинококкозе легких.//Экспериментальная и клиническая медицина. Тибилиси, 2007, том 35 № 2, с 28–30.

5. Джафаров Ч. М., Гаджыев Н. Дж. Выбор метода хирургического лечения эхинококкоза печени. //Современные достижения азербайджанской Медицины. Баку, 2007, № 1, с 21–24.

6. Джафаров Ч. М., Рустам-заде У. Ч. //Хирургическое лечение сочетанного эхинококкоза легких и печени. Хирургия 2009, № 3, с 37–40.

7. Джафаров Ч. М. Эзофагопластика желудочной трубкой. //Грудная и сердечно-сосудистая хирургия, 2009, № 3.

8. Rus-Azərbaycan Tibb tezislərinin lüğəti. 2004.

9. Cəfərov Çərkəz. "Ümumi cərrahlıq". Bakı, "Azərbaycan" nəşriyyatı, 2006, 552 səh.

10. Cəfərov Çərkəz, Mübariz Əliyev. "Kliniki və eksperimental cərrahlıq" (dərslik). Azərbaycan nəşriyyatı, 2011, 456 səh.

11. Cəfərov Çərkəz, Kərimov Məhəmməd. "Ümumi cərrahlıq". Bakı, "Təhsil", 2016, 304+48 səh.

12. Cəfərov Ç. M., "Etiraf" Bakı, "Təhsil", 2016, 224 səh. Bakı, "Təhsil", 2018, 224 səh.

13. Cəfərov Çərkəz, Ağayev Elçin, İsmayılova Zülfiyyə. "Həkiməqədər yardım" (dərslik). Bakı, "Təhsil", 2018, 224 səh.

14. Cəfərov Ç. M., "Qida borusu cərrahlığı". Bakı, "Aspoliqraf", 2022, 376 səh.

15. Cəfərov Ç. M., "Traxeya və baş bronxların cərrahlığı". Bakı, "Aspoliqraf", 2022, 240 səh.

Tibb üzrə elmlər doktoru

1. Ağayev Elçin – “Bağırsaqların təcili və təxirəsalınmaz rezeksiyasından sonrakı erkən nəticələrin yaxşılaşdırılması yolları”

2. Əliyev Mübariz- “Kəskin bağırsaq keçməzliyinin kompleks cərrahi müalicəsində cərrahi detoksikasiya promleminin həlli yolları”

Tibb üzrə fəlsəfə doktoru

1. Elnur Qasımov -  “Əməliyyatdansonrakı böyük və giqant ventral yırtıqların cərrahi müalicəsinin optimal üsulunun seçilməsi”

2. Allahverdiyev Vidadi -  «Kəskin bağırsaq keçməzliyinin cərrahi müalicəsi zamanı lipidlərin peroksidləşməsi pozğunluqlarının tənzimlənmə xüsusiyyətləri»

3. Adil Məmmədov - “Qida borusu və mədənin kimyəvi yanığından sonrakı ağırlaşmalarının cərrahi müalicəsi”

4. Həsənov Müşviq - “Peritonitlər zamanı bağırsaq atoniyasının patogenezində mezenterik limfa düyünlərinin rolu”

5. Cavadov Ələsgər – Yemək borusunun sinir - əzələ mənşəli xroniki keçməzliyinin müalicəsi

6. Səadət İsrafilova - “Traxeyanın iltihab mənşəli çapıq daralmalarının cərrahi müalicəsi” ”